BÖYÜK GÜNАHLАR
 

BÖYÜK GÜNАHLАR

Böyük (kəbirə) günahlar BÖYÜK GÜNАHLАR

ÜÇÜNCÜ RİSАLӘ

ÜÇÜNCÜ RİSАLӘ Bəşəriyyətin dünya və axirət səadəti üçün peyğəmbərlər göndərən, onlar vasitəsi ilə böyük günahları bəyan edən, günahlara yol verənləri cəhənnəm əzabı ilə qorxudan Allaha həmd olsun! Bu yolla insanlar günahdan çəkinər və nəticədə əbədi axirət səadətinə çatarlar. Allahın ən üstün məxluqu olan həzrət Məhəmməd (s) ibn Abdullaha və onun ailəsinə sonsuz salam! Mö`minlərin istəyi ilə 1995-ci ildə böyük günahlar haqqında araşdırılma aparıldı. Ümid edirik ki, mö`min qardaşlar bu risaləni mütaliə edəcək. Əgər kitabda qeyd olunmuş günahlardan birinə yol vermişlərsə, bu günahı tərk etmək üçün Allahdan tövfiq istəsinlər və inşaəllah nicat tapsınlar. Kitabın mətnləri beş fəsildə və bir sonluqda verilmişdir. Birinci fəsildə kəbirə günahlarla bağlı Qur`an ayələri və onların tərcüməsi verilir. İkinci fəsildə bir sıra kəbirə günahların nəql olunduğu rəvayətlər və fəqih bəyanatları əks olunur. Üçüncü fəsildə kəbirə günahların müəyyənləşdirilməsi yolları tanıtdırılır. Dördüncü fəsildə alimlər və fəqihlərin hansı günahları kəbirə günah sayması bildirilir. Beşinci fəsildə bildirilir ki, kəbirə və səğirə günahlara yol verənlərin peyğəmbərə canişinlik ləyaqəti yoxdur. Xilafət və imamət yalnız kəbirə və səğirə günahdan ömür boyu çəkinənlərin haqqıdır. Bəyan olunur ki, hәzrәt Peyğəmbərdən sonra belə bir məqam (günahdan uzaqlıq) yalnız müttəqilər mövlası Əmirəl-mö`minin və onun on bir övladına aiddir. Qeyd olunur ki, şiələrin əqidəsinə əsasən mə`sum imam Allah tərəfindən peyğəmbər vasitəsi ilə tanıtdırılır. Xalq mə`sumu tanımaq gücündə olmadığından onu müəyyənləşdirmək imkanında deyil. Sünnilərin belə bir əqidəsi düzgün deyil. Sonluqda ədalət məfhumu açıqlanır, ədalətli kəsin kimliyi bəyan olunur. Ədalətli şəxs o kəsdir ki, onda kəbirə günahların qarşısını alacaq iman qüvvəsi var. Belə bir şəxs kiçik günahları da davam etdirmir. Əlinizdəki risalə də beş fəsil və bir sonluqdan ibarətdir. Birinci fəsildə kəbirə günahların rəvayətlərdə qeyd olunmuş tə`sirləri bəyan olunur. İkinci fəsildə günah əhli ilə oturub-duranlar məzəmmət edilir. Üçüncü fəsildə günahlarını e`tiraf edənlər mədh olunur. Dördüncü fəsildə tövbə və onun şərtləri qeyd edilir. Beşinci fəsildə günahdan tövbə ilə bağlı rəvayətlər nəql olunur və tövbənin faydaları sadalanır. Sonluqda “Nəhcül-bəlağə”dən günah və tövbə ilə bağlı bir xütbənin tərcüməsi verilir. Birinci fəsil:

KƏBİRƏ GÜNAHLAR HAQQINDA AYƏLƏR VƏ ONLARIN TƏRCÜMƏSİ

KƏBİRƏ GÜNAHLAR HAQQINDA AYƏLƏR VƏ ONLARIN TƏRCÜMƏSİ Qur`ani-məciddə kəbirə günahlardan çəkinənləri mədh edən və onları müjdələyən ayələr mövcuddur. Birinci ayə: “Əgər qadağa qoyulmuş böyük günahlardan çəkinib onları tərk etsəniz sizin kiçik günahlarınızı örtər, sizi pak və çox gözəl bir məkana daxil edərik. Orada heç bir nöqsan yoxdur və ora behiştdir.” Səğirə (kiçik) günahın olmamasını düşünən alimlər ayəni belə mə`nalandırır:” Bu və bundan başqa surələrdə bəyan olunmuş böyük günahlardan çəkinsəniz, əlbəttə, biz sizin keçmiş günahlarınızı bağışlayarıq.” Yə`ni sizin hazırda bu günahları tərk etməyiniz keçmiş günahlarınızın kəffarəsidir. İkinci ayə: “Sizə düyada verdiyimiz ailə, övlad və sərvət kimi şeylər dünya matahıdır, ölüm vaxtı hər biri sizdən ayrılasıdır. Behişt və behiştdə olan ne`mətlər kimi Allahın yanında olan axirət ne`mətləri imanlı, yalnız Allaha təvəkkül edən, böyük günahlardan və pis işlərdən çəkinənlər, zülmü bağışlayıb əvəzini çıxmayanlar üçün daha üstündür.” Üçüncü ayə: “Göylərdə və yerdə nə varsa Allaha məxsusdur.” “Nəcm” surəsinin bu ayədən öncəki ayəsində Allah-tәala öz elminin nəhayətsizliyini bəyan edir. Bu ayədə bəyan olunur ki, hər bir şəxsi əməllərinə görə cəzalandırıb günahkarları cəhənnəmə daxil etməsi bu nəhayətsiz elmin nəticələrindəndir. Allah həm də yaxşı iş görənlərə mükafat verir. Yaxşı iş görənlər isə böyük günahlardan və çirkin işlərdən çəkinənlərdir. Saleh əməl sahibləri ismət məqamında olmadığından onlardan kiçik günahlar baş verə bilər. Amma onlar kiçik günahları təkrarlamırlar. Çünki kiçik günahların təkrarı özü böyük günahdır. Allah-tәala bu ayədə kiçik günahları istisna etmişdir. Bildirilir ki, yalnız təkrarlanmayan kiçik günahlar bağışlanasıdır. Böyük günaha yol verməyənin kiçik günahı bağışlanır. Allah-tәala buyurur ki, Allahın mərhəməti böyükdür. Bə`ziləri daim özünü tə`rif etdiyindən Allah-tәala buyurur ki, Rəbbiniz sizi daha yaxşı tanıyır və özünüzü tə`rif etməyin. Allah təqvalı olub kəbirə günahlardan çəkinənlərdən daha yaxşı xəbərdardır. Müəllif deyir: Əgər bir şəxs özünü saxlayıb, tə`rifdən çəkinsə, ibadətdə riyadan uzaq olar, daha səmimi ibadət edər. Allah ona xatir yaxşılığa üz tutanların yaxşılığını zahirə çıxardır, məhəbbətini qəlblərə salır. Demək, insanın özünü tə`rif etməsinə ehtiyac yoxdur. Çalış müşkü qoxusundan tanı sən, Müşk tanınmır əttarın tə`rifindən. Allah-tәala Qur`ani-kərimdə buyurur: “Həqiqətən, Allah Onun birliyinə, peyğəmbərin risalətinə, məada inanıb, saleh, Onun razılığına uyğun işlər görənlərin məhəbbətini qəlblərə salar.” İkinci fəsil:

RƏVAYƏTLƏRDƏ VƏ FƏQİHLƏRİN BƏYANATLARINDA KƏBİRƏ GÜNAHLARIN SAYI

RƏVAYƏTLƏRDƏ VƏ FƏQİHLƏRİN BƏYANATLARINDA KƏBİRƏ GÜNAHLARIN SAYI Rəvayətlərdə və alimlərin buyuruqlarında müxtəlif saylı kəbirə günahlar qeyd olunur. Bə`zi alimlər yetmiş yeddi, bə`ziləri yetmiş, bə`ziləri altımış, bə`ziləri qırx, bə`ziləri iyirmi, bəziləri yeddi kəbirə günah olduğunu bildirir. Hәdislərdə kəbirə günahların otuz iki, iyirmi bir, yeddi, beş olduğu da qeyd edilir. Birinci rəvayət: İmam Riza (ə) Mə`mun Ər-Rəşidə yazır: “İmanın xalislik əlaməti budur ki, mö`min böyük günahlardan çəkinsin.” Sonra buyurur: “Kəbirə günahlar bunlardır: Günahsızı öldürmək, zina, oğurluq, şərabxorluq, ata-ananı incitmək, İslam uğrunda savaşdan qaçmaq, yetimin malını zorla yemək, ölmüş heyvanın ətini yemək, qan içmək, donuz əti yemək, bütlərin adına kəsilmiş heyvanın ətindən yemək, haram olduğunu bilib sələm yemək, rüşvətxorluq, udub-uduzmaqla müşayiət olunan qumar, ölçüdə və çəkidə əskiltmək, pak qadını zinakarlıqda suçlamaq, livat (həmcinsbazlıq), haqsız yerə şəhadət, axirət rahatlığına ümidsizlik, özünü Allahın əzabından amanda bilmək, Allahın mərhəmətindən ümidsizlik, zalıma kömək və onlara meyl etmək, yalandan and içmək, güc çatan halda borcu ödəməyib haqqı saxlamaq, yalan, təkəbbür, israf (malı boş yerə və ya haram yolda sərf etmək), xəyanət, Həcdən boyun qaçırmaq (güc çatan halda Həccə getməmək, Həcci kiçik saymaq), Allah dostları ilə savaş, şər`ən bəyənilməyən boş işlərə məşğulluq, kiçik günahı davam etdirmək (naməhrəmə baxmaq kiçik günah olarsa, çox baxmaq).” İkinci rəvayət: İmam Sadiq (ә) buyurur: “Əli ibn Əbi-Talibin (ə) yazısında beş böyük günahla rastlaşdım: Allah-tәalaya qarşı şirk, ağvalideynlik, sələm yemək, İslam savaşından qaçmaq, dini məsələləri öyrənmək şəraiti olan şəhərdən dini məsələlərin yada salınmadığı yerə köçmək.” Bu çox incə məsələdir. Bir çox e`tiqadlı insanlar tanıyıram ki, dindar, məscidi olan məhəlləni qoyub, Tehranın dini mühiti olmayan yerinə köçüblər. Həmin yerdə onların nəinki dini mə`lumat əldə etmək imkanı yoxdur, hətta qonşuları qeyri-müsəlmandır. Məhz bu səbəbdən belələrinin övladları dindən uzaq düşür, oğlanları büdrəyir, qızları hicaba riayət etmir. Dini göstərişləri nəzərə almadan mənzili və yeri dəyişmək belə nəticələnir. Ağlının, dininin artması üçün Yoldaşın olmalı özündən üstün. Əziz oxucular təqlid еtdiklәri müctәhidlәrdәn soruşa bilər ki, müsəlman ölkəyə hicrətdən sonra kafir ölkəyə qayıtmaq kəbirə günahdırsa, müsəlman məhəlləsindən qeyri-müsəlman məhəlləsinә köçmək hansı hökmdədir? Məzhəbi bir yerdən qeyri-məzhəbi şəhərə köçmək də günahdır, yoxsa yox? Üçüncü rəvayət: Ravi nəql edir ki, İmam Sadiqdən (ə) kəbirə günah haqqında soruşdum və o belə cavab verdi: “Kəbirə günah beşdir və оnlаr еlә günahlardır ki, Allah-tәala оnlаrın müqаbilindә cəhənnəm odu və`d etmişdir: 1. Yetimin malını zorla yemək; Allah-tәala izzət və cəlalına and içir ki, yetimin malını zorla yeyənlərə od yedirəsidir. Belələri tezliklə cəhənnəm oduna sürüklənər. 2. İslam savaşından qaçmaq; Allah-tәala buyurur ki, ey iman gətirənlər, savaş meydanında kafirlərin çoxluğunu görüb onlara arxa çevirməyin. Yə`ni cihaddan qaçmayın. Şübhəsiz, islami savaşdan qaçanların yeri cəhənnəmdir. 3. Sələmçilk; həzrət sələmin haram olmasından danışarkən belə bir ayəni dəlil göstərir:” Ey iman gətirənlər, Allahdan çəkinin, günaha yol verməyin, sələm yeməyin, sələmin artığını almayın.” Yə`ni əgər mö`minsinizsə, verdiyiniz puldan mənfəət götürməyin. 4. Pak qadını zinada suçlamaq. 5. Mö`mini mö`min olduğu üçün bilərəkdən öldürmək.” Dördüncü rəvayət: “İmam Sadiq (ə) buyurur ki, yeddi böyük günah var və bu günahlara bizə hörmətsizlikdən yol verilir: Allah-tәalaya münasibətdə şirk; Allahın möhtərəm saydığını öldürmək; yetimin malını zorla yemək; ata-ananın haqqına riayət etməmək; pak qadınları zinada suçlamaq; İslamı cihaddan qaçmaq; biz peyğəmbər ailəsindən olan əhli-beytin haqlarının inkarı.” Allaha münasibətdə şirklə bağlı deyə bilərik ki, Allah biz Әhli-beyt (ә) haqqında ayə göndərmiş, hәzrәt Peyğəmbər (s) bizim haqqımızda tövsiyələr vermişdir. Səqəlеyn hədisi buna misal ola bilər. İnsanlar Allah və onun rəsulunu inkar etdilər, bizim haqqımızı tapdadılar. Beləcə, Allaha qarşı şirkə yol verdilər. Möminin qətlə yetirilməsi ilə bağlı deyə bilərik ki, zalımlar imam Hüseyni (ə) və onun köməkçilərini qətlə yetirdilər. Yetimin malının yeyilməsi ilə bağlı deyə bilərik ki, Allahın bizim üçün müəyyənləşdirdiyi xüms payını başqalarına verdilər. Ata-anaya münasibətdə itaətsizliklə bağlı deyə bilərik ki, Allah Qur`anda peyğəmbərin insanlara onların özündən yaxın olduğunu bildirir. Peyğəmbərin zövcələri xalqa ana sayılır. Demək, hәzrәt Peyğəmbərə (s) qarşı itaətsizlik olunаnda, həzrət Xədicənin haqları pozuldu. İffətli qadınların günahda suçlanması ilə bağlı deyə bilrik ki, xanım Fatiməyə minbərdə mane oldular. Dedilər ki, Həsən və Hüseyn qız nəvəsi olduğundan Peyğəmbərə (s) övlad sayılmır. Onların bu sözlərdə məqsədi imamət maqamını inkar etmək idi. İmam Həsənin şəhadətindən sonra bu qəbil təbliğatlar Bəni-Üməyyənin proqramına çevrildi. Cümə namazlarında, dini bayramlarda yuxarıdakı məqsəd izlənilir, həzrət Fatimənin haqqı tapdanırdı. Əslində xanım Fatimənin (s) hansısa şəkildə təhqiri nəzərdə tutulmur. Çünki xanım hətta düşmənlərin inkar edə bilməyəcəyi həddə pak və iffətli idi. Cihad meydanından qaçmaq dedikdə həzrət Əliyə (ə) bey`ət edənlərin sonradan onu tərk etməsi nəzərdə tutulur. Bizim haqqımızın inkarı isə aydın bir məsələdir və mübahisəyə yer yoxdur.” Beşinci rəvayət: Həzrət Əbdül-Əzim Həsəni buyurur: İmam Məhəmməd Təqi (ə) mənə belə nəql etdi: Atam öz atasından belə eşitdiyini buyurdu: “Əmr ibn Übeyd atam imam Sadiqin (ə) yanına gəlib salam verdi və belə bir ayə oxudu:” Böyük günahdan uzaqlaşanların, onlara qılınan zülmü bağışlayanların, əvəz çıxmaq fikrində olmayanların...” O, sözünü yarımçıq saxladı. İmam buyurdu: “Nə üçün dayandın?” O dedi: “İstəyirəm Qur`andakı böyük günahları tanıyım.” İmam buyurdu: “Ey Әmr! Ən böyük günah Allaha qarşı şirkdir. Allah-tәаlа buyurur ki, Ona qarşı şirkə yol verənə behişt haramdır. Allaha şirkdən sonra növbəti böyük günah Onun mərhəmətindən ümidi üzməkdir. Çünki Allah-tәala buyurur ki, yalnız kafirlər Allahın mərhəmətindən ümidini üzür. Növbəti böyük günah insanın özünü Allahın cəzasından amanda bilməsidir. Allah-tәala buyurur ki, yalnız riyakarlar özünü Allahın cəzasından amanda bilir. Kəbirə günahlardan biri də ata-anaya ağ olmaqdır. Çünki Allah ağvalideyni zalım kimi tanıtdırır. Allah-tәala həzrət İsanın dilindən bəyan edir: “Allah məni anama münasibətdə xeyirxah qərar verdi və məni zalım buyurmadı.” Başqa bir böyük günah Allahın möhtərəm saydığı günahsız insanı öldürməkdir. Buna qisas misal ola bilər. Allah-tәala buyurur: “Hər kəs bilərəkdən mö`mini öldürsə, cəası cəhənnəmdir və orada əbədi qalar. Allah ona qəzəblənər, onu lə`nətləyər, ona böyük əzab hazırlayar.” Pak qadını zinada suçlamaq növbəti böyük günahdır. Allah-tәala buyurur ki, mö`minə pak qadınları günahda suçlayanlara dünya və axirətdə lə`nət olsun. Onlar üçün böyük əzab var. Başqa bir kəbirə günah yetimin malını zorla yeməkdir. Allah-tәala buyurur ki, yetimlərin malını zorla yeyənlər həqiqətən qarınlarını odla doldurur. Onlar şübhəsiz cəhənnəmə daxil olar, od tutub yanar. Cihad meydanından qaçmaq növbəti kəbirə günahdır. Çünki Allah-tәala buyurur ki, döyüş günü düşmənə arxa çеvirənlər Allahın qəzəbinə gələr. Döyüş mövqeyini dəyişmək, başqa bir dəstəyə qatılmaq üçün arxa çevirməyin eybi yoxdur. Başqa bir kəbirə günah sələm yeməkdir. Allah-tәala buyurur ki, sələm yeyənlər yalnız şeytanın məsx etdiyi kəslərdir. Sələmçi şəxs Qiyamət günü qəbirdən divanə kimi qalxar. Bu təşbeh bir zümrənin gümanına əsaslanır. Onların fikrincə şeytan insanı özündən gedəcək vəziyyətə gətirir, cin onun ağlını əlindən alır. Yə`ni sələmçilərin ayağa qalxması divanələrin ayağa qalxması kimidir. Sələmçilik onların qəlbini daşlaşdırmış, hallarını dəyişmişdir. Bə`ziləri bildirir ki, sələm yeyənlər Qiyamət zamanı günah yükünün ağırlığında məst insanlar kimi sağa-sola gedər, yıxılıb-durar. Yedikləri sələm qəlblərində böyüyüb onları ayağa qalxmağa qoymaz. “Məcməul-bəyan” təfsirində buyurulur ki, onlar yalnız şeytanın divanə etdiyi kəslər kimi ayağa qaldırılar. İbn Abbas və başqaları bildirirlər ki, belə bir sifət sələmçilərə məxsusdur. Bə`ziləri düşünür ki, şeytan insanın ağlını əlindən almır, deyilənlər bir təşbehdir. Nəfs istəklərinin qalib gəldiyi insan zəifləyir və şeytan onu təhlükələrə sürükləyir. Belə bir hal yalnız vəsvəsələrlə baş tutur. Başqa bir böyük günah sehr-cadudur. Allah-tәala buyurur ki, onlar şeytanın oxuduqlarına uydular. Küfr edən Süleyman yox, şeytanlar oldu. Onlar insanlara sehr-cadu öyrətdilər. Harut və Marut adlı mələklər onlara nazil olanı kimsəyə öyrətmirdilər. Amma onlar bunu öyrənib ərlə arvad arasına ayrılıq saldılar. Mə`lum oldu ki, sehr-cadunu satın alanlar axirətdə fayda görməz. Zina da kəbirə günahlardandır. Allah-tәala buyurur: “Allahdan qeyrisini mə`bud kimi çağırmayanlar, Allahın haram buyurduğunu öldürməyənlər haqsızlıq və zina etməz. Bu işləri görənlər günahının cəzasına çatar, Qiyamət əzabı ikiqat olar. Onlar zəliledici əzabda əbədi qalar. Kəbirə günahlardan başqa biri günah yolda and içməkdir. “Nəhayə” kitabında yazılır ki, günah yolda and içmək evləri viran qoyar. Allah-tәala buyurur ki, onlar Allahla əhdi və andlarını ucuz qiymətə satırlar və onlar üçün axirətdə bəhrə yoxdur. Cihad qənimətindən oğurlamaq da kəbirə günahdır. Allah-tәala buyurur ki, qənimətdən oğurlayan kəs məhşər səhnəsinə oğurladığı şeylə gətirilər. Vacib zəkatın qarşısını almaq böyük günahlardan sayılır. Allah-tәala buyurur ki, xalqı Allahın yolundan çəkindirənləri cəhənnəm odu gözləyir. Yalan şəhadət vеrmәk və şəhadəti gizlətmək də böyük günahlardan sayılır. Allah-tәala buyurur ki, şəhadəti gizlədənin həqiqətən də qəlbi günahkardır. Şərab içmək böyük günahlardan sayılır. Allah-tәala şərab içməyi bütlərə pərəstişi qadağan etdiyi kimi qadağan etmişdir. Yə`ni hər iki əməl yanaşı olaraq qadağan edilir. Mə’lum olur ki, hər iki günahın cəzası eynidir. Bu ayəyə əsasən şərabxoru bütpərəst sayırlar. Namazı və ya namaz üçün vacib edilmiş bir əməli bilərəkdən tərk etmək böyük günahdır. Allahın rəsulu (s) buyurur ki, namazı bilərəkdən tərk edən Allahla və Allahın rəsulu ilə əhdini pozmuşdur. Əhdi pozmaq, yaxınlarla əlaqəni kəsmək böyük günahlardan sayılır. Allah-tәala buyurur ki, Allahla əhd bağladıqdan sonra onu pozan, Allahın əmr etdiyi əlaqələri kəsən, yer üzündə fəsad törədən insanlar üçün lə`nət var, axirət evinin pisliyi də onlar üçündür. İmam Kazim (ə) buyurur ki, atamın buyuruqlarından sonra Əmr uca səslə ağlayaraq evimizdən çıxdı. O deyirdi: “Öz rə`yi əsasında fәtva verən həlak oldu və siz Peyğəmbər (s) əhli-beyti (ə) ilə elm və fəzilətdə çəkişməyə qalxdınız.” Şübhəsiz ki, Əmr imamın müxaliflərini nəzərdə tuturdu. Onlar öz şəxsi rə`yləri əsasında hökm çıxarırdılar. Hansı ki, Qur`andan, Əhli-beytdən (ə) xəbərsiz idilər. Bizim alimlər “mənim fәtvam” dedikdə, Qur`an və hədis əsasında gəldikləri qənaəti nəzərdə tuturlar. Müctəhidin rə`yi onun zəhmətlərinin məhsuludur. Əslində isə ortada heç bir şəxsi rə`y yoxdur. Altıncı rəvayət: Məhəmməd ibn Müslim nəql edir ki, imam Sadiqdən (ə) yeddi kəbirə günah olduğunu eşitdim. Bilərəkdən mö`mini öldürmək, pak qadını zinada ittiham etmək, cihad cəbhəsindən qaçmaq, İslam məmləkətinə hicrətdən sonra İslam hökmlərinin yada salınmadığı yerə qayıtmaq, yetimin malını haqsız yemək, sələmin haramlığını bildikdən sonra sələm yemək, müqabilində Allah tərəfindən cəhənnəm odu və`d olunmuş hər bir günah şirk kimidir. Yeddinci rəvayət: Übeydə ibn Zurarə deyir ki, imam Sadiqdən (ə) kəbirə günahlar haqqında soruşdum, həzrət Sadiq (ə) imam Əlinin (ə) kitabında yeddi kəbirə günah qeyd olunduğunu bildirdi: Allah küfr, günahsızı öldürmək, ağvalideynlik, sələmçiliyin haram olduğunu bilib sələm yemək, yetimin malını haqsız yemək, cihad cəbhəsindən qaçmaq, hicrətdən sonra İslam olmayan məmləkətə dönüş. Ravi nəql edir ki, imamdan soruşdum ki, bu günahlar böyük günаh sаyılırmı? İmam buyurdu ki, bəli. Mən yetimin malını haqsız yeməyin və ya namazı tərk etməyin böyük günah olduğunu soruşdum. İmam buyurdu ki, namazı tərk etmək daha böyük günahdır. Soruşdum ki, nə üçün namazın tərkini böyük günahlar kimi qeyd etmədiniz? İmam cavabında buyurdu ki, Sənə ilkin olaraq hansı günahı xatırlatdım? Dedim ki, küfrü. İmam buyurdu: “Həqiqətən, namazı tərk edən kafirdir. Yəni heç bir səbəb və üzr olmadan namaz qılmamaq küfrdür.” Müəllif deyir ki, bir şəxs namazı inkar etsə, yəni desə ki, namaz vacib deyil, o şəxs mürtəd və murdardır. Namazı inkar etmədən yerinə yetirməzsə, kafir və murdar deyil, günaha yol verib və ruhu murdardır. ) Kəbirə günahlarla bağlı yeddi rəvayət nəql olundu.

FƏQİHLƏRİN BƏYANATLARI

FƏQİHLƏRİN BƏYANATLARI Mərhum Ayətullah Ağa Seyid Əbülhəsən İsfəhaninin “Zəxirətul-ibad” kitabında yazılır: Sual: İnsanın çəkinməli olduğu kəbirə sayılan günahları bəyan edin. Cavab: Əllamə Hilli (r) “Qəvaid” və “Təhrir” kitablarında buyurur ki, müqabilində od və`d olunmuş günahlar kəbirə günahlardır. Şeyx Təbərsi “Məcməul-bəyan” təfsirində səhabələrə əsaslanaraq bildirir ki, bütün günahlar özündən aşağı günaha münasibətdə kəbirə günahdır. Məsələn, naməhrəm qadını öpmək zinaya münasibətdə kiçik, ona baxmağa münasibətdə böyük günahdır. Müxtəlif alimlərin rə`yinə əsasən, yetmiş yeddi kəbirə günah var. (Onlardan bə`zilərinin kəbirə olması qəbul edilmir): Xalqı azdırmaq, yalan, Allaha iftira, günahsızı öldürmək, yer üzündə fəsad, zülm, zalıma güvənmək, zalıma kömək, təkəbbür, namaz qılmamaq, zəkat ödəməmək, cihada getməmək, cihada gedənlərə mane olmaq, cihaddan qaçmaq, yetimin malını yemək, Allahın mərhəmətinə ümidsizlik, özünü Allahın qəzəbindən amanda bilmək, Qur`an hökmündən fərqli hökmlərə riayət etmək, gücü çatanın Həccə getməməsi, fitnəkarlıq, insanların arasını vurmaq, şərab içmək, ağvalideynlik, Qur`anın təkzibi kimi küfrə yol vermək, Allahа münasibətdə şirk, nifaq, Qur`an ayələrinin inkarı, Allahla düşmənçilik, peyğəmbərlə müxalifətçilik, məadın inkarı, məadın cismaniliyinin inkarı, dinin zəruri hökmlərinin inkarı, Allahın zikrindən üz çevirmək, Məkkədə, Məscidül-həramda zülm etmək, məscidə gedənlərin qarşısını kəsmək, pak qadını zinada suçlamaq, pak insanı həmcinsbazlıqda suçlamaq, möminlərə istehza, çirkin işlər, əhdi pozmaq, andı pozmaq, zina, həmcinsbazlıq, ğina (haram musiqi), qumar, dəf çalmaq, qadının qadınla həmcinsbazlığı, yalan and, yalan şəhadət, Kə`bəyə hörmətsizlik, Məkkəyə daxil olmaq istəyənin ehramı tərk etməsi, oğurluq, alim olmayan yerə getmək, ölmüş heyvanın ətini yemək, donuz əti yemək, Allahdan qeyrisinin adına kəsilmiş heyvanın ətini yemək, haram mal qazanmaq, ölçüdə və çəkidə əskiltmək, şəri üzr olmadan xalqın haqqını yubatmaq, israf, yersiz xərc, xəyanət, ləhvə (mə`nasız işlərə) məşğulluq, “lə’bə” (faydasız işlərə) məşğulluq, kiçik günahların davamı, bir-birinə haram olan qadınla kişinin bir-birinə toxunması, dəyyusluq, yə`ni insanın öz zövcəsini başqalarının ixtiyarına verməsi, söz gəzdirmək, yaxınlarla rabitəni kəsmək, peyğəmbərə iftira, müsəlmanı haqsız yerə vurmaq, şəhadəti gizlətmək, müsəlmandan zalıma şikayət etmək, şəri dəlil olmadan həcci təxirə salmaq, kişinin öz zövcəsinə “mənə ana kimi oldun” deməsi (zihar), yol kəsmək, yəni quldurluq. “Məfatihul-hidayə” və “Mişkatul-vilayə” kitab-larında mərhum Hacı Mirzə Hüseyn Şəhristanin “Üsuli-din” kitabından altımış kəbirə günah zikr olunur: namazı tərk etmək (namaz qılmamaq), zəkat verməmək, xüms verməmək, Həcci tərk etmək (ölən vaxt ona “yəhudi və ya məsihi dinində öl” deyilər), mübarək ramazan ayı orucunun tərki, Allah bəndələrinə zülm və zalıma kömək (zalımlar qarşısında təvazö), şərab və istənilən məstedici bir şey içmək, haqsız yerə adam öldürmək, livat (bu günah zinadan da pisdir; bu günaha görə qətl və ya odda yandırılma nəzərdə tutulub), zina, sələm yemək, qeybət etmək və qeybəti dinləyib qarşısını almamaq, yalan danışmaq, ğina, mütrib musiqiləri dinləmək (ney, tənbur, dəf kimi ləhv alətlərindən istifadə haramdır), əskik satmaq, saqqalı qırxmaq (rəvayətlərdə nəql olunur ki, saqqal qırxmaq səbəbindən bir qövm məsx oldu; saqqal qırxmaq məcusi padşahların xislətidir; girami İslam Peyğəmbəri (s) bunu qadağan etmişdir), özü ölmüş və ya şəri qaydada kəsilməmiş heyvanın ətindən yemək (donuz kimi murdar heyvanın və ya dovşan kimi əti haram olan heyvanın ətindən yemək, ağvalideynlik, haqsız yerə şəhadət, qumarbazlıq (uduş biletlərindən istifadə, şəhadət veriləsi yerdə şəhadəti gizləmək, pak qadını zinada suçlamaq, yalan and (yalan and ömrü qısaldır, evi viran qoyur,) xəyanət və hiyləgərliklə xalqın malını yemək (məsələn, südə su qatmaq), din qardaşlarına münasibətdə təkəbbür, israfçılıq, cihaddan qaçmaq, Allah-tәalanın mərhəmətindən ümidsizlik özünü Allahın əzabından amanda bilmək, kişinin ipək libas geyməsi (savaş meydanı istisnadır), kişilərin qızıl libas geyib, qızıl üzük taxması, qızıl və gümüş qabdan yemək üçün istifadə, söz gəzdirmək (xalqın arasında ixtilaf yaratmaq), nəziri, əhdi, andı pozmaq, heyz və nifas halında zövcə ilə yaxınlıq, arvadın ərin haqlarını, ərin arvadın haqlarını pozması, ibadətdə riya (xalqın diqqətini cəlb etmək üçün ibadət), elmi mübahisələrdə həqiqəti qəbul etməyib әks mövqe tutmaq, qadının kişi libası geyməsi (eləcə də kişinin qadın libası geyməsi), rüşvət vermək, haqqı pozaraq rüşvət almaq (mə`murların zülmündən qaçmaq üçün rüşvət verməyin eybi yoxdur; məsələn, Seyyidüş-şühəda zyarətçilərinin gömrükdən keçməsi üçün rüşvət verməyin eybi yoxdur), Qur`anın ziddinə hökm çıxarmaq, yaxınlarla əlaqəni kəsmək (bu, ömrü qısaldır), sehr-cadu, cinlərin və ruhların ram edilməsi, heykəltəraşlıq, şərtlər ödəndiyi bir halda yaxşılığa də`vət və pislikdən çəkindirməkdən vaz keçmək, vəsiyyət edənin icazəsi olmadan vəsiyyətnaməni dəyişmək, şəri icazə olmadan vəqfi dəyişmək, məscidi, Qur`anı, Seyyidüş-şühəda türbətini murdarlamaq, məsciddə cənabət, heyz və nifas halında oturmaq (Məscidül-həram və ya Peyğəmbər məscidindən ötüb keçmək), murdar və ya murdarlanmışı paklamadan istifadə, heyvanla cinsi yaxınlıq, istimina (insanın özündən spеrmа xaric etməsi; bu çox zərərlidir), müsəlmanın qəbrini murdarlamaq, dəstəmazsız və ya cənabət halında Qur`ana toxunmaq (qadının heyz və nifas halında Qur`ana toxunması), cənabət, heyz və nifas halında Qur`аnın vacib səcdəli surələrini oxumaq, səbəbsiz yerə vacib namazı pozmaq, müctəhidin hökmünü rədd etmək (bu, Allaha qarşı şirk kimidir), əti haram heyvanın südündən və ya yumurtasından istifadə (əti halal heyvanların cinsiyyәt üzvlәrindәn istifadə), torpaq yemək (şəfa tapmaq məqsədi ilə Seyyidüş-şühəda türbətindən istifadə olar), naməhrəm qadının bədəninə və ya saçına baxmaq. Əlbbəttə ki, haramlar və günahlar çoxdur. Onların hamısını sadalamaq imkanımız yoxdur. Müəyyən kitablarda bu mövzu geniş açıqlanmışdır. Mərhum Molla Məhəmməd Baqir Məclisi (r) buyurur: “Atam mərhum Molla Məhəmməd Təqi Məclisi bə`zi kitablarında hədislərə əsaslanaraq kəbirə günahları iki qrupa bölür. Birinci qrupa qəti kəbirə günahlar daxildir. Allaha münasibətdə şirk, Allahın mərhəmətindən ümidsizlik, Allahın qəzəbindən özünü amanda bilmək, günahsızı öldürmək, ağvalideynlik, mö`min kişi və qadını zinada suçlamaq, yetimin malını haqsız yemək, cihad cəbhəsindən qaçmaq, sələmçilik, sehr-cadu, kahinlik, zina, livat, oğurluq (xüsusi ilə qənimətdən), yalan and, namaz, oruc və zəkat kimi vacib əmrlərin tərki, güc çatan halda həccə getməmək, yersiz şəhadət və şəhadəti gizləmək, mәstеdici içkilər içmək, müqaviləni pozmaq, Allah və insanlarla əhdi pozmaq, yaxınlarla əlaqəni kəsmək, hicrətdən sonra geri dönmək, Allaha, onun rəsuluna və mə`sum imamlara iftira, qeybət, böhtan. İkinci qrupa isə ehtimal olunan kəbirə günahlar daxildir. Müstəhəb işlərin tərki, ehtiyac duyulmadığı halda susuz yolçuları sudan məhrum etmək, sidiyə münasibətdə ehtiyatsızlıq, ata-ananın təhqiri üçün şərait yaratmaq, vəsiyyəti pozmaq Allahın qəzavü-qədərinə qarşı çıxmaq, Allahın müqəddəratına e`tiraz, təkəbbür, həsəd, mö`minlərlə düşmənçilik, Məkkə və Mədinə hərəmlərində mülhidlik, söz gəzdirmək, haqsız yerə mö`minin bәdәn üzvünü kəsmək, ölmüş və murdar heyvan ətindən yemək, kiçik günahın davamı, pisliyə də`vət və yaxşılıqdan çəkindirmək, yalan və və`də-xilaflıq, xəyanət, mö`minə lə`nət, mö`mini alçatmaq, mö`mini incitmək, xidmətçini layiq olduğundan artıq vurmaq, haqqı çatana su verməmək, yol kəsmək, ailəni sıxıntıya salmaq, təəssüb, zülm, həqiqət qarşısında bəhanə (dığallıq), ikiüzlülük, mö`mini alçaltmaq, mö`mində eyb axtarmaq, mö`mini məzəmmət etmək, mö`minə qarşı iftira, mö`mini lə`nətləmək, mö`minə münasibətdə bәdgümаnlıq, mö`mini qorxutmaq, ölçünü və çəkini əskiltmək, yaxşılığa də`vət və pislikdən çəkindirmənin tərki, günahkarlarla bir məclisdə (xüsusilə şərab məclisində) oturmaq, dində bid`ət, bid`ətçi ilə yoldaşlıq, günahı kiçik saymaq, qumarbazlıq, haram yemək. Mərhum şəhid buyurur: “Şəriətdə hədd qoyulmuş, əzab və`di verilmiş hər bir günah kəbirə günahdır. Məsələn, Allaha münasibətdə şirk, haqsız qətl, livat, zina, cihad meydanından qaçmaq, sehr-cadu, sələmçilik, pak qadını zinada suçlamaq, yetimin malını yemək, haqsız qeybət, yalan and, haqsız şəhadət, şərabxorluq, Kə`bəyə hörmətsizlik, oğurluq, müqаviləni pozmaq, hicrətdən sonra qayıdış, Allahın mərhəmətindən ümidsizlik, özünü Allahın əzabından amanda bilmək, ağvalideynlik. Üçüncü fəsil

KƏBİRƏ GÜNAHI NECƏ TANIMAQ OLAR?

KƏBİRƏ GÜNAHI NECƏ TANIMAQ OLAR? Mərhum Şeyx Ənsari ədalət risaləsində beş yol göstərir: Birinci yol: Mö`təbər rəvayət; bu rəvayətdə bildirilməlidir ki, günah böyük günahdır. (Həmin kitabın ikinci fəslində müəyyən rəvayətlər və onların tərcüməsi verilmişdir.) İkinci yol: Аyə və ya mö`təbər rəvayət; məsələn, bir günah haqqında deyilir ki, Allah-tәala bu günaha yol verən üçün cəhənnəm əzabını vacib etmişdir. Üçüncü yol: Allah-tәala Qur`ani-məciddə müəyyən günaha yol verən üçün əzabın qəti olduğunu bildirir. Həzrət Əbdül-Əzimdən ikinci rəvayətdə həmin ayələrə işarə olunur. Dördüncü yol: Ağıl və nəql yolu; ağıl və ya nəql təsdiqləyir ki, bir günah hansısa böyük günahdan daha ağırdır. Məsələn bildirilir ki, mö`minin arxasınca danışmaq, onun qeybətini etmək zinadan ağırdır. Uyğun bəyanatdan anlaşılır ki, möminin arxasınca danışmaq da kəbirə günahdır. Heç bir rəvayətdə qeybətin kəbirə günah olduğu bildirilməsə də, onun zinadan ağır olması ilə bağlı bəyanat kəbirə günah olduğunu göstərir. Başqa bir misal: Heç bir rəvayətdə müsəlmanların kafirlərin xeyrinə casusluğu böyük günah kimi qeyd olunmur. Amma rəvayətlərdə bildirilir ki, savaşdan qaçmaq kəbirə günahdır. Ağıla əsasən belə bir nəticə çıxarırıq ki, casusluq fərarilikdən daha zərərli olduğu üçün o da kəbirə günahdır. Bir tikə çörəyə və ya bir neçə günlük rəyasətə xatir düşmənlərdən pul alıb onlara gizli mə`lumatlar ötürmək necə də pisdir. Bunun səbəbi dinsizlik, imansızlıq, nütfənin pak olmamasıdır. Bu qəbil günahlardan Allaha pənah aparaq. Qiyamət günü belələri üçün ağır cəza var. Bеşinci yоl: Hәmin günаhа görә şаhidlik hаqqındаn mәhrum еdilmәk. Əgər bir günaha görə günahkarın şəhadəti qəbul edilmirsə, demək həmin günah kəbirə günahdır. Bə`zi günahlara yol vermiş insana iqtida etməmək tapşırılır. Mə`lum olur ki, həmin günah böyük günahlardandır. Rəvayətdə nəql olunur ki, ağvalideyn insana iqtida etmək olmaz. Bu qadağadan mə`lum olur ki, valideyni incitmək kəbirə günahlardandır. Hansı ki, heç bir rəvayətdə ağvalideynliyin böyük günah olması göstərilməmişdir. Dördüncü fəsil:

KƏBİRƏ GÜNAH HAQQINDA ALİMLƏRİN BUYURUQLARI

KƏBİRƏ GÜNAH HAQQINDA ALİMLƏRİN BUYURUQLARI Səid ibn Cübeyr və Mücahid deyir: Müqabilində axirət əzabı və`d olunmuş və dünyada da cəzası nəzərdə tutulmuş günah kəbirə günahdır. İbn Abbas və bə`zi şiə alimləri bildirirlər ki, Allahın qadağan etdiyi hər bir işә mürtәkib оlmаq kəbirə günahdır. Amma bu günahların bə`ziləri bə`zilərindən şiddətlidir. Məsələn, naməhrəmə baxmaq kəbirə günahdır. Amma bu günah naməhrəmi öpməkdən kiçikdir. Naməhrəmi öpmək özü böyük günahdır. Amma zinaya nisbətən kiçik sayılır. Naməhrəmlə zina etmək böyük günahdır. Amma ərli qadınla zina etmək daha ağırdır. Əgər ərsiz qadınla zina müqabilində yüz qamçı nəzərdə tutulmuşsa, ərli qadınla zina edən şəxs daşqalaq olunur. İnsan bə`zən narahat olmadan kiçik günahlara yol verir. Hansı ki, rəvayətdə günahın kiçikliyinə baxmamaq tapşırılır. İnsana tövsiyə olunur ki, günaha yox, kimin qarşısında günaha yol verdiyinə diqqətli olsun. Günahla üzbəüz dayanan xəcalət çəkməli, Allahın ne`mətlərinə şükr etməlidir. Pərvərdigara, bizə tövfiq əta et, sənə itaətsizlik göstərməyək. Bizdə Sənin mə`murlarının sorğu-sualına cavab vermək gücü yoxdur. Cəhənnəm oduna da dözəsi deyilik. Pərvərdigara, zəifliyimizə rəhm et, bizi cəhənnəm odunda yandırma. Mərhum Şeyx Bəhayi bildirir ki, böyük günahlarla bağlı fərqli fikirlər var. Məsələn: 1. Qur`anda bir günaha görə cəza və`d olunursa, bu böyük günahdır; 2. Müqabilində cəza, hədd nəzərdə tutulmuş günah böyük günahdır; 3. Dinə e`tinasızlıq kimi dəyərləndirilən hər bir günah böyük günahdır; 4. Haramlığı qəti dəlillərlə sübuta yetən günah; 5. Qur`an və sünnədə şiddətli şəkildə məzəmmət olunan günahlar; 6. İbn Məs`ud bildirir ki, “Nisa” surəsinin başlаnğıcından otuz birinci ayəsinədək qadağa qoyulan günahlar böyük günahdır; 7. Bütün günahlar böyük günahdır. Çünki günah Allahın ziddinə atılan addımdır. Mərhum Təbərsi “Məcməul-bəyan”da belə bir fikirin şiə alimlərinə məxsus olduğunu bildirir; 8. Bir çox alimlər yeddi kəbirə günah olduğunu hesab edir; 9. Bir qrup alim iyirmi kəbirə günah olduğunu bildirir; 10. Bə`zi alimlər qırx kəbirə günah sadalayır. Beşinci fəsil Şiə əqidəsinə əsasən yalnız ömür boyu kəbirə və səğirə günaha yol verməyənlər İslam Peyğəmbərinə (s) xəlifə və canişin ola bilər. Bunu isə bəşər yox, yalnız Allah müəyyənləşdirə bilər. Demək, imam da insanlar yox, Allah tərəfindən tə`yin olunmalıdır. Sünnü əqidəsinə əsasən, imam insanlar tərəfindən tə`yin olunur. Şiə əqidəsinə əsasən, xalqın xəlifə və imam tə`yin etmək haqqı yoxdur. Sünni əqidəsinə əsasən, Peyğəmbər (s) özü üçün canişin tə`yin etmədiyindən bu iş xalqın öhdəsinə düşür. Sünnilərin xəlifələri icma əsasında tə`yin etmək baxışının heç bir əsası yoxdur. Belə bir icma yalnız hәzrәt Əli (ə) və Peyğəmbər (s) Әhli-beytinə (ə) qarşı pis münasibətdən qaynaqlanır. Uyğun təbliğat bu gün də sünnilər arasında davam etməkdədir. Əgər insanlar azad olsaydılar, heç şübhəsiz Peyğəmbərdən (s) sonra kimsə ilə müqayisə olunmayacaq Əlini (ə) seçərdilər. Şücaət, zöhd, ibadət sahəsində də həzrət Əlinin (ə) misli olmamışdır. Bəli, həzrət Əli (ə) bütün kamilliklərlə başqalarından üstündür. Bundan əlavə, Qədir-Xumda və başqa məqamlarda Peyğəmbər (s) həzrət Əlini (ə) xalqa öz canişini kimi tanıtdırmışdır. Ğədire-Xumda peyğəmbərin (s) xütbəsi üç saat davam etmişdir. Həzrət öz xütbəsində buyurmuşdur: “Mən kimin mövlasıyamsa, Əli (ə) də onun mövlasıdır. Sünni məzhəbindən olanlar insafsızlıq edir, bildirirlər ki, Peyğəmbər (s) üç saat davam edən xütbəsində yalnız hәzrәt Əlini (ə) dost kimi təqdim etmək istəmişdir. Yə`ni kim məni dost bilirsə, Əlini (ə) də dost bilsin. Şiələr sünnilərə bildirirlər ki, sadəcə dostluğu bildirmək üçün böyük bir cəmiyyəti Әrәbistаn sәhrаsındа qızmаr günәşin аltındа üç saat yubatmaq mə`nasız olardı. Uyğun məqamda hökmən xilafət və canişinlik kimi mühüm bir məsələdən danışılmışdır. Böyük alimlər Qədir-Хum hədisinin izahında dəlillər gətirir, şiə baxışının həqiqət olduğunu sübuta yetirirlər. Bir sözlə, zəhərli təbliğat insanların ağıl və mühakiməsini o qədər kütləşdirdi ki, hәzrәt Əlini xəlifəlik və canişinliyə layiq bilmədilər. Bu təbliğatı aparanlar bilirdilər ki, əgər hәzrәt Əli (ə) Peyğəmbərə (s) xəlifə və canişin olarsa, onlar müsəlmanların beytül-malından istədikləri kimi faydalana bilməyəcəklər.

ƏDALƏTLƏ BAĞLI SON SÖZ

ƏDALƏTLƏ BAĞLI SON SÖZ Ədalətli şəxs kimdir, ədaləti necə müəyyənləşdirməliyik? Ədalət dedikdə istənilən bir işdə orta həddi gözləmək nəzərdə tutulur. Əgər qəzəb və şəhvət kimi qüvvələr ağıla tabe olarsa, insan ədalətli sayılar. Ədalətli şəxs o şəxsdir ki, onun qəzəb və şəhvət kimi qüvvələri Allaha iman gücü ilə cilovlansın. Belə bir insan kəbirə günaha yol vermir, kiçik günahın üzərində dayanmır. Bəs adil şəxsi necə tanımaq olar? Ayətullah Bürucerdinin fәtvasına əsasən, bunun bir neçə yolu var: 1.Qarşı tərəflə ünsiyyət sayəsində onun ədalətli olub-olmaması anlaşılır. 2.İki ədalətli şəxs üçüncü şəxsin ədalətinə şəhadət verir. 3.Bir qrup müsəlman bildirir ki, filan şəxs ədalətlidir. Məsələn, müəyyən bir cəmiyyətin bir şəxsin arxasında namaz qılması həmin şəxsin ədalətli sayıldığını göstərir.

İMAMIN (PİŞNAMAZIN) RİSALƏLƏRDƏ GÖSTƏRİLƏN ƏDALƏT ŞƏRTLƏRİ

İMAMIN (PİŞNAMAZIN) RİSALƏLƏRDƏ GÖSTƏRİLƏN ƏDALƏT ŞƏRTLƏRİ Pişnamaz həddi-büluğ, aqil, on iki imamçı şiə, ədalətli və halazadə olmalıdır. O namazı düzgün qılmalıdır. Əgər iqtida edən kişisə imam da kişi olmalıdır. İqtida edən yaxşını pisdən seçən uşaqdırsa, özü kimi digər bir uşağa iqtida edə bilər. Öncə ədalətli tanınan imamın ədalətinə şübhə yaranarsa, o öz ədalətində qalır və ona iqtida etmək olar. Mərhum Nəraqi “Meracus-səadət” kitabında buyurur: “Bil ki, ədalət fəzilətlərin üstünü, kamilliklərin şərəflisidir. Ədalət bütün kamillik sifətləri ilə şərtlənmişdir. Bəlkə də eynən kamilliklərdən ibarətdir. Necə ki, ədalətin ziddi olan zülm çirkin sifətlərlə şərtlənir. Ədalət insan nəfsində yaranmış bir səciyyədir, insan bu qüvvə vasitəsi ilə bütün sifətlərə münasibətdə orta həddi gözləyə bilir. Demək, bütün əxlaqi fəzilətlər və kamil sifətlər ədalətlə rabitəlidir. Əflatun deyir: “İnsan ədalət sifəti əldə etdikdən sonra nurani olur. Ədalət vasitəsi ilə nəfsin bütün yönümləri işıqlanır. Nəfs baxışları genişlənir, insan anlayır ki, ondan nələr istənilib. Ədalət üç qisimdir: 1. Bəndələrlə Xaliq arasındakı ədalət; ədalət güc çatan qədər orta həddi gözləməkdir. Allah-tәala həyat vermiş, kamilliklər əta etmiş, hər bir canlının ehtiyacını ödəmiş, hər kəs üçün süfrə açmışdır. Dil bu ne`mətləri sadalamaqda acizdir. Axirət ne`mətləri isə daha üstündür. Göz beləsini görməmiş, qulaq beləsini eşitməmiş, qəlb beləsini duymamışdır. Bəli, Allah qarşısında insanın vacib vəzifələri var. Әdalətə əsasən, hər bir ne`mət müqabilində təşəkkür etmək lazım gəlir. Haqqı ödəməmək zülmdür. Ədalətli padşahın ehsanının mükafatı onun hakimiyyətinə duadır. Allah hər nədən ehtiyacsızdır. Amma bəndələrə vacibdir ki, mə`rifət əldə etsinlər, Allahın məhəbbətini qazansınlar, Onun əmrlərini yerinə yetirsinlər, peyğəmbərlərə itaət etsinlər. Bütün bu işlərdə tövfiq (yardım) də Allahdandır. Hər bir bəndə ixtiyar sahibi olaraq günahlardan çəkinməyə borcludur. 2. İnsanlar arasında ədalət; İnsanlar qarşılıqlı hüquqlara riayət etməlidir. Əmanəti qaytarmaq, müamilədə insaflı olmaq, böyüklərə hörmət, məzlumlara kömək ədalətin tələblərindəndir. İnsan öz haqqına razı olmalı, kimsəyə zülm etməməli, imkan həddində din qardaşlarının haqlarını yerinə yetirməlidir. İnsan bilməlidir ki, hər bir yaranmışın Allah tərəfindən müəyyənləşdirilmiş haqları var və bu haqları yerinə yetirmək lazımdır. Peyğəmbərdən (s) nəql olunmuş hədisdə bildirilir ki, mö`minin mö`min qarşısında otuz haqqı var: 1. Mö`min mö`minin təqsirini bağışlamalıdır. 2. Qərib insаnа təsəlli vermək, məhəbbət göstərmək lazımdır. 3. Mö`minin eybini örtmək lazım gəlir. 4. Mö`min büdrədikdə ona göz yumulmalıdır. 5. Mö`min üzr istədikdə onun üzrü qəbul edilməlidir. 6. Mö`minin qeybətini etmək qadağandır. 7. Mö`min mö`minin xeyrini bəyan etməli, nəsihətini əsirgəməməlidir. 8. Dostluğu qorumaq, dostluq şəraiti yaratmaq lazımdır. 9. Mö`minin haqlarını nəzərdə saxlamaq lazımdır. 10. Mö`min xəstələndikdə onu yoxlamaq lazımdır. 11. Mö`minin dəfnində iştirak etmək lazımdır. 12. Mö`minin çağırışına cavab vermək lazımdır. 13. Mö`min mö`minin göndərdiyi hədiyyəni qəbul etməlidir. 14. Mö`min mö`minin yaxşılığına mükafatla cavab verməlidir. 15. Mö`mindən mö`minə ne`mət çatdıqda şükr etməlidir. 16. Mö`min mö`minə yardım göstərməlidir. 17. Mö`min mö`minin namusunu qorumalıdır. 18. Mö`min mö`minin istəyini yerinə yetirməlidir. 19. Mö`min mö`minin sualına cavab verməlidir. 20. Mö`min səbir vurduqda ona “yərhəməkumullah” demək, mö`minin uyğun duasına “yəğfirəllahu ləkum” deyərək cavab vermək lazımdır. 21. Mö`minin itirdiyini tapmaq. 22. Onun salamını almaq. 23. Onunla yaxşı tərzdə danışmaq. 24. Onun verdiklərini yaxşı saymaq. 25. Onun andlarını təsdiqləmək. 26. Onunla dostluq etmək, düşmənçilikdən çəkinmək. 27. İstər məzlum, istər zalım olduğu vaxt ona yardım göstərmək. Zalım vaxtı yardım göstərmək dedikdə, onu zülmdən çəkindirmək nəzərdə tutulur. 28. Mö`mini düşmənə təhvil verməmək, onu tənha qoymaqla xar etməmək. 29.Mö`min şəxs özü sevdiyini mö`min qardaşı üçün də sevməlidir. 30. Mö`min şəxs özü üçün sevmədiyini mö`min qardaşı üçün də sevməməlidir. 3. Dirilərin ölülərə münasibətdə ədaləti. Dirilər ölülərin borcunu ödəməli, vəsiyyətlərini yerinə yetirməli, onlara dua etməlidirlər. Deyilənlərdən aydın olur ki, hər bir insanın xoşbəxtliyi onun ədalətə münasibəti ilə müəyyənləşir. İnsan orta həddi gözləməsə heç vəchlə dünya və axirət səadətinə nail ola bilməz. Beləcə, orta həddi şüar etməli, elm, əməl və cəmiyyətdə həddi aşmamalıyıq. Bu prinsiplərə riayət etməyənlər peyğəmbərin qəddini qırır. Birinci fəsil

KƏBİRƏ GÜNAHIN SƏCİYYƏLƏRİ

KƏBİRƏ GÜNAHIN SƏCİYYƏLƏRİ 1. İmam Sadiq (ə) buyurur: “Ne`məti əldən alan günahlar yersiz qiyamdır. Günahsız insanın qətli peşimançılıq gətirən günahlardandır. Zülm insanı bəlaya düçür edir. Şərabxorluq insanın abır-həyasını əlindən alır. Zina insanın ruzisini əskildir. Yaxınlarla rabitəni kəsən insanın ölümü tezləşir. Ata-ananı incitmək duanın qəbuluna mane olur.” 2. İmam Baqir (ə) buyurur: Hәzrәt Peyğəmbər (s) buyurmuşdur: “Əgər məndən sonra zina rəvac tapsa, qəfil ölümlər artar. Ölçü və çəkini əskiltsələr Allah tərəfindən qıtlığa düçar edilərlər. Əgər zəkat ödəməsələr, torpağın bərəkəti əskilər. Haqsız hökm versələr zülm-sitəmə kömək etmişlər. Əhdi pozsalar Allah düşmənlərini onlara qalib edər. Yaxınlarla əlaqəni kəssələr Allah onların malını şər adamların əlinə salar. Yaxşılığa də`vət və pisliyə qadağadan çəkinsələr, mənim Əhli-beytimə (ə) tabe olmasalar Allah pis insanları onlara hakim edər. Onların yaxşıları da dua edəndə qəbul olmaz.” 3. İmam Sadiq (ə) buyurur: “Qəlbi günah kimi qaraldan ikinci bir şey yoxdur. Həqiqətən, günah qəlbi bulaşdırar, ardıcıl yol verilən günahlar qalib gəlib onu alçaldar.” 4. İmam Sadiq (ə) buyurur: “Damarı səyridən, ayağı büdrədən, başı ağrıdan, xəstəlik gətirən yalnız günahdır. “«Şura» surəsinin 30-cu ayəsində Allah-tәala buyurur ki, yalnız öz əməllərinizə görə müsibətə düçar olursunuz. Allahın bağışladığı günahlar cəzalandırılan günahlardan daha çoxdur.” 5. İmam Sadiq (ə) buyurur: Əmirəl-mö`minin (ə) buyurmuşdur: “Əməllərin səni rüsvayçılığa çəkdiyi bir vaxt məbаda gülərkən dişlərin görünə.” 6. Əbu Bəsir deyir: İmam Sadiq (ə) buyurmuşdur: “İnsan günaha yol verdiyi vaxt onun qəlbində qara bir nöqtə yaranar. Əgər tövbə etsə bu nöqtə məhv olar. Əgər günahını artırsa qəlbinin qaralığı artar və bütün qəlbini bürüyər. Bu haldan qurtuluş yoxdur.” İkinci fəsil

GÜNAHKARLARLA YOLDAŞLIĞIN MƏZƏMMƏTİ HAQQINDA RƏVAYƏTLƏR

GÜNAHKARLARLA YOLDAŞLIĞIN MƏZƏMMƏTİ HAQQINDA RƏVAYƏTLƏR 1. İmam Sadiq (ə) imam Baqirin (ə) dilindən belə nəql edir: “Atam Səccad (ə) mənə buyurdu: “Beş zümrə ilə yoldaş, həmsöhbət və dost olma.” Bu beş zümrənin kimlərdən ibarət olduğunu soruşdum. Atam buyurdu: “Yalançı ilə yoldaşlıqdan çəkin. O ilğım kimidir, uzağı yaxın, yaxını uzaq göstərər. Fasiqlə yoldaşlıqdan çəkin. O səni bir qarın yeməyə və ya ondan da aza satar. Paxılla yoldaşlıqdan çəkin. Çünki olanını sənə qıymaz, ehtiyaclı olduğun vaxt sənə yardım əli uzatmaz. Axmaqla yoldaşlıqdan çəkin. O sənə xeyir vermək istəsə də, anlamazlıqdan sənə zərər vurar. Yaxınları ilə əlaqəni kəsəndən çəkin. Mən belələrinə Qur`anda lə`nət oxunduğunu gördüm. “Məhəmməd” surəsinin 23-cü ayəsi, “Rə`d” surəsinin 24-cü ayəsi, “Bəqərə” surəsinin 27-ci ayəsi.” 2. İmam Sadiq (ə) buyurur: “Allaha və Qiyamət gününə imanı olan kəs imamın təhqir olunduğu, mö`minlərə eyb tutulan məclisdə oturmasın.” 3. İmam Sadiq (ə) buyurmuşdur: “Allaha qarşı itaətsizliyə yol verilən və söhbəti dəyişmək imkanı olmayan məclisdə əyləşmək mö`minə yaraşmaz.” 4. İmam Sadiq (ə) buyurur: “Bid`ət əhli ilə (dinə bir şey artırıb, dindən bir şey əskildənlərlə) həmsöhbət olmayın, bir məclisdə oturmayın. Belə etsəniz onlardan sayılarsınız. Peyğəmbər (s) buyurur: “İnsan öz dostu ilə bir məzhəbdədir.” Üçüncü fəsil

ALLAH QARŞISINDA GÜNAHIN E`TİRAFI VƏ PEŞMANÇILIQ

ALLAH QARŞISINDA GÜNAHIN E`TİRAFI VƏ PEŞMANÇILIQ 1. İmam Baqir (ə) buyurur: “And olsun Allaha, günahı e`tiraf edənədək ondan qurtulmazsınız. Tövbə üçün peşmançılıq yetər.” 2. İmam Baqir (ə) buyurur: “And olsun Allaha, insanlardan yalnız iki xislət istənilmişdir: Ne`mətin artırılması üçün onun e`tirafı, günahın bağışlanması üçün günahın e`tirafı.” 3. İmam Sadiqin (ə) səhabələrindən biri nəql edir ki, imam belə buyurdu: “Həqiqətən, insan günaha yol verər və Allah bu günah vasitəsi ilə onu behiştə aparar.” İmamdan buyuruğunun mə`nasını soruşdum. İmam (ә) buyurdu: “O günah edər və daim bu günahın qorxusunu çəkər. Günaha görə özünə qəzəbləndiyindən Allah ona rəhm edib behiştə aparar.” 4. İmam Sadiq (ə) buyurur: “Allah sevir ki, bəndə öz günahına görə bağışlanma diləsin. Günahı az olduğundan e`tinasızlıq göstərib tövbə qılmayanı Allah düşmən bilir.” Dördüncü fəsil

TÖVBƏ VƏ ONUN ŞƏRTLƏRİ HAQQINDA

TÖVBƏ VƏ ONUN ŞƏRTLƏRİ HAQQINDA 1. Vəhəbdən nəql olunur ki, bir gün şeytan həzrət Yəhyanın gözünə görünüb ona nəsihət vermək istədi. Hәzrәt Yəhya dedi: “Sənin nəsihətinə ehtiyaclı deyiləm. Amma mənə insanların vəziyyəti haqqında xəbər ver.” Şeytan dedi: “Bəni-Adəm bizim nəzərimizcə üç zümrədən ibarətdir: а) Bə`ziləri sizin kimi mə`sumdur. Onlara ümidimiz olmadığından əl çəkib rahatlanmışıq. Bizim hiylələrimiz onlara tə`sir etmir. b) Bəziləri isə bizim qarşımızda uşaq əlindəki top kimidir. Onu istədiyimiz tərəfə qovur və tam ixtiyarımızda saxlayırıq. v) Üçüncü zümrə hamıdan çox bizi narahat edir. Onların üzərində ciddi çalışsaq da, onlar günaha yol verən kimi peşiman olur, tövbə qılır və bağışlanma diləyirlər. Onlara çəkdiyimiz əziyyət boşa çıxır. Növbəti dəfə onları aldatmaq istədikdə, yenə günaha sürükləndikdən sonra tövbə qılıb bağışlanırlar. Onlardan nə istədiyimizi alır, nə də ümidimizi üzə bilirik. 2. Əllamə Hilli (r) “Minhacul-kəramə” kitabında yazır ki, Buşr Hafi İmam Kazimin (ə) əli ilə tövbə etdi. Bir gün imam Bağdadda Buşrun mənzilinin yanından keçərkən mənzildən çal-çağır sədaları eşitdi. Həmin vaxt Buşrun kənizi zibil atmaq üçün bayıra çıxmışdı. İmam kənizdən soruşdu: “Bu evin sahibi bəndədir, yoxsa azad?” Kəniz cavab verdi ki, azad. İmam (ә) buyurdu: “Düz deyirsən, əgər bəndə olsaydı öz ağasından qorxardı.” Kəniz mənzilə daxil oldu. Buşr şərab süfrəsində əyləşmişdi. Kənizin yubanmasının səbəbini soruşdu. Kəniz cavab verdi ki, qapıdan ötən bir şəxs ev sahibinin ağa, yoxsa bəndə olduğunu soruşub və deyib ki, əgər bəndə olsaydı ağasından qorxardı. Bu sözlər Buşra o qədər tə`sir etdi ki, süfrədən qalxıb ayaqyalın özünü imam Kazimə (ə) çatdırdı. İmamın vasitəsi ilə tövbə edib ağlar halda geri qayıtdı. Həmin gündən Buşr çirkin əməlləri tərk etdi və zahidlər sırasına qatıldı. Buşr ayaqyalın imamın hüzuruna getdiyi üçün “hafi”, yə`ni ayaqyalın ləqəbini aldı. 3. “Nəhcül-bəlağə”də nəql olunur ki, bir şəxs Əmirəl-mö`mininin (ə) hüzurunda “əstəğfirullahə” söylədi. İmam (ә) buyurdu: “Anan əzanda ağlasın, bilirsənmi istiğfar nədir? İstiğfar ali bir dərəcədir və onun beş mə`nası var: keçmiş pis əməllərə görə peşmançılıq, keçmiş əməllərin təkrar olunmayacağı ilə bağlı qərar, Allahla görüş gününədək xalqın haqlarının qaytarılması, tərk olunmuş vacib əməllərin yerinə yetirilməsi, bədənin haramdan cücərmiş ətinin qəm-qüssə ilə ərildilməsi və dəri ilə sümük arasında yeni ətin yaranması. 6. Günahın şirinliyini bədənə daddırdığın kimi ibadətin əziyyətini bədənə daddırasan. Yalnız bu şərtlər ödəndikdən sonra “əstəğfirullah” deyə bilərsən. Belə bir istiğfar həqiqi və kamil istiğfardır. 4. Müaviyə ibn Vəhəb nəql edir ki, imam Sadiq (ə) buyurdu: “Bəndə həqiqi tövbə etdiyi vaxt Allah onu dost bilir, dünya və axirətdə onun eybini örtür.” Müaviyə ibn Vəhəb soruşur ki, eybləri necə örtür?” İmam buyurur: “İki müvəkkil mələyin yazdığı günahları yadından çıxarır, bədən üzvlərinə vəhy edir ki, günahları örtsünlər. Günaha yol verilən yerə vəhy olunur ki, sənin üzərində baş verən günahı ört. Belə ki, Allahla görüş zamanı onun günahına heç bir şəhadət verilmir.” 5. Əbu Übeydə Əl-Həzza nəql edir ki, imam Baqir (ə) buyurdu: “Həqiqətən, Allah-tәala bəndəsinin tövbə və qayıdışına şad olur. Səhrada dəvəsini və azuqəsini itirmiş şəxs onu tapanda necə sevinirsə, Allah öz bəndəsinin tövbəsinə bir o qədər sevinir. 6. İmam Sadiq (ə) buyurur: “Həqiqətən, Allah aldadılmış və tövbəkar bəndəsini sevir. Günahkar tövbə etdiyi üçün üstün tutulur. Beşinci fəsil

TÖVBƏ VƏ ONUN FAYDALARI HAQQINDA BİR NEÇƏ HƏDİS

TÖVBƏ VƏ ONUN FAYDALARI HAQQINDA BİR NEÇƏ HƏDİS 1. İmam Sadiq (ə) buyurur: “Bəndə günaha yol verdiyi vaxt Allah-tәala ona yeddi saat möhlət verir. Əgər Allahdan bağışlanma diləsə ona günah yazılmaz. Bu saatlar ötsə və bəndə bağışlanma diləməsə günah yazılar. Həqiqətən də, mö`min günahdan iyirmi il sonra onu yada salıb Allahın dərgahından bağışlanma diləsə Allah onu bağışlayar. Kafir isə həmin saat günahını yaddan çıxarır.” 2. Əli ibn Rəab deyir: İmam Sadiqdən “başınıza gələnlər öz əməllərinizdəndir” ayəsinin təfsiri haqqında soruşdum. Dedim ki, həzrət Əlinin (ə) və ondan sonra ailəsinin başına gələnlərin səbəbi nədir? Axı onlar mə`sumdurlar. Sualımın cavabında imam buyurdu: “Hәzrәt Peyğəmbər (s) gün uzunu günah etmədiyi halda yüz dəfə Allahın dərgahına üz tutub tövbə qılırdı. Dostları günaha yol vermədiyi halda Allah onları çətinliyə salır ki, savab versin.” 3. İmam Sadiq (ə) buyurur: “Həqiqətən, Allah bəndəsindən xeyir istədikdə günahına görə onu cəzalandırır, tövbəni ona xatırladır. Bəndəyə pislik istədikdə günahdan sonra ona ne`mət əta edir, tövbəni yadından çıxarır. Allah-tәala buyurur ki, onları bilmədikləri yolla tədricən həlak edərik.” Sonda “Nəhcül-bəlağə”dən günahkarlar və onlara nəsihətlə bağlı xütbəni yada salırıq. Günahkarlar azğınlıq yolunda heç nədən çəkinmədən addım atır. Nəhayət, Allah onları günahlarına görə cəzalandırır, onları qəflətdən oyatmaq istəyir. Ölüm onları yaxaladıqda axirətə üz tutur, dünyaya arxa çevirirlər. Belə ki, əldə etdikləri dünya ləzzətlərindən fayda olmur. Çünki, dünya ləzzətlərini özləri ilə gətirə bilmirlər. Ölümün gəlişi ilә bütün arzu-istəklər puça çıxır. Özümü və sizi belə bir sonluqda həzər qılmağa çağırıram. Qəflət yuxusundan oyanaq, dünyanın müvəqqəti ləzzətlərinə təslim olmayaq. Bəsirət odur ki, insan Allah, peyğəmbər və mə`sum imamların nəsihətləri barədə düşünsün, dünyanın vəfasızlığını başa düşsün, ibrətlərdən faydalansın. Doğru yolu tutarkən bu yolun eniş-yoxuşlarında özünü gözləsin, şeytana aldanmasın. Özünü islah etməmiş azğınlara yol göstərməsin. Əziz oxucu! Qəflət yuxusundan oyan! Tələsmə, qarşına çıxan məsələlərdə Peyğəmbərin (s) buyuruqları haqqında yaxşı düşün. Peyğəmbər buyuruqlarına biganə insanlardan uzaq ol. Belələrini boşla. Təkəbbür, naz-qəmzə, eqоistliyi özündən uzaqlaşdır. Qəbrin haqqında düşün. Yolun oradan keçəsidir. Gördüyün işə görə cəzalanacaqsan. Nə əkəcəksənsə, onu da biçəcəksən. Öncədən göndərdiklərini Qiyamətdə əldə edəcəksən. Özünə yer hazırla, nə qədər ki, fürsətin var qarşıdakı gün üçün hazırlıq gör. Ey eşidən, həzər qıl, ey bixəbər çalış. Qiyamətin xəbərlərindən kimsə səni peyğəmbər və imamlаr kimi xəbərdar edəsi deyil. Qur`anın qəti hökmlərindən qaça bilməzsən. Bu hökmlərə əməl edənlər razı qalar. Müxaliflər üçün cəza hazırlanmışdır. İbadətdə özünə əziyyət verən, əməlini zahirən xalisləşdirən şəxs aşağıdakı beş sifətdən tövbə etməmiş nicat tapmaz: 1. Allaha qarşı şirk; ibadət və pərəstişdə Allaha şərik qoşmaq. Qur`an buyurur ki, Allahın mərhəmətinə ümid bəsləyən saleh iş görməli, ibadətdə ona şərik qoşmamalıdır. 2. İnsan bir başqasını öldürməklə qəzəbini aradan qaldırmamalıdır. Qur`an buyurur ki, mö’mini bilərəkdən öldürənin cəzası cəhənnəmdir. 3. Başqalarının pis işini açıqlamaq. Qur`an buyurur ki, iman gətirənlərin eyblərini açanları dünya və axirətdə ağrılı əzab gözləyir. 4. Dində bid`ət yaratmaqla xalqdan təmənna. Qur`anda buyurulur ki, arzu-istəyinin ardınca gedəndən də azğını kimdir? 5. Xalqla riyakar rəftar, ikili danışıq. Yə`ni birinə üzdə dost deyib, arxada düşmənçilik etmək. Qur`an buyurur ki, ikiüzlü insanlar cəhənnəm odunun ən aşağı dərəcəsində yerləşər. Aşağıdakı məsəl haqqında dərindən düşün. Hər bir misal oxşar hadisələrin mahiyyətini açıqlayır. Heyvanlar ot və su axtarışındadır. Yırtıcılar daim başqalarına zərər vurmağa çalışır. Qadınların məqsədi düya həyatını bəzəməkdir. İnsan şəhvət və qəzəb qüvvələrinə təslim olduqda heyvanlarla bir səviyyəyə enir. Əgər dünya zinətini məqsəd seçsə, qadınlar zümrəsinə qatılır. Hər bir bəndə mö`minlərin sifətini soraqlamalıdır. Mö`minlər Allah qarşısında təvazökar, xalqa nəsihətçil və mehriban, Allahın qəzəbindən qorxaqdırlar. Pərvərdigara, bizə bəyəndiyin və razı qaldığın işlərdə tövfiq ver. Pərvərdigara, bizə itaət və günahdan uzaqlıq tövfiqi əta et. Bizə xalis niyyət və yanında olanlara münasibətdə mə`rifət buyur.