MƏSUMLARIN NURLU KƏLAMLARINDAN
 
500 hədis

* * * Hədis 401: İmam Sadiq (ə) buyurur: “Həqiqətən, xalqın ən çətin bəlalar görəni peyğəmbərlər, sonra onların ardınca gedənlər, sonra isə tərtiblə məqamına görə Allaha yaxın olanlardır.” * * *
Hədis 402: Həzrət Məhəmməd (s) buyurur: “Ümmətim üçün iki şeydən daha çox qorxuram: nəfs istəyi və uzun-uzadı olan arzular.” * * *
Hədis 403: İmam Sadiq (ə) buyurur: “Pis xasiyyətli adam özünə əzab verir.” * * *
Hədis 404: İmam Sadiq (ə) buyurur: “Hətta ona qarşı zülmkar olan ata-anasına düşmən nəzərlə baxan kəsin namazını Allah qəbul etməz.” * * *
Hədis 405: İmam Sadiq (ə) buyurur: “Mö`mini məzəmmət edən kəsi Allah dünya və axirətdə məzəmmət edəcəkdir.” * * *
Hədis 406: İmam Sadiq (ə) buyurur: “Dua etməyi unutmayın, çünki dua hər dərdin dərmanıdır.” * * *
Hədis 407: İmam Sadiq (ə) buyurur: “Həqiqətən, rahatlıq vaxtı edilən dua, bəla vaxtı olan ehtiyacları aradan aparar.” * * *
Hədis 408: İmam Sadiq (ə) buyurur: “Allaha edilən hər bir dua, Məhəmməd və ali-Məhəmmədə salavat göndərmədikcə, səmaya qalxa bilmir.” * * *
Hədis 409: İmam Sadiq (ə) buyurur: “Rastlaşdığın hər bir adama salam vermək təvazökarlıqdandır.” * * *
Hədis 410: İmam Riza (ə) buyurur: “Peyğəmbərlərin silahından yapışın. Soruşuldu ki, bu silah nədir? Buyurdu: Dua!” * * *
Hədis 411: Həzrət Əli (ə) buyurur: “Allahın ona verdiyindən razı olan insan xalqın ən ehtiyacsızıdır.” * * *
Hədis 412: Həzrət Əli (ə) buyurur: “Allahın yanında ən ağır günah odur ki, şəxs günahını yüngül saya.” * * *
Hədis 413: Həzrət Əli (ə) buyurur: “Allah üçün ən pis (mənfur) şəxs qeybət edən adamdır.” * * *
Hədis 414: Həzrət Əli (ə) buyurur: “İnsanların ən acizi dua etməkdə aciz olandır ( dua etməyənlərdir).” * * *
Hədis 415: Həzrət Əli (ə) buyurur: “Xataların (səhvlərin) ən böyüyü dünya sevgisidir.” * * *
Hədis 416: Həzrət Əli (ə) buyurur: “Xalqa daha çox xeyir verən kəs xalqın ən fəzilətlisidir.” * * *
Hədis 417: Həzrət Əli (ə) buyurur: “İmanın ən möhkəm bağı Allaha görə dostluq və Allaha görə düşmənçilikdir.” * * *
Hədis 418: Həzrət Əli (ə) buyurur: “Başqalarına eyib bildiyini özünə də eyib bil.” * * *
Hədis 419: Həzrət Məhəmməd (s) buyurur: “Allahın ən sevdiyi iş dili saxlamaqdır.” * * *
Hədis 420: Həzrət Məhəmməd (s) buyurur: “Allah qarşısında ən yaxşı yemək çox adamın oturduğu süfrədəki yeməkdir.” * * *
Hədis 421: Həzrət Məhəmməd (s) buyurur: “Allah qarşısında ən yaxşı bəndə xoşxasiyyət olanıdır.” * * *
Hədis 422: Həzrət Məhəmməd (s) buyurur: “Allah qarşısında ən sevimli bəndə Onun bəndələrinə daha faydalı olan kəsdir.” * * *
Hədis 423: Həzrət Məhəmməd (s) buyurur: “İmanını xalis (riyasız) et ki, az ibadət belə sənə kifayət etsin.” * * *
Hədis 424: Həzrət Məhəmməd (s) buyurur: “Xalqın ən təqvalısı xeyrinə, ya da zərərinə belə olsa, həqiqəti deyən kəsdir.” * * *
Hədis 425: Həzrət Məhəmməd (s) buyurur: “Allah qarşısında ən yaxşı iş, davamlı olan işdir, az olsa da belə.” * * *
Hədis 426: Həzrət Məhəmməd (s) buyurur: “Özün üçün istədiyini xalq üçün də istə ki, mö`min olasan.” * * *
Hədis 427: Həzrət Məhəmməd (s) buyurur: “Allah qarşısında vacib əməlləri yerinə yetirdikdən sonra ən yaxşı iş müsəlmanı şad etməkdir.” * * *
Hədis 428: Həzrət Əli (ə) buyurur: “İstər zarafata, istərsə də ciddi olaraq dediyi yalanı tərk etməyən kəs bizlərdən deyil.” * * *
Hədis 429: Həzrət Əli (ə) buyurur: “Heç bir əməl yalan kimi çirkin deyil.” * * *
Hədis 430: Həzrət Məhəmməd (s) buyurur: “İmanla küfr arasındakı məsafə namazın tərki qədərdir.” * * *
Hədis 431: İmam Riza (ə) buyurur: “Hər gün özünü hesaba çəkməyən, (yaxşı və pis əməlini tanımayan) bizdən deyildir.” * * *
Hədis 432: İbn Abbas (r) nəql edir: “Həzrət Əlinin (ə) xidmətində olduğum vaxt onun öz ayaqqabısını yamadığını gördüm. İmam (ə) soruşdu ki, bu bir tay ayaqqabının qiyməti nə qədərdir? Dedim ki, dəyəri yoxdur. Həzrət (ə) buyurdu: “And olsun Allaha, haqqı ayağa qaldırıb, batili məhv etmək istəməsəydim, mənim üçün bu bir tay ayaqqabı sizə hakimiyyətdən dəyərli olardı.” * * *
Hədis 433: İmam Təqi (ə) buyurur: “Mö`minin izzəti xalqa möhtac olmamasındadır.” * * *
Hədis 434: İmam Sadiq (ə) buyurur: “İnsanlar üç qisimdirlər: alimlər, tələbələr və su üstə olan saman çöpü kimi adamlar (nə öyrənən, nə də öyrədənlər).” * * *
Hədis 435: İmam Həsən (ə) buyurur: “Əgər müstəhəb işlər vacib işlərə zərər vurursa, onları boşlayın.” * * *
Hədis 436: İmam Kazim (ə) buyurur: “Allah, çox yatıb, bekar gəzən bəndəsini düşmən tutur.” * * *
Hədis 437: Həzrət Əli (ə) buyurur: “Allaha qarşı itaətsizlik edilməyən gün bayramdır.” * * *
Hədis 438: Həzrət Əli (ə) buyurur: “Ən pis adam səhvi bağışlamayan və eybi örtməyəndir.” * * *
Hədis 439: İmam Həsən (ə) buyurur: “Xalqla elə davran ki, səninlə o cür davranmasını istəyirsən.” * * *
Hədis 440: İmam Səccad (ə) buyurur: “Ən qiymətli adam dünyanın kimin əlində olmasına e`tina etməyəndir.” * * *
Hədis 441: İmam Kazim (ə) buyurur: “Dünya malı dənizin (şor) suyu kimidir. Susuz adam bu sudan içdikcə daha da susayar, nəhayət, həlak olar.” * * *
Hədis 442: Həzrət Məhəmməd (s) buyurur: “Elmi öyrənib ona əməl etməyən adamı Allah qiyamət günü məhşərə kor gətirər.” * * *
Hədis 443: Həzrət Məhəmməd (s) buyurur: “Elm və biliyi bağlayın. Soruşdular ki, necə bağlayaq? Buyurdu: Onu yazmaqla.” * * *
Hədis 444: Həzrət Əli (ə) buyurur: “Tövbə ilə özünüzü ətirləyin ki, günahların pis qoxusu sizi rüsvay etməsin.” * * *
Hədis 445: Həzrət Əli (ə) buyurur: “Tövbə qapısı açıq ikən günahının bağışlanacağından ümidini üzmə.” * * *
Hədis 446: Həzrət Əli (ə) buyurur: “Yalnız öz fikrinə istinad edən kəs büdrəyər.” * * *
Hədis 447: İmam Baqir (ə) buyurur: “Elmi fayda verən alim yetmiş min abiddən üstündür.”
Hədis 448: İmam Baqir (ə) buyurur: “Dünyasını axirətinə, axirətini isə dünyasına görə tərk edən kəs bizdən deyildir.” * * *
Hədis 449: “(Həzrət Peyğəmbərdən (s) soruşdular ki, ən pak qazanc nədir? Buyurdu:) İnsanın öz əli ilə qazandığı.” * * *
Hədis 450: Həzrət Əli (ə) buyurur: “Ataların öz övladları üçün qoya biləcəyi ən böyük irs ədəb və düzgün tərbiyədir.” * * *
Hədis 451: Həzrət Əli (ə) buyurur: “Günahdan çəkinən şəxs yaxşı iş görən şəxs kimidir.” * * *
Hədis 452: Həzrət Məhəmməd (s) buyurur: “Ehtiyacı olmadığı halda mö`min qardaşının görüşünə gedən şəxs Allahın görüşünə getmiş kimidir.” * * *
Hədis 453: Həzrət Məhəmməd (s) buyurur: “Bir şəxsə var-dövlətinə görə ehtiram göstərən şəxsə Allah lə`nət etsin.” * * *
Hədis 454: Həzrət Əli (ə) buyurur: “Həyat ölümə necə də yaxındır!” * * *
Hədis 455: Həzrət Əli (ə) buyurur: “Əta etdiyini çox da böyük hesab etmə, sən özün ondan da böyüksən.” * * *
Hədis 456: Həzrət Əli (ə) buyurur: “Nə yaxşı olar ki, insan aza qane olsun, çox əta etsin.” * * *
Hədis 457: Həzrət Əli (ə) buyurur: “Yeməkdə orta həddi gözləyənin sağlamlığı və düşüncəsi təmiz olar.” * * *
Hədis 458: Həzrət Məhəmməd (s) buyurur: “Batini zahirinə müxalif olan kəs münafiqdir.” * * *
Hədis 459: “(Həzrət peyğəmbərdən (s) soruşdular ki, ən yaxşı əməl nədir? Buyurdu:) Əvvəl vaxtda qılınan namaz.” * * *
Hədis 460: Həzrət Məhəmməd (s) buyurur: “Çox danışmağı tərk et, istəyinə çatacağın qədər danışmağın kifayət edər.” * * *
Hədis 461: İmam Sadiq (ə) buyurur: “Həqiqətən, insan günah edərkən ona sübhdən gecəyə qədər möhlət verilər. Əgər tövbə edərsə, bu günah ona yazılmaz.” * * *
Hədis 462: Həzrət Əli (ə) buyurur: “Xalq ilə elə rəftar edin ki, əgər həmin halda ölsəniz, sizə ağlasınlar və sağ qalsanız, sizinlə ünsiyyətdə olmaq istəsinlər.” * * *
Hədis 463: Həzrət Əli (ə) buyurur: “Ey Adəm övladı, Allaha itaətsizlik etdiyin halda, Onun sənə çoxlu ne`mət əta etdiyini görərsənsə, bu işin sonundan qorx.” * * *
Hədis 464: Həzrət Əli (ə) buyurur: “Zarafat və oyunbazlıqdan, artıq məzələnməkdən, gülüşdən və boş işlərdən çəkin.” * * *
Hədis 465: İmam Sadiq (ə) buyurur: “Düşmənlər sizi qabaqlayıb övladlarınızı azdırmamış, onlara din barəsində hədislər və İslam maarifini öyrədin.” * * *
Hədis 466: Həzrət Əli (ə) buyurur: “Allah lə`nət etsin o kəslərə ki, camaatı yaxşı işlərə də`vət edirlər, amma özləri bu işə əməl etmirlər, eləcə də başqalarını pis işdən çəkindirirlər, amma özləri çəkinmirlər.” * * *
Hədis 467: İmam Sadiq (ə) buyurur: “Bizim şiəmiz o kəsdir ki, acından ölsə də belə, camaatdan bir şey diləməz.” * * *
Hədis 468: “(Həzrət Əli (ə) oğlu İmam Həsənə (ə) buyurdu:) “Oğlum, heç kəsin qulu olma, Allah səni azad yaratmışdır.” * * *
Hədis 469: Həzrət Əli (ə) buyurur: “Nəhy əz munkəri, yə`ni pis işdən çəkindirməyi qəlbi, dili və əli ilə tərk edən kəs dirilər arasında olan ölüdür.” * * *
Hədis 470: İmam Riza (ə) buyurur: “Övlad qarşısında ata-ananın vəzifəsi ona yaxşı ad qoymaq, ədəb öyrətmək və Qur`an tə`lim etməkdir.” * * *
Hədis 471: İmam Riza (ə) buyurur: “Var-dövlət beş xasiyyətlə toplana bilər: qatı xəsislik, uzun-uzadı arzular, böyük hərislik, qohumluq əlaqəsini kəsmək və dünyanı axirətdən üstün tutmaq.” * * *
Hədis 472: İmam Baqir (ə) buyurur: “Allah-təala qiyamət günü bəndələrinin sorğusunu onlara verdiyi ağıl qədər (dəqiq) aparar.” * * *
Hədis 473: İmam Sadiq (ə) buyurur: “Zarafatlaşmaqdan çəkin, çünki o, kişinin abrını və heybətini aparar.” * * *
Hədis 474: İmam Səccad (ə) buyurur: “İstər kiçik olsun, ya böyük, istərsə də ciddi olsun, ya zarafat üzü ilə − yalan danışmaqdan çəkin. Həqiqətən, kiçik yalan danışan kəs böyük yalana da cəsarətlənər.” * * *v Hədis 475: Həzrət Əli (ə) buyurur: “Məsləhət etməyən kəs peşman olar.”
Hədis 476: Həzrət Məhəmməd (s) buyurur: “İnsan üçün elə bir zaman gələr ki, dünyasını salamat gördüyü halda dinini itirməkdən qorxmaz.” * * *
Hədis 477: Həzrət Məhəmməd (s) buyurur: “İki günü bərabər olan kəs zərərdədir.” * * *
Hədis 478: Həzrət Əli (ə) buyurur: “Tamah yolunu seçən kəs özünü kiçiltdi, çətinliyini bildirən kəs zillətə boyun əydi, dilini özünə hakim edən kəs özünü qiymətdən saldı.” * * *
Hədis 479: İmam Baqir (ə) buyurur: “Süstlük və tənbəllik insanın dininə və dünyasına zərər vurar.” * * *
Hədis 480: İmam Sadiq (ə) buyurur: “Dostlarımın (qardaşlarımın) ən yaxşısı eybimi mənə hədiyyə edən kəsdir.” * * *
Hədis 481: İmam Riza (ə) buyurur: “Allahın az ruzisinə razı olan kəsin Allah da az əməlinə razı olar.” * * *
Hədis 482: İmam Sadiq (ə) buyurur: “Bizim şiələrimiz onlardırlar ki, təklikdə Allahı çox zikr edərlər.” * * *
Hədis 483: Həzrət Əli (ə) buyurur: “Başqalarında eyb axtarmaq ən pis eyb və ən pis günahdır.” * * *
Hədis 484: İmam Hüseyn (ə) buyurur: “Mö`minin haqqını yerinə yetirmək, Allaha edilən ibadətlərin ən üstünüdür.” * * *
Hədis 485: Həzrət Məhəmməd (s) buyurur: “Ən güclü insan xalqa qalib gələn yox, nəfsinə qalib gələndir.” * * *
Hədis 486: Həzrət Məhəmməd (s) buyurur: “Bir şeyi bilmədən danışan kəsə göyün və yerin mələkləri lə`nət oxuyar.” * * *
Hədis 487: İmam Səccad (ə) buyurur: “Camaat elm oxumağın faydalarını bilsəydilər, qanları axıdılmaqla, dəryalara baş vurmaqla olsaydı da belə, yenə təhsil ardınca gedərdilər.” * * *
Hədis 488: Həzrət Əli (ə) buyurur: “Ən güclü günah şəhvətə tabeçilikdir. Ona itaət etməyin, yoxsa düşüncənizi Allahdan uzaqlaşdırar.” * * *
Hədis 489: Həzrət Məhəmməd (s) buyurur: “Hər kəs qırx gün Allaha ixlasla (riyasız) ibadət etsə, Allah hikmət çeşməsini onun qəlbindən dilinə axıdar.”
Hədis 490: Həzrət Əli (ə) buyurur: “Məzluma kömək və qəmgini şad etmək böyük günahların kəffarələrindəndir.” * * *
Hədis 491: Həzrət Əli (ə) buyurur: “Başqaları üçün pis hesab etdiyin işlərdən uzaqlaşmaq ədəbli olmağın üçün kifayət edər.” * * *
Hədis 492: Həzrət Əli (ə) buyurur: “Başqalarından bildiyin pis əməllərə göz yummaq ən şərəfli əməllərdəndir.” * * *
Hədis 493: Həzrət Məhəmməd (s) buyurur: “Günahın kiçikliyinə yox, kimə qarşı günah etdiyinə bax.” * * *
Hədis 494: Həzrət Məhəmməd (s) buyurur: “Ölümü çox yada salın, çünki ölümü xatırlamaq günahları yuyur və insanı dünyaya qarşı e`tinasız edir.” * * *
Hədis 495: Həzrət Məhəmməd (s) buyurur: “Allah insana onun xoş xasiyyətinə görə Allah yolunda cihad edənlərin mükafatını verər.” * * *
Hədis 496: Həzrət Məhəmməd (s) buyurur: “Mənim Əhli-beytim Nuhun gəmisi kimidir. Ona minən nicat tapar, ondan üz çevirənsə qərq (həlak) olar.”
Hədis 497: Həzrət Məhəmməd (s) buyurur: “Ya Əli, səni sevib, məhəbbətinə sadiq olan kəsin xoş halına və sənə düşmən olub, haqqında yalan danışan kəsin də vay halına!” * * *
Hədis 498: Həzrət Məhəmməd (s) buyurur: “Başqa şeylər sizi özünə məşğul etməmiş, xeyir iş görməkdə qabağa düşün.” * * *
Hədis 499: Həzrət Əli (ə) buyurur: “Ən böyük ehtiyacsızlıq qəlbdə arzulara yol verməməkdir.” * * *
Hədis 500: İmam Sadiq (ə) buyurur: “Oruc tutarkən gözünüz və qulağınız da haramdan qorunmalı, bütün bədən üzvləriniz çirkin işlərdən uzaq olmalıdır.”
“Mənbələr”
Nəhcül-bəlağə 123-124, 126-129, 133-134, 136, 138-141, 166, 278, 432-433, 435-437, 462, 463, 466, 468, 470, 478, 490-492, 499
Üsuli-Kafi 5, 6, 8, 53, 89-95, 151, 213, 215, 356, 392-396, 398-401, 403-410, 428, 431, 434, 461, 465, 472, 473

Furui-Kafi 1-4
Vəsailüş-şiə 131, 220, 436, 444, 469
Xisal 367
Məkarimul-əxlaq 442
Əmali (Şeyx Səduq) 307
Mustədrəkul-vəsail 130, 137, 429, 438, 448, 449, 485
Tuhəfül-uqul 125, 190, 271, 304, 305, 479, 480, 486
Qurərul-hikəm 63, 76, 96-122, 135, 178-187, 198-212, 235, 245-259, 272, 288-300,307,-321, 357-366, 368-371, 373-379, 411-418, 450, 451, 454-457,464, 483, 488
Bihar 9, 188, 189, 439, 441, 445, 460, 474-477, 93,498
İrşadul-qulub (Deyləmi) 306, 324,440, 495
Səfinətul-bihar 72, 274, 402,458, 459, 500
Məcmuəyi-Vərram 84-88, 494
İsna Əşəriyyə 171-177, 322, 325-331
Əvalimul-ulum 482
Vafi 323, 484
Nəhcül-fəsahə 10-52, 54-62, 64-75, 77-83, 419, 427
Zəxairul-üqba 497
Camiul-əxbar 301-303
Ənvarul-bəhiyyə 481
Səvabul-ə`mal 430
Uddətud-dai 489
Qürrətul-uyun 467
Təraiful-hikəm 332-334, 335-355, 388, 397
Kənzul-fəvaid 446
Kəşful-ğümmə 215,216, 471
Məalimud-din 487
Ləaliyül-əxbar 453
Məhəccətul-bəyza 142-144
Munyətul-murid 169-170, 443, 447
Hilyətul-övliya 496
Rovzeyi-bihar 132, 145-150, 152-165, 191-197, 217-210, 221-234, 236-244, 260-270, 275-277, 279-287, 433, 435, 452
Hədiyyətul-əhbab 372
Mişkatul-ənvar 7