HƏZRƏT ƏLİNİN (Ə) MALİK ƏŞTƏRƏ MƏKTUBUNUN ŞƏRHİ
 


İŞ BÖLGÜSÜ VƏ MƏS’UL TƏ’YİNATI Öncə qeyd etdik ki, İslam hakimi üçün iş bölgüsü zəruri, qüvvə seçimi mühüm və əsas məsələdir. İmam əhdnamənin bu hissəsində iş bölgüsünü yada salaraq Malikə tapşırır ki, hər iş üçün xüsusi məs’ul tə’yin etsin. Həzrət buyurur ki, işin əzəməti ona nəzarət edən məs’ula üstün gəlməməli, işdəki dolaşıqlıqlar onu heyrətə salmamalıdır. Çünki bütün bu nöqsanlar sonda valinin hesabına yazılacaq. Həzrət buyurur: وَاجْعَلْ لِرَأْسِ كُلِّ أَمْر مِنْ أُمُورِكَ رَأْساً مِنْهُمْ، لاَ يَقْهَرُهُ كَبِيرُهَا، وَلاَ يَتَشَتَّتُ عَلَيْهِ كَثِيرُهَا، وَمَهْمَا كَانَ فِي كُتَّابِكَ مِنْ عَيْب فَتَغَابَيْتَ عَنْه أُلْزِمْتَهُ “Hər bir işin üçün məs’ul seç. Elə bir məs’ul ki, işin böyüklüyü onu çarəsiz etməsin, işin çoxluğu və çeşidliliyi onu heyrətə salmasın. Əgər müavinlərində olan eybi görməsən xalq nöqsanı sənin hesabına yazacaq.” TACİRLƏR, SƏNƏTKARLAR, FƏHLƏLƏR Sağlam həyat vasitəsi olan, insanın ehtiyaclarını tə’min edən, xalqın ümumi vəziyyətini sahmana salan, insanların üzünə haqqın yolunu açan bir ticarət İslamda təsdiq və təşviq olunur. Amma ticarət və sənətkarlıq həyat məqsədinə çevrildikdə, kübarlıq və dəbdəbə üçün vasitə olduqda İslam tərəfindən məzəmmət olunur və bədbəxtlik səbəbi sayılır. Həzrət Əli (ə) öz bəyanatının bu hissəsində o qəbil tacir və sənətkarları nəzərdə tutur ki, ticarət və sənəti həyat məqsədi yox, ehtiyacların tə’minat vasitəsi sayır. Onlar ticarət və sənəti insan həyatına ilahilik verən vasitə kimi tanıyırlar. İslamda bu sayaq ticarət təşviq olunur. Həzrət Əli (ə) buyurur: ثُمَّ اسْتَوْصِ بِالتُّجَّارِ وَذَوِي الصِّنَاعَاتِ، وَأَوْصِ بِهِمْ خَيْراً: الْمُقِيمِ مِنْهُمْ، وَالْمُضْطَرِبِ بِمَالِهِ، وَالْمُتَرَفِّقِ بِبَدَنِهِ، فَإِنَّهُمْ مَوَادُّ الْمَنَافِعِ، وَأَسْبَابُ الْمَرَافِقِ، وَجُلاَّبُهَا مِنَ الْمَباعِدِ وَالْمَطَارِحِ، فِي بَرِّكَ وَبَحْرِكَ، وَسَهْلِكَ وَجَبَلِكَ، وَحَيْثُ لاَ يَلْتَئِمُ النَّاسُ لِمَوَاضِعِهَا، وَلاَ يَجْتَرِئُونَ عَلَيْهَا، فَإِنَّهُمْ سِلْمٌ لاَ تُخَافُ بَائِقَتُهُ، وَصُلْحٌ لاَ تُخْشَى غَائِلَتُهُ، وَتَفَقَّدْ أُمُورَهُمْ بِحَضْرَتِكَ وَفِي حَوَاشِي بِلاَدِكَ “İndi isə tacirlər və sənaye sahibləri haqqındakı vəsiyyətimi qəbul et və sən də onları yaxşılığa çağır! İstər şəhərdə məskunlaşanlar olsun, istər məhsulları dövriyədə olanlar, istərsə də fiziki gücündən istifadə edənlər. Bütün bunlar fayda qaynağı, həyat rövnəqinin əsasıdır. Onlar xalqın ehtiyaclarını ödəmək üçün uzaq şəhərlərdən, dəniz, səhra, hamar və dağlıq ərazilərdən, xalqın gedə bilmədiyi və getməyə cür’əti çatmadığı nöqtələrdən əldə edib gətirir. Demək onlar dostluq və məhəbbətə layiqdir və onlardan təhlükə gözlənilmir. İstər hüzurunda olsun, istər digər şəhərlərdə, onlardan hal-əhval tut, işlərini həll et.” TİCARİ MƏHDUDİYYƏTLƏR İslam ticarəti azad bilib tacirləri təşviq etsə də, ticarət üçün hökm və qaydalar nəzərdə tutmuşdur. Tacir ticarətdən öncə ticarət qaydalarını öyrənməlidir ki, onun işi cəmiyyətdə fəsad yaratmasın, özü də harama düçar olmasın. Böyük fəqihlər mə’sum imamların ticarət haqqındakı buyuruqlarına istinad edərək alış-verişlə məşğul olanlar üçün qaydalar nəzərdə tutmuşlar: ●Alış-verişdə satıcı alıcı ilə sərt olmasın; ●Müştərilər arasında qiymət fərqi qoyulmasın; ●İstənilən bir növ anddan, hətta doğru anddan pəhriz olunsun; ●Malda olan nöqsan müştəriyə bildirilsin; ●Alıcı peşiman olduqda satıcı imkan həddində malı geri götürsün; ●Satıcı malı həddən artıq tə’rif etməkdən çəkinsin; ●Əskik satılmasın; ●Möhtəkirliyə yol verilməsin; ●Zor göstərilməsin və s. Uyğun mövzu ilə bağlı həzrət Əli (ə) Malik Əştərə buyurur: وَاعْلَمْ ـ مَعَ ذلِكَ ـ أَنَّ فِي كَثِير مِنْهُمْ ضِيقاً فَاحِشاً، وَشُحّاً قَبِيحاً، وَاحْتِكَاراً لِلْمَنَافِعِ، وَتَحَكُّماً فِي الْبِيَاعَاتِ، وَذلِكَ بَابُ مَضَرَّة لِلْعَامَّةِ، وَعَيْبٌ عَلَى الْوُلاَةِ فَامْنَعْ مِنَ الاْحْتِكَارِ، فَإِنَّ رَسُولَ اللهِ(صلى الله عليه وآله) مَنَعَ مِنْهُ وَلْيَكُنِ الْبَيْعُ بَيْعاً سَمْحاً: بِمَوَازِينِ عَدْل، وَأَسْعَار لاَ تُجْحِفُ بِالْفَرِيقَيْنِ مِنَ الْبَائِعِ وَالْمُبْتَاعِ، فَمَنْ قَارَفَ حُكْرَةً بَعْدَ نَهْيِكَ إِيَّاهُ فَنَكِّلْ،وَعَاقِبْ فِي غَيْرِ إِسْرَاف “Bütün bunlarla yanaşı, bil ki, onların çoxu alış-verişdə çox sərtlik edir, xəsislik göstərir, daha çox qazanmaq üçün möhtəkirliyə əl atır, alış-verişdə zor göstərir. Bu işlər xalq üçün zərər, hakimlər üçün ləkədir. Buna görə də möhtəkirliyin qarşısını al! Çünki həzrət Peyğəmbər (s) buna yol verməmişdir. Alış-veriş sadə şəkildə, ədalətlə yerinə yetirilməlidir. Qiymətlər heç bir tərəfə (satıcı və alıcıya) sıxıntı gətirməməlidir. Sənin xəbərdarlığından sonra yenidən möhtəkirliyə əl atanları cəzalandır. Amma cəzalandırarkən həddi aşma!” MÖHTƏKİRLİK VƏ İNHİSARÇILIQ Həzrətin buyuruqlarından anlaşılır ki, islami ticarətdə həm möhtəkirlik, həm də inhisarçılıq haramdır. Hamımıza mə’lumdur ki, bu gün sərmayə sahibləri xalqı iki yolla sıxıntıya salır: Çalışırlar ki, xalqın ehtiyac duyduğu məhsulları anbara yığıb satışa çıxarmasınlar. Onların məqsədi məhsul bahalaşdıqdan sonra onu qara bazarda satmaqdır. Bu əməl möhtəkirlik sayılır. İslam möhtəkirliyi haram bilir, möhtəkir tə’qib olunur, cəzalandırılır. Bə’zən isə sərvət sahibləri bir araya gəlib hansısa malı inhisara alır. Belə ki, bu razılıqda iştirak etməyənlər nəzərdə tutulmuş malı yalnız inhisarçıların əli ilə sata bilir. İnhisarçılıq İslam prinsipləri ilə bir araya sığmır. Həzrət Əli (ə) hər iki işin çirkinliyini açıqlayaraq Malikə buyurur ki, mallara qiymət qoysun, tacirləri tam azad buraxmasın. Tapşırılır ki, möhtəkirləri və inhisarçıları cəzalandırmaqla onların sui-istifadəsinin qarşısı alınsın. İSLAM CƏMİYYƏTİNDƏ FƏHLƏLƏRİN VƏ MÜSTƏZƏFLƏRİN YERİ İstənilən bir cəmiyyətdə müxtəlif səbəblərdən işləyə bilməyənlər var. Əgər belə insanlara əl tutulmasa onların gəncləri günaha sürüklənər, zəifləri aclıqdan ölər. Belə bir vəziyyətin davamı təhlükəli və alçaldıcıdır. Dövlət bu sayaq çarəsiz təbəqəyə əl tutmalı, onların gənclərini işə cəlb etməli, düşdükləri vəziyyətdən çıxarmalıdır. Bugünki mütərəqqi dünya uyğun missiyanı öz üzərinə götürərək şüar verir ki, qanunlar tənzimləməklə fəhlələrin haqlarını tə’min etmiş, biçarələri fəlakətdən qurtarmışdır. Bizim nəzərimizcə, bugünki dünyada fəhlələr və çarəsizlər öz təzyiqləri ilə nəyəsə nail olmuşlarsa da, uyğun iddialar şüar səviyyəsindən yuxarı qalxmamışdır. Çünki hazırda da fəhlələr və çarəsizlər inkişaf etmiş ölkələrdə (məsələn Amerikada, Rusiyada, İngiltərədə, Almaniyada, Fransada) olduqca çətin vəziyyətdədirlər və imperializmə qarşı mübarizə mövqeyində dayanmışlar. Onlar düşdükləri vəziyyətdən qurtuluş üçün yardım gözləyirlər. Əksinə, həzrət imamın 1300 il öncəyə aid uyğun fərmanında uyğun iddialar şüar mərhələsindən əməl mərəhələsinə qaldırılmış, Malikə konkret göstərişlər verilmişdir: ثُمَّ اللهَ اللهَ فِي الطَّبَقَةِ السُّفْلَى مِنَ الَّذِينَ لاَ حِيلَةَ لَهُمْ وَالْمَسَاكِين وَالْـمُحْتَاجِينَ وَأَهْلِ الْبُؤْسَى وَالزَّمْنَى، فإِنَّ فِي هذِهِ الطَّبَقَةِ قَانِعاً وَمُعْتَرّاً، وَاحْفَظْ لله مَا اسْتَحْفَظَكَ مِنْ حَقِّهِ فِيهِمْ، وَاجْعَلْ لَهُمْ قِسمْاً مِنْ بَيْتِ مَالِكَ، وَقِسماً مِنْ غَلاَّتِ صَوَافِي الاِْسْلاَمِ فِي كُلِّ بَلَد، فإِنَّ لِلاَْقْصَى مِنْهُمْ مِثْلَ الَّذِي لِلاَْدْنَى، وَكُلٌّ قَدِ اسْتُرْعِيتَ حَقَّهُ، فَلاَ يَشْغَلنَّكَعَنْهُمْ بَطَرٌ، فَإِنَّكَ لاَ تُعْذَرُ بِتَضْيِيعِ التَّافِهَ لاِِحْكَامِكَ الْكَثِيرَ الْمُهِمَّ فَلاَ تُشْخِصْ هَمَّكَ عَنْهُمْ، وَلاَ تُصَعِّرْ خَدَّكَ لَهُمْ، وَتَفَقَّدْ أُمُورَ مَنْ لاَ يَصِلُ إِلَيْكَ مِنْهُمْ مِمَّنْ تَقْتَحِمُهُ الْعُيُونُ، وَتَحْقِرُهُ الرِّجَالُ، فَفَرِّغْ لاُِولئِكَ ثِقَتَكَ مِنْ أَهْلِ الْخَشْيَةِ وَالتَّوَاضُع، فَلْيَرْفَعْ إِلَيْكَ أُمُورَهُمْ، ثُمَّ اعْمَلْ فِيهِمْ بَالاِْعْذَارِ إِلَى اللهِ تَعَالَى يَوْمَ تَلْقَاهُ، فَإِنَّ هؤُلاَءِ مِنْ بَيْنِ الرَّعِيَّةِ أَحْوَجُ إِلَى الاِْنصَافِ مِنْ غَيْرِهِمْ، وَكُلٌّ فَأَعْذِرْ إِلَى اللهِ تَعَالَى فِي تَأْدِيَةِ حَقِّهِ إِلَيهِ. وَتَعَهَّدْ أَهْلَ الْيُتْمِ وَذَوِي الرِّقَّةِ فِي السِّنِّ مِمَّنْ لاَ حِيلَةَ لَهُ، وَلاَ يَنْصِبُلِلْمَسْأَلَةِ نَفْسَهُ، وَذلِكَ عَلَى الْوُلاَةِ ثَقِيلٌ، وَالْحَقُّ كُلُّهُ ثَقِيلٌ، وَقَدْ يُخَفِّفُهُ اللهُ عَلَى أَقْوَام طَلَبُوا الْعَاقِبَةَ فَصَبَرُوا أَنْفُسَهُمْ، وَوَثِقُوا بِصِدْقِ مَوْعُودِ اللهِ لَهُمْ “Cəmiyyətin çarəsizlərdən, yoxsullardan, əldən düşmüşlərdən, əlillərdən ibarət olan aşağı təbəqəsinə münasibətdə (onların arasında iffətli, abır-həyalı insanlar var) Allahı nəzərdə saxla, Allahın öz haqqından onlar üçün nəzərdə tutduğunu ixtiyarlarına ver, beytül-maldan və qənimət torpaqlardan hər şəhərdə onlar üçün pay ayır. Çünki ən uzaqda olan müsəlmanın da ən yaxında olan müsəlman kimi payı var. Hər bir müsəlman harada olur olsun paya malikdir və sən hamının haqqını ödəməyə məs’ulsan. Məbada firavanlıq sənə onların vəziyyətini unutdursun. Çünki sən böyük işlərə görə kiçik işləri nəzərdən qaçırsan üzürlü sayılmazsan. Fikrin onlardan yayınmasın, onlardan üz çevirmə! Səninlə görüş imkanı olmayan və xalqın gözündə fəqir olanların işinə bax. Bu zümrənin çətinliklərinin həlli üçün Allahdan qorxan təvazö əhlindən seç ki, onların çətinliklərini sənə çatdırsın. Sonra onlarla elə rəftar et ki, Qiyamət günü üzrün olsun. Çünki bu zümrə başqalarına nisbətən ədalət və insafa daha çox ehtiyaclıdır. Xalqın haqqını yerinə yetirməkdə Allah yanında üzrün olmalıdır. Yetimlərə nəvaziş göstər, çarəsiz qocaları yaddan çıxarma! Hakimlərin bu vəzifəsi çətin və yorucudur. Amma Allah bu işi axirət istəyən, Allah yolunda səbr göstərən, Allahın və’dlərinə inananlar üçün asan edər.” Qeyd etdik ki, bugünki dünyada fəhlələr təzyiq və sıxıntılara dözərək müəyyən imtiyazlar qazanmışlar. İş saatı azaldılmış, əmək haqqı qaldırılmış, ixrac olunan üçün müavinət tə’yin edilmiş, ictimai sığorta bankları yaradılmışdır. Bilməliyik ki, əvvəla bu nəticələr fəhlələrin uzun-uzadı sə’yləri nəticəsində əldə olunmuşdur. Heç bir parlament fəhlələr səsini qaldırmamış onların xeyrinə qanun çıxarmamış, əksinə, fəhlələrə müqavimət göstərilmişdir. İkincisi, mövcud qanunlarda bir çox zəruri məqamlar əks olunmamışdır. Üçüncüsü, uyğun qanunlarda iş qabiliyyəti olmayan qocalara, yetimlərə, himayəsizlərə və uşaqlara diqqət verilməmişdir. Hansı ki, həzrət Əlinin (ə) əhdnaməsində yoxsulların heç bir tələbi olmadan onlar yada salınmışdır. İkicisi, əhdnamədə bütün ehtiyaclılar nəzərdə tutulmuşdur. Üçüncüsü, dövlət özünü bu qanunların icrasına məs’ul saymış, ehtiyaclıların müəyyənləşdirilməsi üçün məs’ullar seçmişdir. XALQ HAKİMİNİN XÜSUSİYYƏTLƏRİ Xalq hakimi xalqı özündən, özünü xalqdan bilir. Buna görə də özü ilə xalq arasında səd qoymur, xalqla birlikdə, yanaşı yaşamaq istəyir. Bu xüsusiyyət hakimi xalqa sevdirir, fəsad və xəyanət məqsədində olan qüvvələrə xalqı bədbinləşdirmək, hakim və xalq arasında ziddiyyət yaratmaq imkanı vermir. Bu səbəbdən həzrət Əli (ə) Maliki xalqla daimi rabitəyə çağırır. Malikdən elə bir şərait yaratmasını istəyir ki, cəmiyyətin bütün təbəqələri heç bir çətinliksiz, qorxu-hürküsüz öz problemlərini valiyə çatdıra bilsin. Əgər xalqa zülm olmuşsa zalım rüsvay edilsin, xain əməlinin cəzasına çatdırılsın. Həzrət buyurur: وَاجْعلْ لِذَوِي الْحَاجَاتِ مِنْكَ قِسْماً تُفَرِّغُ لَهُمْ فِيهِ شَخْصَكَ، وَتَجْلِسُ لَهُمْ مَجْلِساً عَامّاً، فَتَتَواضَعُ فِيهِ لله الَّذِي خَلَقَكَ، وَتُقعِدُ عَنْهُمْ جُنْدَكَ وَأَعْوَانَكَ مِنْ أَحْرَاسِكَ وَشُرَطِكَ، حَتَّى يُكَلِّمَكَ مُتَكَلِّمُهُمْ غَيْرَ مُتَعْتِع، فَإِنِّي سَمِعْتُ رَسُولَ اللهِ(عليه السلام)يَقُولُ فِي غَيْرِ مَوْطِن: "لَنْ تُقَدَّسَ أُمَّةٌ لاَ يُؤْخَذُ لِلضَّعِيفِ فِيهَا حَقُّهُ مِنَ الْقَوِيِّ غَيْرَ مُتَعْتِع" ثُمَّ احْتَمِلِ الْخُرْقَمِنْهُمْ وَالْعِيَّ، وَنَحِّ عَنْكَ الضِّيقَ وَالاَْنَفَ، يَبْسُطِ اللهُ عَلَيْكَ بَذلِكَ أَكْنَافَ رَحْمَتِهِ، وَيُوجِبُ لَكَ ثَوَابَ طَاعَتِهِ، وَأَعْطِ مَا أَعْطَيْتَ هَنِيئاً، وَامْنَعْ فِي إِجْمَال وَإِعْذَار! “Günün bir hissəsini ehtiyaclılara həsr et! Onlarla şəxsən görüş, ümumi məclislərdə iştirak et, səni yaratmış Allahın razılığı üçün təvazökar ol! Bu məclislərdə mühafizəçilər və yaxınlarına de ki, xalqa mane olmasınlar, istəyən səninlə rahat danışa bilsin. Çünki peyğəmbərdən dəfələrlə belə eşitmişəm: Haqqı qorxu-hürküsüz deyə bilməyən ümmət heç vaxt paklanmayacaq. Çalış ki, onların tünd rəftarına agahlıqla dözə biləsən. Hövsələsizliyi və xüdpəsəndliyi özündən uzaqlaşdır ki, Allah rəhmət qapılarını üzünə açsın, itaətinin savabını sənə ruzi buyursun. Bağışlamadığını açıq qəlblə bağışla. Müəyyən səbəbdən qadağa qoymaq istədikdə mehribanlıq və üzürxahlıqla qadağa qoy!” Görün, hökumət geniş ədalət prinsiplərindən yalnız bu prisipə əməl etsə, fürsəttələblər, xainlər və fəsadçılar bir iş görüb, xalqı və hökuməti doğru yoldan azdıra bilərmi?! Yalnız bu prinsipə riayət olunsa xalq və hökumət fəsaddan qorunar, məs’ullar xalqın ziddinə qərarlar çıxarmaz, xalq çarəsiz vəziyyətdə yol ölçməz! İCRA İŞLƏRİNDƏ MƏS’ULLARIN QƏLƏBƏ RƏMZİ Əvvəlki söhbətlərdə iş bölgüsü və qüvvə seçimindən danışdıq. Əlavə edək ki, icra işlərində mə’sumların müvəffəqiyyət rəmzi iki əsas nöqtədə müəyyənləşir: 1.Aydındır ki, dövlət məs’ulları bütün vəzifələri öz üzərinə götürə bilməz və onların çox işini müavinlər yerinə yetirir. Əlbəttə ki, bə’zi işlərə onlar bilavasitə müdaxilə etməlidir. Məs’ulun həm öz işini ləyaqətlə görməsi, həm də müavinlərin işindən xəbərdar olması üçün o önəmli işləri qeyri-zəruri işlərdən fərqləndirməlidir. Məs’ul önəmli işləri özü yerinə yetirməli, qeyri-zəruri işləri müavinlərə tapşırmalıdır. 2.Vəzifələr aydınlaşdıqda və birinci dərəcəli işlər müəyyənləşdikdən sonra hər iş üçün münasib vaxt tə’yin etmək zəruridir. Yə’ni bu günün işi sabaha, sabahın işi o biri günə saxlanılmamalıdır. Həzrət buyurur: ثُمَّ أُمُورٌ مِنْ أُمُورِكَ لاَ بُدَّ لَكَ مِنْ مُبَاشَرَتِهَا: مِنْهَا إِجَابَةُ عُمَّالِكَ بِمَا يَعْيَاعَنْهُ كُتَّابُكَ، وَمِنْهَا إِصْدَارُ حَاجَاتِ النَّاسِ عِنْدَ وَرُودِهَا عَلَيْكَ مِمَّا تَحْرَجُ بِهِ صُدُورُ أَعْوَانِكَوَأَمْضِ لِكُلِّ يَوْم عَمَلَهُ، فإِنَّ لِكُلِّ يَوْم مَا فِيهِ “İşlərin arasında elələri var ki, onları hökmən özün yerinə yetirməlisən. Katiblik öhdəsindən gəlmədikdə müavinlərin işinə özün nəzarət etməlisən. Bu işlərdən biri də müavinlər aciz qalan halda xalqın ehtiyaclarının tə’mini ilə məşğul olmaqdır. Hər gün həmin günün işini gör. Çünki iş tə’yin olunduğu günə bağlıdır.” İŞƏ ALDANMAMAQ ÜÇÜN ƏN YAXŞI YOL ÖZÜNÜTƏRBİYƏDİR. Paklanma və özünütərbiyə İslamın tərbiyə üsullarındandır. Paklanmada məqsəd budur ki, insan özünü kamillik və kəramətə mane olan pis sifətlərdən uzaqlaşdırsın, bu yolla müsbət sifətlərin qəbulunu hazırlıq görsün. Nəticədə daha yaxşı insan olmaq və Allaha yaxınlaşmaq üçün zəmin əldə olunur. İslamda pak ilahi niyyətlə həyata keçən bütün xeyir işlər ibadət sayılır. Əgər dövlət mə’murları Allahın razılığına xatir iş görsələr onların bütün işləri ibadət yazılacaq. Ola bilər ki, işini ibadət sayan məs’ul işə aldanıb vacib ibadətləri yaddan çıxarsın. Həzrət Əli (ə) belə bir halın qarşısını almaq üçün Malikə buyurur ki, ən yaxşı vaxtlarını ibadətə sərf et, insanın varlıq qaynağına yüksəlişi olan namazı kamil və əyri-əskiksiz, bütün qüvvənlə işlərinə sərlövhə seç. Həzrət buyurur: وَاجْعَلْ لِنَفْسِكَ فِيَما بَيْنَكَ وَبَيْنَ اللهِ تعالى أَفْضَلَ تِلْكَ الْمَوَاقِيتِ، وَأَجْزَلَ تِلْكَ الاَْقْسَامِ، وَإِنْ كَانَتْ كُلُّهَا لله إِذَا صَلَحَتْ فيهَا النِّيَّةُ، وَسَلِمَتْ مِنْهَا الرَّعِيَّةُ. وَلْيَكُنْ فِي خَاصَّةِ مَا تُخْلِصُ لله بِهِ دِينَكَ: إِقَامَةُ فَرَائِضِهِ الَّتي هِيَ لَهُ خَاصَّةً، فَأَعْطِ اللهَ مِن بَدَنِكَ فِي لَيْلِكَ وَنَهَارِكَ، وَوَفِّ مَا تَقَرَّبْتَ بِهِ إِلَى اللهِ مِنْ ذلِكَ كَاملاً غَيْرَ مَثْلُوم وَلاَ مَنْقُوص، بَالِغاً مِنْ بَدَنِكَ مَا بَلَغَ “Pak və xalis niyyətlə, xalqın xeyrinə gördüyün bütün işlər Allah üçün olsa da ən yaxşı vaxtı ibadət (nəfsin paklanması) üçün qərar ver. Yalnız Allah üçün olan vacib ibadətlər xüsusi vaxtda yerinə yetirilməlidir. Gün uzunu cismini və canını ona tapşır, Allaha yaxınlıq vasitəsi olan vəzifələri cisminə əziyyət olsa belə, qədərincə yerinə yetir.” CƏMİYYƏT NAMAZINDA MƏ’MUMLARA (İQTİDA EDƏNLƏRƏ) ÇƏTİNLİK YARATMAMAQ İslamda fərdi ibadət üçün incəliklər nəzərdə tutulsa da, cəmiyyət namazında mə’mumların halını nəzərə almaq ciddi tapşırılır. İslam dini insanların bir yerə toplanmasını çox əhəmiyyətli saydığından belə bir nöqtəyə xüsusi diqqət ayırır. Müqəddəs İslam şəriətində cümə və cəmiyyət namazlarında iştirak üçün qat-qat artıq savab nəzərdə tutulur. Məqsəd budur ki, müsəlmanlar daim toplum şəklində səhnədə olsun, parçalanmadan amanda qalsın. Həzrət buyurur: وَإِذَا قُمْتَ فِي صلاَتِكَ لِلنَّاسِ، فَلاَ تَكُونَنَّ مُنَفّرِاً وَلاَ مُضَيِّعاً، فَإِنَّ فِي النَّاسِ مَنْ بِهِ الْعِلَّةُ وَلَهُ الْحَاجَةُ. وَقَدْ سَأَلْتُ رَسُولَ اللهِ(صلى الله عليه وآله) حِينَ وَجَّهَنِي إِلَى الَيمنِ كَيْفَ أُصَلِّي بِهِمْ؟ فَقَالَ: "صَلِّ بِهِمْ كَصَلاَةِ أَضْعَفِهِمْ، وَكُنْ بِالْمُؤْمِنِينَ رَحِيماً “(Ey Malik) Cəmiyyətlə namaza dayandığın vaxt namazı o qədər uzatma ki, insanlar yorulsun, nə də sən tələsməklə namazı zay etmə. Namaz qılanlar arasında xəstələr və tələsənlər ola bilər. Həzrət Peyğəmbər (s) məni Yəmənə göndərdiyi vaxt ondan soruşdum ki, onlarla necə namaz qılım? Həzrət buyurdu: “Elə düşün ki, onların ən zəifi ilə namaz qılırsan və mö’minlərlə mehriban ol.” XALQLA OLMAĞIN SƏMƏRƏSİ VƏ ONLARDAN UZAQLIĞIN FƏSADLARI Xalqla yaxın hakimin xüsusiyyətləri haqqında danışarkən qeyd olundu ki, belə bir hakim həmişə xalqladır və özü ilə xalq arasında səd qoymur. Həzrət Əli (ə) fərmanın bu hissəsində xalqdan ayrılığın fəsadlarını qeyd etməklə yanaşı xalqla olmağın səmərələrindən danışır. Həzrət buyurur: وَأَمَّا بَعْدَ هذا، فَلاَ تُطَوِّلَنَّ احْتِجَابَكَ عَنْ رَعِيَّتِكَ، فَإِنَّ احْتِجَابَ الْوُلاَةِ عَنِ الرَّعِيَّةِ شُعْبَةٌ مِنَ الضِّيقِ، وَقِلَّةُ عِلْم بِالاُْمُورِ، وَالاِْحْتِجَابُ مِنْهُمْ يَقْطَعُ عَنْهُمْ عِلْمَ مَا احْتَجَبُوا دوُنَهُ فَيَصْغُرُ عِندَهُمْ الْكَبِيرُ، وَيَعْظَمُ الصَّغِيرُ، وَيَقْبُحُالْحَسَنُ، وَيَحْسُنُ الْقَبِيحُ، وَيُشَابُ الْحَقُّ بِالْبَاطِلِ، وَإِنَّمَا الْوَالِي بَشَرٌ لاَ يَعْرِفُ مَا تَوَارَى عَنْهُ النَّاسُ بِهِ مِنَ الاُْمُورِ، وَلَيْسَتْ عَلَى الْحَقِّ سِمَاتٌ تُعْرَفُ بِهَا ضُرُوبُ الصِّدْقِ مِنَ الْكَذِبِ، وَإِنَّمَا أَنْتَ أَحَدُ رَجُلَيْنَِ: إِمَّا امْرُؤٌ سَخَتْ نَفْسُكَ بِالْبَذْلِ فِي الْحَقِّ، فَفِيمَ احْتِجَابُكَ مِنْ وَاجِبِ حَقٍّ تُعْطِيهِ، أَوْ فِعْل كَرِيم تُسْدِيهِ، أَوْ مُبْتَلَىً بِالْمَنعِ، فَمَا أَسْرَعَ كَفَّ النَّاسِ عَنْ مَسْأَلَتِكَ إِذَا أَيِسُوا مِنْ بَذْلِكَ! مَعَ أَنَّ أَكْثَرَ حَاجَاتِ النَّاسِ إِلَيْكَ مـ ما لاَ مَؤُونَةَ فِيهِ عَلَيْكَ، مِنْ شَكَاةِ مَظْلِمَة، أَوْ طَلَبِ إِنْصاف فِي مُعَامَلَة “Məbada xəlvətə çəkiləsən və rəiyyətdən uzaqlığın uzun sürə! Çünki hakimin xalqdan kənarlığı bir növ sıxıntı, işlərdən xəbərsizlikdir. Bundan əlavə, pərdədə qalmaq rəiyyəti baş verənlərdən xəbərsiz qoyur. Bu səbəbdən onların nəzərində böyük kiçik, kiçik isə böyük görünür. Onlar yaxşını pis, pisi yaxşı sayır, haq batilə qarışır. Vali (hakim) bir insandır və xalqın gizli saxladığı işləri öyrənə bilməz. Belə bir xüsusi nişanları da yoxdur ki, onlarla doğrunu yalandan seçsin. Sən istənilən halda iki nəfərdən birisən: Ya haq yolda bağışlayansan-beləsə, nə üçün bağışladığın vacib haqqı, gördüyün yaxşı işi gizlədəsən? Ya da xəsis bir fərdsən, xalq tezliklə səndən ümidini üzər və bir daha sənə ağız açmaz. Əslində xalqın bir çox istəklərini həyata keçirməyin xərci yoxdur. Onlar ya düçar olduqları sitəmdən şikayətlənir, ya da müəyyən bir müamilə və ya işdə səndən ədalət gözləyirlər.” Həzrət mövlanın buyuruqlarının bu hissəsində aşağıdakı nöqtələrə xüsusi diqqət ayrılır: 1. Mə’lumat əldə etmək üçün ən yaxşı yol Mə’lumat əldə etmək üçün iki yol təsəvvür olunur: Birinci yol budur ki, hakim məxfi və aşkar qüvvələr, müxtəlif kanallar vasitəsi ilə ölkədə baş verən hadisələrdən xəbər tutur. İkinci yol budur ki, hakim arabir bilavasitə xalqla görüşür, xalqın özündən müəyyən hadisələr haqqında mə’lumat əldə edir. Həzrət Əlinin (ə) nəzərincə, ən yaxşı yol xalqla bilavasitə rabitədir. Çünki xalq hakimlə görüşdə həqiqətləri açıqlayır, gizli işlərin üzərindən pərdəni qaldırır. Hakim bu yolla mə’lumat əldə edib müxtəlif kanallarla daxil olmuş mə’lumatları dəyərləndirə bilər. 2. Firqə və dəstələri tanımağın yaxşı yolu Yalnız götür-qoy və toplanmış mə’lumatlar əsasında ictimai məsələlərdən xəbər tutub haqqı batildən seçmək mümkünsüzdür. Çünki insanlar müxtəlif səbəblərdən öz iç fikirlərini müxbirlərə açıqlamırlar. Amma hakimlə bilavasitə görüşdükdə ona e’timad göstərdiklərindən həqiqətləri olduğu kimi çatdırırlar. DÜZ YOLDA OLMAYAN QOHUMLAR VƏ ƏTRAFLA GÖRÜŞÜN ZƏRURİLİYİ İslam nizamının məqsədi ilahi hökmlərin həyata keçirilməsidir. Hakim insan haqlarının keşikçisi sayılır. Bu islami prinsip həm hakimin, həm də hakimin yaxın dairəsinin və qohumlarının vəzifələrini müəyyənləşdirir. Hakimin vəzifəsi budur ki, hakimiyyəti ov saymasın, var-dövlət əsiri olmasın. Onun yeganə məqsədi ilahi hökmlərin həyata keçirilməsi olmalıdır. Hakimin qohumları da hakimdən sui-istifadə etməməli, onun adı ilə zülm-sitəmə əl atmamalıdır. Amma qohumlar belə hərəkət etdikdə hakim ictimai ədalətin və insan haqlarının müdafiəsinə qalxıb qohumların yanlış hərəkətinin qarşısını almalı, sui-istifadələrin kökünü kəsməlidir. Ədalətsizliyin, fərdiyyətçiliyin, qarətçiliyin qarşısını almaq hakimin vəzifələrindəndir. Həzrət buyurur: ثُمَّ إِنَّ لِلْوَالِي خَاصَّةً وبِطَانَةً، فِيهِمُ اسْتِئْثَارٌ وَتَطَاوُلٌ، وَقِلَّةُ إِنْصَاف فِي مُعَامَلَة، فَاحْسِمْ مَادَّةَ أُولئِكَ بِقَطْعِ أَسْبَابِ تِلْكَ الاَْحْوَالِ، وَلاَ تُقْطِعَنَّ لاَِحَد مِنْ حَاشِيتِكَ وَحَامَّتِكَ قَطِيعةً، وَلاَ يَطْمَعَنَّ مِنْكَ فِي اعْتِقَادِعُقْدَة، تَضُرُّ بِمَنْ يَلِيهَا مِنَ النَّاسِ، فِي شِرْب أَوْ عَمَل مُشْتَرَك، يَحْمِلُونَ مَؤُونَتَهُ عَلَى غَيْرِهِمْ، فَيَكُونَ مَهْنَأُ ذلِكَ لَهُمْ دُونَكَ، وَعَيْبُهُ عَلَيْكَ فِي الدُّنْيَا وَالاْخِرَةِ “Hakimin özbaşınalıq, itaətsizlik, əli uzunluq, alış-verişdə insafsızlıq yolunu tutmuş yaxınları və qohumları var. Məzəmmət olunmuş bu hərəkətləri doğuran səbəbləri aradan qaldırmaqla onları yerində oturt! Ətrafındakılar və qohumlarından kimsəyə torpaq tapşırma və heç vəchlə torpağa sahib olub qonşulara ziyan yetirməsinə icazə vermə. Belə olmasın ki, onların əkin xəzinəsi kəndliləri sıxıntıya salsın. Belə olsa, faydasını onlar götürəcək, həqarət və məzəmməti dünya və axirətdə sənin olacaq.” Hazırkı cümlələrdə həzrət müəyyən sui-istifadə amilləri üzərində dayanır, aydınlaşdırır ki, qohumlar və yaxınlar müxtəlif adlarla başqalarının malını necə qarət edir. Onlar mülklərinə yaxın çarəsizlərin mülklərinə sahib durur, müştərək görüləsi işləri boyunlarından atırlar. QANUN QARŞISINDA BƏRABƏRLİK İslam qanunlarında mühüm və həyati üsullardan biri bütün fərdlərin qanun qarşısında bərabərliyidir. Müqəddəs İslam şəriəti eyni bir günaha görə hamı üçün eyni cəza nəzərdə tutur, bütün insanlar ictimai mövqeyindən, şəxsiyyətindən, mövcud dostluq və qohumluq rabitələrindən asılı olmayaraq eyni cür cəzalandırılır. Heç bir məsələ o bərabərliyə mane ola bilməz. Həzrət Əli (ə) buyurur: وَأَلْزِمِ الْحَقَّ مَنْ لَزِمَهُ مِنَ الْقَرِيبِ وَالْبَعِيدِ، وَكُنْ فِي ذلِكَ صَابِراً مُحْتَسِباً، وَاقِعاً ذلِكَ مِنْ قَرَابَتِكَ خَاصَّتِكَ حَيْثُ وَقَعَ، وَابْتَغِ عَاقِبَتَهُ بِمَا يَثْقُلُ عَلَيْكَ مِنْهُ، فَإِنَّ مَغَبَّةَ ذلِكَ مَحْمُودَةٌ “İstər yaxın olsun, istər uzaq, həmişə haqq-ədaləti gözlə, bu yolda dözümlü ol. Haqqa görə qohumların və yaxınların ziyan görsə, bu əməlini Allahın hesabına yaz. Həmişə haqqın aqibətini düşün, çünki haqqın sonu sitayişə səbəb olur.” İNFORMASİYA VƏ MƏSƏLƏLƏRİN PRİNSİPİAL İZAHI İslam mə’sumlar və xalqın qarşılıqlı e’timadını hökumətin həyati sütunlarından biri kimi qəbul edir və bildirir ki, belə bir e’timad olmadan ictimai həyat davam edə bilməz. Hakim xalqa e’timadlı olduğu kimi, xalqın da hakimə e’timadlı olması zəruridir. Xalq üçün bir məsələ qaranlıq qaldıqda, vəzifə dəyişiklikləri baş verdikdə hakim xalqı bu məsələlərdən xəbərdar etməli, müsəlmanların zehində yaranmış şübhələri məntiqi şəkildə aradan qaldırmalıdır. Həzrət buyurur: وَإِنْ ظَنَّتِ الرَّعِيَّةُ بِكَ حَيْفاً، فَأَصْحِرْ لَهُمْ بِعُذْرِكَ، وَاعْدِلْ عَنكَ ظُنُونَهُمْ بِإِصْحَارِكَ، فَإِنَّ فِي ذلِكَ رِيَاضَةً مِنْكَ لِنَفْسِكَ، وَرِفْقاً بِرَعِيَّتِكَ، وَ إِعْذَاراً تَبْلُغُ فِيه حَاجَتَكَ مِنْ تَقْوِيمِهِمْ عَلَى الْحَقِّ “Əgər xalq səndən bədgüman olsa öz üzr və dəlilini onlara aşkar bildir, sui-zənnin qarşısını al. Çünki bu yol sənin özün üçün riyazət (nəfsin tərbiyəsi), rəiyyət üçün lütfdür. Belə bir üzrxahlıq onları haqq-ədalətə öyrətməyin və haqqa tabeçiliyə vadar etməyin üçün vasitədir.” Bu cümlələrdən məsələlərin məntiqi izahının həyati nəticələri aydınlaşır: 1.Xalq qarşısında məsələlərin izahını özü üçün zəruri sayan hakim əslində xalqın üstünlüyünü qəbul etmişdir. Bu baxış, xalqla bu sayaq rəftar valinin öz nəfsinə hakimliyinə səbəb olacaq. Nəfsə bu sayaq hakimlik bir növ riyazətdir və hakim bu yolla özünün və başqalarının nəfs istəkləri ilə mübarizə apara bilər. 2.Məsələlərin köklü izahı səbəb olur ki, xalq həqiqətlə tanış olsun, ədalətli rəftarı özü üçün zəruri saysın və ədalətin icrasından narazı qalmasın. DİNC YANAŞI YAŞAMAQ İlahi İslam ayinləri hər şeydən öncə sülh, saziş və dinc yanaşı yaşayışa də’vət edir. Sülh ən ali hədəflərdən biri kimi tanıtdırılır. Hakim xarici və daxili siyasi dinc-yanaşı yaşayış prinsipi əsasında tənzimləyir, həmişə, hər yerdə sülh və əmin-amanlığa çalışır. Düşmən tərəfindən sülh və əmin-amanlıq təklif olunduqda İslam hakimi müsbət cavab verib savaşı dayandırmağa vəzifəlidir. İslamın bu siyasəti ilə tanış olduqdan sonra müəyyənləşdirək ki, İslam bütün hallarda qeyd-şərtsiz sülhü qəbul etməlidir, yoxsa hansısa şərtlər var? Bütün şiə fəqihlərinin icma rə’yi budur ki, sülhün qəbulunda əsas şərt sazişin İslam və müsəlmanların xeyrinə olmasıdır. Əgər sülh İslamın və müsəlmanların zərərinə olarsa, belə bir sülhlə razılaşmaq olmaz. Bu səbəbdən həzrət Əli (ə) buyurur: وَلاَ تَدْفَعَنَّ صُلْحاً دَعَاكَ إِلَيْهِ عَدُوُّ كَ لله فِيهِ رِضىً، فإِنَّ فِي الصُّلْحِ دَعَةًلِجُنُودِكَ، وَرَاحَةً مِنْ هُمُومِكَ، وأَمْناً لِبِلاَدِكَ، وَلَكِنِ الْحَذَرَ كُلَّ الْحَذَرِ مِنْ عَدُوِّكِ بَعْدَ صُلْحِهِ، فَإِنَّ الْعَدُوَّ رُبَّمَا قَارَبَ لِيَتَغَفَّلَ، فَخُذْ بِالْحَزْمِ، وَاتَّهِمْ فِي ذلِكَ حُسْنَ الظَّنِّ “Düşmənin təklif etdiyi və Allahın razılığına olan sülhü rədd etmə. Çünki sülh qoşunun, sənin və məmləkətin asayişinə səbəb olar. Amma sülh və sazişdən sonra ayıq ol. Olsun ki, sülh təklifində məqsəd yuxuya verməkdir. Yaxşı olar ki, ehtiyatı əldən verməyib, bu sazişdə nikbinliyə əsas axtarasan.” SÜLHÜN NƏTİCƏLƏRİ VƏ DÜŞMƏN QARŞISINDA AYIQLIĞIN ZƏRURƏTİ Həzrət mövlanın bəyanatına diqqət yetirdikdə sülhün əsas faydaları da aydınlaşır: Dinc-yanaşı yaşayış bərpa olunduqda qoşun və silahlı qüvvələr rifah və asayişdən faydalanır. İslam hakimi də ruhi aramlıqdan bəhrələnir, bu aramlıq sayəsində məmləkəti nizama sala bilir. Hər şeydən mühümü, cəmiyyətin amalı olan əmin-amanlıq bərpa olunur. Həzrət mövla bu faydaların bəyanının ardınca düşmən qarşısında ayıq olmağı tapşırır. Çünki düşmən düşməndir, daim meydanı özününkü etmək istəyir. Düşmən nəfəs dərmək üçün də sülh təklif edə bilər. Buna görə də hakim ehtiyatlı olmalı, düşmənə nikbinliklə yox, şübhələrlə yanaşmalıdır. ƏHDƏ VƏFA Əhdə vəfa və öhdəliklərə əməl İslam baxımından ən ali insani fəzilətlərdəndir. Qur’ani-kərim və mə’sum imamların əsərləri əhdə vəfanı iman şərtlərindən biri sayır. Əhdə vəfasızlıq dinsizlik və imansızlıq kimi qəbul olunur. Əhdə vəfa dedikdə təkcə müsəlmanların bir-birləri ilə vəfalı olması nəzərdə tutulmur. Müsəlmanlar vəzifəlidirlər ki, biganələr və kafirlər qarşısında da bu prinsipə əməl etsinlər. Həzrət buyurur: وَإِنْ عَقَدْتَ بَيْنَكَ وَبَيْنَ عَدُوّ لَكَ عُقْدَةً، أَوْ أَلْبَسْتَهُ مِنْكَ ذِمَّةً، فَحُطْ عَهْدَكَ بِالْوَفَاءِ، وَارْعَ ذِمَّتَكَ بِالاَْمَانَةِ، وَاجْعَلْ نَفْسَكَ جُنَّةً دُونَ مَا أَعْطَيْتَ، فَإِنَّهُ لَيْسَ مِنْ فَرَائِضِ اللهِ عزوجلّ شَيْءٌ النَّاسُ أَشدُّ عَلَيْهِ اجْتَِماعاً، مَعَ تَفْرِيقِ أَهْوَائِهِمْ، وَتَشْتِيتِ آرَائِهِمْ، مِنَ تَعْظيمِ الْوَفَاءِ بِالْعُهُودِ، وَقَدْ لَزِمَ ذلِكَ الْمُشْرِكُونَ فِيَما بَيْنَهُمْ دُونَ الْمُسْلِمِينَ لِمَا اسْتَوْبَلُوا مِنْ عَوَاقِبِ الْغَدْرِ، فَلاَ تَغْدِرَنَّ بِذِمَّتِكَ، وَلاَ تَخِيسَنَّ بَعَهْدِكَ، وَلاَ تَخْتِلَنَّ عَدُوَّكَ، فَإِنَّهُ لاَ يَجْتَرِىءُ عَلَى اللهِ إِلاَّ جَاهِلٌ شَقِيٌّ. وَقَدْ جَعَلَ اللهُ عَهْدَهُ وَذِمَّتَهُ أَمْناً أَفْضَاهُ بَيْنَ الْعِبَادِ بِرَحْمَتِهِ، وَحَرِيماًيَسْكُنُونَ إِلَى مَنَعَتِهِ،يَسْتَفِيضُونَ إِلَى جِوَارِهِ، فَلاَ إِدْغَالَ، وَلاَ مُدَالَسَةَ، وَلاَ خِدَاعَ فِيهِ، وَلاَ تَعْقِدْ عَقْداً تَجُوزُ فِيهِ الْعِلَلُ، وَلاَ تُعَوِّلَنَّ عَلَى لَحْنِ القَوْل بَعْدَ التَّأْكِيدِ وَالتَّوْثِقَةِ، وَلاَ يَدْعُوَنَّكَ ضِيقُ أَمْر لَزِمَكَ فِيهِ عَهْدُ اللهِ، إِلَى طَلَبِ انْفِسَاخِهِ بِغَيْرِ الْحَقِّ، فَإنَّ صَبْرَكَ عَلَى ضِيق تَرْجُو انْفِرَاجَهُ وَفَضْلَ عَاقِبَتِهِ، خَيْرٌ مِنْ غَدْر تَخَافُ تَبِعَتَهُ، وَأَنْ تُحِيطَ بِكَ مِنَ اللهِ فِيهِ طَلِبَةٌ، لاَتَسْتَقِيلُ فِيهَا دُنْيَاكَ وَلاَ آخِرَتَكَ “Əgər düşmənlə peyman bağlasan və ya ona aman versən, əhdinə vəfa qıl, əhdinə uyğun əmanət şərtini yerinə yetir. Özünü düşmənə verdiyin müqabilində sipər et. Çünki bütün xalqın fərqli yanaşdığı heç bir ilahi vacibatda əhdə vəfada olduğu kimi yekdillik yoxdur. Müşriklər də İslamdan öncə öz aralarında əhdə vəfanı zəruri sayırdı. Çünki vəfasızlıq və xəyanətin acısını dadmışdılar. Məbada əhdinə vəfa qılmayasan. Heç vaxt əhdini pozma, düşmənini aldatma. Çünki yalnız bədbəxt və nadan insan Allahın adı ilə bağladığı əhd-peymanı tapdayar. Allah sənin əhd-peymanını salamatlıq və asayişin üçün səbəb qərar vermişdir. Onun sayəsində insanlar həyatını davam etdirir. Bu yolda yalana, hiylə və fəsada yer yoxdur. Elə bir müqavilə imzalama ki, onda yayınma və bəhanəyə yol olsun. Müqavilə tənzimləndikdən sonra ikibaşlı danışma, Allahın əhdi gözləniləsi çətinlik səni müqaviləni haqsız pozmağa vadar etməsin. Açılışına ümid etdiyin müşkül qarşısında dözüm və nəsibin olacaq xoş aqibət günahı boynuna düşəcək hiylədən üstündür. (Bu hiyləyə görə) Allah tərəfindən elə tə’qib olunarsan ki, dünya və axirətdə sənin üçün üzr olmaz.” DÖVLƏT ZÜLM VƏ QAN AXITMAQLA MÖHKƏMLƏNƏ BİLMƏZ! İslam şərq və qərbdən fərqli olaraq zülm və qan axıtmaq vasitəsi ilə hökumətin möhkəmlənməsini qəbul etmir. Qan tökülməsi hökumətin sütunlarını laxladır, hakimiyyət dəyişikliyinə səbəb olur. İslamın bu baxışı insan kəramətinə e’tiqaddan qaynaqlanır. İnsan hər fərdi o qədər kəramətli sayır ki, fərdin öldürülməsini toplumun öldürülməsi, fərdə həyat verilməsini topluma həyat verilməsi kimi qəbul edir. Həzrət buyurur: إِيَّاكَ وَالدَّمَاءَ وَسَفْكَهَا بِغَيْرِ حِلِّهَا، فَإِنَّهُ لَيْسَ شَيْءٌ أَدْعَى لِنِقْمَة، وَلاَ أَعْظَمَ لِتَبِعَة، وَلاَ أَحْرَى بِزَوَالِ نِعْمَة، وَانْقِطَاعِ مُدَّة، مِنْ سَفْكِ الدِّمَاءِ بِغَيْرِ حَقِّهَا، وَاللهُ سُبْحَانَهُ مُبْتَدِىءٌ بِالْحُكْمِ بَيْنَ الْعِبَادِ، فِيَما تَسَافَكُوا مِنَ الدِّمَاءِ يَوْمَ الْقِيَامةِ، فَلاَ تُقَوِّيَنَّ سُلْطَانَكَ بِسَفْكِ دَم حَرَام، فَإِنَّ ذلِكَ مِمَّا يُضْعِفُهُ وَيُوهِنُهُ، بَلْ يُزيِلُهُ وَيَنْقُلُهُ “Nahaq qan tökməkdən çəkin. Çünki Allahın qəzəbini qan tökmək qədər oyadan ikinci iş yoxdur. Qan tökmək ne’məti əldən çıxarır, ömrü qısaldır. Allah Qiyamət günü ilkin olaraq qətli araşdırar. Belə ki, hökumətini haram qan tökməklə möhkəmləndirmə. Çünki haram qan axıdılması hökuməti zəiflədən işlərdəndir. Bu iş hətta hökuməti məhv edib, bir başqası ilə əvəz edər.” QAN TÖKMƏYİN NƏTİCƏSİ VƏ QİSAS CƏZASININ ZƏRURİLİYİ Həzrət buyurur: وَلاَ عُذْرَ لَكَ عِنْدَ اللهِ وَلاَ عِنْدِي فِي قَتْلِ الْعَمدِ، لاَِنَّ فِيهِ قَوَدَ الْبَدَنِ، وَإِنِ ابْتُلِيتَ بِخَطَإ وَأَفْرَطَ عَلَيْكَ سَوْطُكَ أَوْ سَيْفُكَ أَوْ يَدُكَ بِعُقُوبَة، فَإِنَّ فِي الْوَكْزَةِ فَمَا فَوْقَهَا مَقْتَلَةً، فَلاَ تَطْمَحَنَّ بِكَ نَخْوَةُ سُلْطَانِكَ عَنْ أَنْ تُؤَدِّيَ إِلَى أَوْلِيَاءِ الْمَقْتُول حَقَّهُمْ “Bilərəkdən qətlə görə Allah dərgahında və mənim yanımda üzr və bəhanə yoxdur. Çünki onun cəzası qətldir. Amma xətaya yol versən, qamçın, qılıncın və ya əlin istəmədən işgəncə verməkdə həddi aşsa, bu halda qürur sənə qalib gəlməsin, qətlə yetənin qan bahasını onun vərəsəsinə ödəməkdən boyun qaçırma.” Həzrət mövlanın bu bəyanından iki nöqtə aydınlaşır: 1.Həzrət Əlinin (ə) nəzərincə haqsız tökülən qanın ən böyük əsəri dövlətin süquta uğramasıdır. Zalım Pəhləvi rejiminin tarixi uyğun baxışın ən üstün dəlillərindəndir. Müsəlman ümmət şahid oldu ki, çirkin Pəhləvi xanədanı nahaq qanlar hesabına tarixin zibilqabısına necə atıldı. Bu rejimdən çirkin addan başqa bir şey qalmadı. 2.İnsanların dinc yanaşı yaşayışı qisas hökmünün icrası sayəsində gerçəkləşir. Bu səbəbdən həzrət Əli (ə) Malikə xatırladır ki, bilərəkdən qətlə görə qisas alınacaq və bu işdə (hətta Malik üçün) heç bir güzəşt yoxdur. Bilməyərəkdən baş vermiş qətllərdə də müqəssir diyə (qan bahası) ödəyib qətlə yetirilənin sahibindən razılıq almağa vəzifəlidir. XÜDPƏSƏNDLİYİN (ÖZÜNÜ BƏYƏNMƏNİN) ƏLACI Mə’sumlar və hakimlərlə əlaqədə ictimai əhəmiyyət kəs edən mühüm əxlaqi məsələlərdən biri xüdpəsəndlik, xüdbinlik, mənəm-mənəmlikdir. Təkəbbürün ən tə’sirli əlacı odur ki, insan Allahla rabitəsini möhkəmləndirsin, Allah qarşısında heç nə olduğunu anlasın, hər an möhtac olduğu halda özünü çəkməyin axmaqlıq olduğunu dərk etsin. Məgər Allah buyurmayıbmı ki, kibr və böyüklük mənə məxsus libasdır?! Təkəbbürlü insan özünü Allaha oxşatmırmı? Məgər bu iş məxfi şirk deyilmi? Bəli, məhz bu nöqtələr həzrət Əlini (ə) vadar edir ki, Maliki təkəbbürün acı nəticəsi ilə qorxutsun. Həzrət buyurur: وَإِيَّاكَ وَالاِْعْجَابَ بِنَفْسِكَ، وَالثِّقَةَ بِمَا يُعْجِبُكَ مِنْهَا، وَحُبَّ الاِْطْرَاءِ، فَإِنَّ ذلِكَ مِنْ أَوْثَقِ فُرَصِ الشَّيْطَانِ فِي نَفْسِهِ، لِـيَمْحَقَ مَا يَكُونُ مِنْ إِحْسَانِ الْـمُحْسِنِينَ. وَإِيَّاكَ وَالْمَنَّ عَلَى رَعِيَّتِكَ بِإِحْسَانِكَ، أَوِ التَّزَيُّدَ فِيَما كَانَ مِنْ فِعْلِكَ، أَوْ أَنْ تَعِدَهُمْ فَتُتْبِعَ مَوْعِدَكَ بِخُلْفِكَ، فَإِنَّ الْمَنَّ يُبْطِلُ الاِْحْسَانَ، وَالتَّزَيُّدَ يَذْهَبُ بِنُورِ الْحَقِّ، وَالخُلْفَ يُوجِبُ الْمَقْتَ عِنْدَاللهِ وَالنَّاسِ، قَالَ اللهُ سبحانه: (كَبُرَ مَقْتاً عِنْدَ اللهِ أَنْ تَقُولُوا مَا لاَ تَفْعَلُونَ “Xüdpəsəndlikdən, xoşun gələn bir şeyə arxayınlıqdan, xalqın sitayiş və tə’rifindən həzər qıl. Çünki bu hallarda şeytan fürsət tapır, xeyir əməl sahiblərinin işini məhv edir. Məbada, rəiyyətə etdiyin ehsana görə onlara minnət qoyasan. Onlar üçün gördüyün işi həddindən artıq üzə vurub böyük göstərəsən. Məbada, rəiyyətə verdiyin və’di pozasan. Çünki minnət ehsanı puça çıxarır, qiymətdən salır. Həddindən artıq önə çəkmək həqiqət nurunu aradan götürür. Və’dəxilaflıq Allahın və xalqın qəzəbini artırır. Allah-taala buyurur: “Siz söz verib əməl etməyəndə çox qəzəblənirəm.” Hazırkı cümlələrdə həzrət Əli (ə) təkəbbürün çirkinliyini bəyan etdikdən sonra diqqəti üç mühüm nöqtəyə yönəldir: 1. Hakimin xalqa minnət qoymağa haqqı yoxdur. İslam tə’limlərində minnət qoymaq prinsipcə məhkum edilmişdir. İstər insanın insana minnət qoyması, istər dövlətin xalqa minnət qoyması! Əvvəla, infaq və sədəqə yoxsulları sıxıntılı vəziyyətdən çıxarmaq üçündür. Əgər infaq və bəxşişə görə minnət qoyularsa, nəinki əsas məqsəd ödənməz, əksinə möhtacların ruhuna daha ağır zərbə vurular. İkincisi, dövlətin gördüyü işlər onun vəzifəsidir. Vəzifənin icrasına görə minnət qoyulmamalıdır. Üçüncüsü, infaq və bəxşişin ilahi rəngi olmalıdır. Minnət işin ilahi olmadığını göstərir. Dördüncüsü, Allah-taala bir bu qədər ne’mət əta etdiyi halda insanlara minnət qoymur. Ehsan edən şəxs minnət qoyarsa, demək, verdiyi şeyi özününkü sayır. Hansı ki, bütün varlıq aləminin həqiqi sahibi Allahdır. 2. İslam hakiminin və’dəxilaflığının nəticəsi İslamda və’dəxilaflıq dinsizlik, imansızlıq hökmündədir. Əksinə, əhdə vəfa iman nişanəsi, İslam hökmlərinə bağlılıq göstəricisidir. Əgər hakim xalqa verdiyi və’di pozursa, həm Allahın qəzəbinə gəlir, həm də onun və’dəxilaflığı dövlətə zərbə vurur. Yaxşı olar ki, məs’ullar əmin olduqda və’d versinlər və boş və’dlərdən çəkinsinlər. 3. Şişirtmə (mübaliğə) İslam hakiminə layiq sifət deyil. Həqiqət və həqiqətdən qaynaqlanan hər şey xüsusi bir nuraniyyət kəsb edir. Məsələn, yalan danışan insan daxilən əzab çəkir, qəlbində bir qaranlıq duyur. Hansı ki, doğruçu insan nuraniyyətdən bəhrələnir. Demək, həqiqəti danışmaq nifrət oyatmır, əksinə, nuraniyyət müşahidə edən insanlar daha da cəzb olunur. Görülmüş işləri şişirdərək xalqa təqdim etmək İslam dövlətinə layiq deyil. Çünki xalq həqiqəti görür, mübaliğəni hiss edir. Belə vəziyyətdə məs’ullar xain, İslam əsaslarına e’tiqadsız qəbul olunur. VƏZİYYƏTİ DÜZGÜN DƏYƏRLƏNDİRMƏK MÜVƏFFƏQİYYƏTLİ QƏRAR RƏMZİDİR. Məs’ulların qələbə rəmzi onların qərarlarında xülasələşir. Yerində çıxarılmış qərar müvəffəqiyyətə, yersiz qərar uğursuzluğa aparır. Bu hesabla məs’ul şəxs əvvəla konkret məqsəd izləməlidir. İkincisi, münasib şərait yarandıqda qərara lazımınca əməl olunmalıdır. Əlbəttə, layiqli qərar lazımınca yerinə yetirildikdə müvəffəqiyyət əldə edilir. AXİRƏT FİKRİ AZĞIN NƏFS İSTƏKLƏRİNİN QARŞISINI ALIR. Bilirik ki, axirət dünyası dünya təlaşlarının nəticəyə çatdığı, xislət və rəftarların üzə çıxdığı dünyadır. Əgər hakimiyyət kürsüsündə oturmuş hakim (hər bir insan) bilsə ki, nəfs istəklərinin sövq etdiyi istənilən bir büdrəmə onu süquta uğradacaq, axirətdə əzab-əziyyətlə nəticələnəcək, öz nəfsini cilovlamağa çalışar, Qur’an və İslam yolundan çıxmaz. Həzrət buyurur: و إيَّاكَ وَالْعَجَلَةَ بِالاُْمُورِ قَبْلَ أَوَانِهَا، أَوِ التَّسَاقُطَ فِيهَا عِنْدَ إِمْكَانِهَا، أَوِ الَّلجَاجَةَ فِيهَا إِذا تَنَكَّرَتْ، أَوِ الْوَهْنَ عَنْهَا إذَا اسْتَوْضَحَتْ، فَضَعْ كُلَّ أَمْر مَوْضِعَهُ، وَأَوْقِعْ كُلَّ عَمَل مَوْقِعَهُ وَإيَّاكَ وَالاْسْتِئْثَارَ بِمَا النَّاسُ فِيهِ أُسْوَةٌ، وَالتَّغَابِيَ عَمَّا تُعْنَى بِهِ مِمَّا قَدْ وَضَحَ لِلْعُيُونِ، فَإِنَّهُ مَأْخُوذٌ مِنْكَ لِغَيْرِكَ، وَعَمَّا قَلَيل تَنْكَشِفُ عَنْكَ أَغْطِيَةُ الاُْمُورِ، وَيُنْتَصَفُ مِنْكَ لِلْمَظْلُومِ، امْلِكْ حَمِيَّةَ أَنْفِكَ، وَسَوْرَةَ حَدِّكَ، وَسَطْوَةَ يَدِكَ، وَغَرْبَ لِسَانِكَ، وَاحْتَرِسْ مِنْ كُلِّ ذلِكَ بِكَفِّ الْبَادِرَةِ، وَتَأْخِيرِ السَّطْوَةِ، حَتَّى يَسْكُنَ غَضَبُكَ فَتَمْلِكَ الاْخْتِيَارَ، وَلَنْ تَحْكُمْ ذلِكَ مِنْ نَفْسِكَ حَتَّى تُكْثِرَ هُمُومَكَ بِذِكْرِ الْمَعَادِ إِلَى رَبِّكَ “Məbada, hamıya bərabər pay düşəsi bir şeydən özün üçün çox götürəsən. Xalqa mə’lum olan işdə özünü nadanlığa vurma. O şey səndən alınıb başqasına verilər, tezliklə pərdə qalxar və sən məzlumların xeyirinə məhkum olunarsan. Qəzəb və sərtliyinin, əliuzunluq və diliuzunluğunun qarşısını al. Pis söz və hədyandan çəkinin, qəzəbin soyuyanadək, özünü ələ alanadək, gözün haqqı görənədək sakit dayan. Özünə gəldikdə Rəbbinə doğru qayıdacağını yada sal, nigarançılığın artsın.” Yuxarıdakı cümlələri qruplaşdırdıqda bə’zi məsələlər diqqəti cəlb edir: 1. EYŞ-IŞRƏT Eyş-işrət təhlükəsi adi insanlardan daha çox hakimləri hədələyir. Böyük imkanlara malik hakimi təqvadan başqa heç bir qüvvə eyş-işrətdən çəkindirə bilməz. Demək, hakim təqvaya başqalarından daha çox ehtiyaclıdır. 2. ÜMUMI BÜDCƏNIN DÜZGÜN BÖLÜŞDÜRÜLMƏSI ZƏRURƏTI Bütün xalqa məxsus olan əmlak onlar arasında bərabər bölünməlidir. Hakim ümumi əmlakı özünə və ya xüsusi bir qrupa aid edə bilməz. Hakim bu işdə ayrıseçkiliyə yol versə, zülmə uğramışdır və bir gün məzlumların hökm verəcəyi mühakimədə zülmdə ittiham olunacaq, zülmünün cəzasına çatacaq. 3. İCTIMAI RƏ’YƏ EHTIRAM ZƏRURƏTI İctimai fikirə hörmət hakimin xüsusi vəzifələrindəndir. Əgər xalqı narahat edən xilaf işlər, əyintilər, əxlaqi və idari fəsadlar e’tinasızlıqla qarşılansa, hakim özünü nadanlığa vursa, onu bəd bir aqibət gözləyir. 4. QƏZƏBDƏN PƏHRIZ VƏ ƏXLAQI PRINSIPLƏRƏ RIAYƏT OLUNMASI ZƏRURƏTI Xalq hakimə ehtiyac duyub dərdinə çarə gözlədiyindən onun qəzəb və e’tinasızlığına dözə bilmir. Kiçik bir yersiz hərəkət ağrılı dərdlə nəticələnir. Məs’ul şəxslər öz sərt rəftarları ilə xalqı incitməməli, onları özlərindən qaçırmamalıdırlar. İBRƏT GÖTÜRMƏK, QUR’AN VƏ SÜNNƏ ƏSASINDA HƏRƏKƏT Qur’an və sünnənin cəmiyyətdə yeri haqqında danışarkən qeyd olundu ki, Qur’an və sünnə bütün ictimai, siyasi, iqtisadi məsələlərin mənbəsi sayılır. Hakim bu iki mənbə əsasında hərəkət etməlidir. Qur’an və sünnənin hökmündən çıxmaq qəbuledilməzdir. Hakimin Qur’an və sünnəyə biganəliyi onun kənarlaşdırılması ilə nəticələnəcək. Həzrət Əli (ə) Malikə hərəkət me’yarlarını tanıtdırarkən tarixdən ibrət götürməyi hakim üçün zəruri sayır. Həzrət buyurur: وَالْوَاجِبُ عَلَيْكَ أَنْ تَتَذَكَّرَ مَا مَضَى لِمَنْ تَقَدَّمَكَ: مِنْ حُكُومَة عَادِلَة، أَوْ سُنَّة فَاضِلَة، أَوْ أَثَر عَنْ نَبِيِّنَا(صلى الله عليه وآله) أَوْفَرِيضَة فِي كِتَابِ اللهِ، فَتَقْتَدِيَ بِمَا شَاهَدْتَ مِمَّا عَمِلْنَا بِهِ فِيهَا “Ədalətli hökumətləri, fəzilətli sünnələri, Qur’ani-məciddəki zərurətləri, kitablarda peyğəmbərdən nəql olunmuş üsulları yadda saxlamalı, bizim əməl etdiklərimizə və şahid olduqlarına tabe olmalısan.” MƏS’ULLARA İŞ PROQRAMI VERMƏK RƏHBƏRİN VƏZİFƏSİDİR. Hökumət məs’ulları üçün iş proqramı hazırlamaq, onların vəzifələrini şərh etmək rəhbərin vəzifəsidir. Rəhbər bu vəzifəsinə əməl etməsə, höccət tamamlanmamış, xəbərdarlıqlar başa çatdırılmamış qalır. Bu vəzifəyə əməl etdikdə məs’ullar üçün üzr yeri qalmır. Həzrət buyurur: وَتَجْتَهِدَ لِنَفْسِكَ فِي اتِّبَاعِ مَا عَهِدْتُ إِلَيْكَ فِي عهْدِي هذَا، وَاسْتَوْثَقْتُ بِهِ مِنَ الْحُجَّةِ لِنَفْسِي عَلَيْكَ، لِكَيْلاَ تَكُونَ لَكَ عِلَّةٌ عِنْدَ تَسَرُّعِ نَفْسِكَ إِلَى هَوَاهَا، فَلَنْ يَعْصِمَ مِنَ السُّوءِ وَلاَ يُوَفِّقَ لِلْخَيْرِ إلاَّ اللهُ تَعَالى “Çalış, bu fərmanda sənin üçün tənzimlədiklərimə tabe olasan, göstərişlərimə əməl edəsən. (Ey Malik) Mən bu fərman vasitəsi ilə səninlə əhd-peymanımı möhkəmləndirdim, höccəti tamamladım. Belə ki, əgər nəfsin azğınlıq etsə, həvəs ardınca getsən, bəhanən olmayacaq. Əlbəttə ki, yalnız Allah insanı pisliklərdən hifz edir, ona yaxşılıq tövfiqi verir.” NAMAZ VƏ ZƏKATIN BƏRPASI, XİDMƏTÇİLƏRLƏ YAXŞI RƏFTAR Həzrət buyurur: وَقَدْ كَانَ فِيَما عَهدَ إليَّ رَسُولُهُ(عليه السلام) فِي وَصَايَاهُ: "تَحضيضاً عَلَى الصَّلاةِ وَالزَّكَاةِ وَمَا مَلَكَتْ أَيْمَانُكُمْ"، فَبِذَلِكَ أَخْتِمُ لَكَ مَا عَهِدَ، وَلاَ قُوَّةَ إلاَّ بِاللهِ العَظِيمِ “Həzrət Peyğəmbər (s) daim mənə buyurardı ki, namaz və zəkatınıza, qulamlarınızla yaxşı rəftara çox diqqətli olun.” ŞƏHADƏT, YOLUN SONU Mö’min insan üçün xüsusi ilahi ne’mətlərdən bir Allah yolunda, Allah hökmlərinin bərqərar olması naminə şəhadətdir. Şəhadətə qovuşmaq yolun sonu, insan yüksəlişinin zirvəsi sayılır. Buna görə də həzrət Əli (ə) özü və Malik üçün şəhadət diləyərək öz valisini duanın tə’sirləri ilə tanış edir. Söhbətimizin sonunda həzrətin duasını birlikdə oxuyaq: وَأَنَا أَسْأَلُ اللهَ بِسَعَةِ رَحْمَتِهِ، وَعَظِيمِ قُدْرَتِهِ عَلَى إِعْطَاءِ كُلِّ رَغْبَة، أَنْ يُوَفِّقَنِي وَإِيَّاكَ لِمَا فيهِ رِضَاهُ مِنَ الاِْقَامَةِ عَلَى الْعُذْرِ الْوَاضِحِ إِلَيْهِ وَإِلَى خَلْقِهِ، مَعَ حُسْنِ الثَّنَاءِ فِي الْعِبَادِ، وَجَمِيلِ الاَْثَرِ فِي الْبَلاَدِ، وَتَمَامِ النِّعْمَةِ، وَتَضْعِيفِ الْكَرَامَةِ، وَأَنْ يَخْتِمَ لِي وَلَكَ بالسَّعَادَةِ وَالشَّهَادَةِ، إِنَّا إِلَيْهِ رَاغِبُونَ، وَالسَّلاَمُ عَلَى رَسُولِ اللهِ كثيراً “Mən böyük Allahdan diləyirəm ki, sonsuz rəhməti və əzəmətli qüdrəti ilə məni və səni razı olduğuna vadar etsin. Bizim yersiz və aşkar üzrümüzü özü və xalqı qarşısında qəbul etsin. Bəndələr arasında yaxşı adla, şəhərlər və diyarlarda xoş ünvanla, bütün ne’mətlərlə, böyük izzətlə, səadət və şəhadət sorağıyla ömrümüzü başa çatdırsın. Biz Ondanıq və Ona doğru qayıdacağıq. Salam olsun Allahın rəsuluna və onun pak-pakizə ailəsinə. Amin ya Rəbbəl-aləmin.”