MƏSUMLARIN NURLU KƏLAMLARINDAN
 
400 hədis

Hədis 301: Həzrət Məhəmməd (s) buyurur: “Allahı daha yaxşı tanıyan Ondan daha çox qorxar.” * * *
Hədis 302: Həzrət Məhəmməd (s) buyurur: “Ən yaxşı əməl Allaha görə dost və Allaha görə düşmən olmaqdır.” * * *
Hədis 303: Həzrət Məhəmməd (s) buyurur: “Möminlər bağışlayan və mülayimdirlər.” * * *
Hədis 304: Həzrət Həsən (ə) buyurur: “Bir-biri ilə məşvərət edən xalq kamala yetişər.” * * *
Hədis 305: İmam Həsən (ə) buyurur: “Sənə o kəs yaxındır ki, dostluq yolu ilə yaxın olsun, qohum olmasa da belə.” * * *
Hədis 306: Həzrət Məhəmməd (s) buyurur: “Gizli dua aşkar duadan yetmiş dəfə tə`sirlidir.” * * *
Hədis 307: Həzrət Məhəmməd (s) buyurur: “Vacib namazı vaxtı keçdikdən sonra qılan şəxs qiyamət günü mənim şəfaətimə nail olmaz.” * * *
Hədis 308: Həzrət Əli (ə) buyurur: “Diri şəxsin ölüyə qovuşmağı nə qədər də yaxındır.” * * *
Hədis 309: Həzrət Əli (ə) buyurur: “Dünyada əldə etdiklərin üçün o qədər də sevinmə.” * * *
Hədis 310: Həzrət Əli (ə) buyurur: “Dünyada əlindən çıxanlara görə o qədər də qəm yemə.” * * *
Hədis 311: Həzrət Əli (ə) buyurur: “Yediklərin aradan gedər, yedirtdiklərin isə qalar.” * * *
Hədis 312: Həzrət Əli (ə) buyurur: “Hər nəfəs ölümə doğru atılan bir addımdır.” * * *
Hədis 313: Həzrət Əli (ə) buyurur: “Sənə ən yaxın olan düşmən öz nəfsindir.” * * *
Hədis 314: Həzrət Əli (ə) buyurur: “Yəqin üzündən olan yuxu şəkk ilə qılınan namazdan yaxşıdır.” * * *
Hədis 315: Həzrət Əli (ə) buyurur: “Camaat içində birinə nəsihət vermək danlaqdır, nəsihət deyil.” * * *
Hədis 316: Həzrət Əli (ə) buyurur: “Bəsirət kor olanda gözün görməyi faydasızdır.” * * *
Hədis 317: Həzrət Əli (ə) buyurur: “Tam bilmədiyin şeyi danışma.” * * *
Hədis 318: Həzrət Əli (ə) buyurur: “Sınaqdan çıxarmamış dosta e`timad etmə.” * * *
Hədis 319: Həzrət Əli (ə) buyurur: “Bir şəxsdən bilmədiyi bir şey barəsində soruşulsa, “bilmirəm” deməyə əsla utanmamalıdır.” * * *
Hədis 320: Həzrət Əli (ə) buyurur: “Əsla, Qur`andan başqa yerdə şəfa axtarmayasınız, çünki Qur`an bütün dərdlərin şəfasıdır.” * * *
Hədis 321: Həzrət Əli (ə) buyurur: “Düşünmək kimi ibadət yoxdur.” * * *
Hədis 322: Həzrət Məhəmməd (s) buyurur: “Hər eşitdiyini danışmağın sənin yalançılığının sübutu üçün bəsdir.” * * *
Hədis 323: Həzrət Məhəmməd (s) buyurur: “Gizli sədəqə Pərvərdigarın qəzəbini söndürər.” * * *
Hədis 324: Həzrət Məhəmməd (s) buyurur: “Dilini saxlayan kəsin eyblərini Allah örtər.” * * *
Hədis 325: Həzrət Məhəmməd (s) buyurur: “Xalqın haqqını itirməyənlər Allaha ən çox şükür edənlərdir.” * * *
Hədis 326: Həzrət Məhəmməd (s) buyurur: “Harada olursansa ol, Allahdan qorx.” * * *
Hədis 327: Həzrət Məhəmməd (s) buyurur: “Mö`min az xərcli və qanedir.” * * *
Hədis 328: Həzrət Məhəmməd (s) buyurur: “Mö`minin şərəfi gecə oyaq qalmaq, izzəti isə xalqdan ehtiyacsızlıqdır.” * * *
Hədis 329: Həzrət Məhəmməd (s) buyurur: “Mö`min bir dəlikdən iki dəfə sancılmaz (səhvini təkrar etməz).” * * *
Hədis 330: Həzrət Məhəmməd (s) buyurur: “Allah yanında ən yaxşı tövbə günahdan uzaqlaşmaq və peşmançılıqdır.” * * *
Hədis 331: Həzrət Məhəmməd (s) buyurur: “Qəlbiniz yumşalanda duanı qənimət bilin, çünki qəlbin riqqətliliyi rəhmətdir.” * * *
Hədis 332: Həzrət Məhəmməd (s) buyurur: “Az ne`mətə şükür etməyən, çoxa da şükür etməz.” * * *
Hədis 333: Həzrət Məhəmməd (s) buyurur: “Allah-təala duada israrlı olanı sevir.” * * *
Hədis 334: Həzrət Məhəmməd (s) buyurur: “Gülən halda günah edən şəxs ağlayan halda cəhənnəm oduna daxil olar.” * * *
Hədis 335: Həzrət Əli (ə) buyurur: “Nadanlıq kimi yoxsulluq yoxdur.” * * *
Hədis 336: Həzrət Əli (ə) buyurur: “Elm kimi şərəf yoxdur.” * * *
Hədis 337: Həzrət Əli (ə) buyurur: “Çox mülayim olan kəs peşman olmaz.” * * *
Hədis 338: Həzrət Əli (ə) buyurur: “Gözəl xasiyyət kimi yoldaş yoxdur.”
Hədis 339: Həzrət Əli (ə) buyurur: “Əmmarə (pisliyə çağıran) nəfs ilə cihad kimi cihad yoxdur.” * * *
Hədis 340: Həzrət Əli (ə) buyurur: “Vacib göstərişləri yerinə yetirmək kimi ibadət yoxdur.” * * *
Hədis 341: Həzrət Əli (ə) buyurur: “Çox yeməklə sağlamlıq bir araya sığmaz.” * * *
Hədis 342: Həzrət Əli (ə) buyurur: “Söyüş söyən adam kimi həyasız yoxdur.” * * *
Hədis 343: Həzrət Əli (ə) buyurur: “Günahdan pak olmaq kimi mürüvvət (kişilik) yoxdur.” * * *
Hədis 344: Həzrət Əli (ə) buyurur: “Din qardaşı ac olan halda mö`min tox olmaz.” * * *
Hədis 345: Həzrət Əli (ə) buyurur: “Ağıllı insan məşvərət etməkdən boyun qaçırmaz.” * * *
Hədis 346: Həzrət Əli (ə) buyurur: “Fəqirə mane olub, ona bir şey verməyən varlının günahı bütün günahlardan böyükdür.” * * *
Hədis 347: Həzrət Əli (ə) buyurur: “O şəxsə təəccüb edirəm ki, yaxşı bir sifətə görə tə`rifləndikdə sevinir, halbuki, bu sifətə malik olmadığını bilir.” * * *
Hədis 348: Həzrət Əli (ə) buyurur: “O şəxsə təəccüb edirəm ki, ona pis xasiyyəti haqqında deyiləndə qəzəblənir, halbuki, bu sifətə malik olduğunu bilir.” * * *
Hədis 349: Həzrət Əli (ə) buyurur: “Qəlbin günah fikirdən uzaq qalmaq orucu, qarının aclıq orucundan üstündür.” * * *
Hədis 350: Həzrət Əli (ə) buyurur: “Sağlamlıq pəhrizdəndir.” * * *
Hədis 351: Həzrət Əli (ə) buyurur: “Bir işə başlamazdan öncə məsləhət et, addım atmazdan qabaq düşün.” * * *
Hədis 352: Həzrət Əli (ə) buyurur: “Büdrəmə və peşmanlıqdan amanda qalmaq üçün ağıl sahibləri ilə məsləhətləş.” * * *
Hədis 353: Həzrət Əli (ə) buyurur: “Xeyirxahların ən pisi etdiyi yaxşılığa görə minnət qoyan kəsdir.” * * *
Hədis 354: Həzrət Əli (ə) buyurur: “Xalqın ən pisi başqalarında eyb axtarıb öz eybini görməyən kəsdir.”
Hədis 355: Həzrət Əli (ə) buyurur: “Xalqın ən pisi başqalarının səhvini bağışlamayan və eyblərini örtməyən kəsdir.” * * *
Hədis 356: İmam Baqir (ə) buyurur: “Başqalarının haqqında öz haqqınızda deyilməsini xoşladığınız sözləri danışın.” * * *
Hədis 357: Həzrət Əli (ə) buyurur: “Allaha itaət haqqında düşünmək səni əmələ sövq edər.” * * *
Hədis 358: Həzrət Əli (ə) buyurur: “Qeybəti dinləyən şəxs qeybət edənlə şərikdir.” * * *
Hədis 359: Həzrət Əli (ə) buyurur: “Bir saatlıq zəlalət bir ömrün izzətindən ağırdır.” * * *
Hədis 360: Həzrət Əli (ə) buyurur: “Böyüklərdən daha uzaq görən kiçiklər çoxdur.” * * *
Hədis 361: Həzrət Əli (ə) buyurur: “Dini olmayan zahidlər çoxdur.” * * *
Hədis 362: Həzrət Əli (ə) buyurur: “Göz korluğu bəsirət korluğundan yaxşıdır.” * * *
Hədis 363: Həzrət Əli (ə) buyurur: “İşin savabı ona çəkilən əziyyət qədərdir.” * * *
Hədis 364: Həzrət Əli (ə) buyurur: “İşi sonraya saxlamaq tənbəllik əlamətidir.” * * *
Hədis 365: Həzrət Əli (ə) buyurur: “Gəncliyindən qocalmamış, sağlamlığından da xəstələnməmiş istifadə et.” * * *
Hədis 366: Həzrət Əli (ə) buyurur: “Allah qorxusundan ağlamaqla günahlar yuyular.” * * *
Hədis 367: Həzrət Məhəmməd (s) buyurur: “İbadətlərin ən fəzilətlisi dini anlamaqdır.” * * *
Hədis 368: Həzrət Əli (ə) buyurur: “Əfv etmək vasitəsilə rəhmət nazil olar.” * * *
Hədis 369: Həzrət Əli (ə) buyurur: “Xoş xasiyyət ruzini artırır.” * * *
Hədis 370: Həzrət Əli (ə) buyurur: “Dua vasitəsi ilə bəla aradan qalxar.” * * *
Hədis 371: Həzrət Əli (ə) buyurur: “İzzət istəyirsənsə, onu Allaha itaətdə axtar.” * * *
Hədis 372: Həzrət Məhəmməd (s) buyurur: “Var-dövlətinə yox, ömrünə xəsis ol.” * * *
Hədis 373: Həzrət Əli (ə) buyurur: “İşə başlamazdan qabaq məsləhət et.” * * *
Hədis 374: Həzrət Əli (ə) buyurur: “Dalaşanda barışığa yer qoy.” * * *
Hədis 375: Həzrət Əli (ə) buyurur: “Şərəf var-dövlət və əsil-nəsəbdə yox, ağıl və ədəbdədir.” * * *
Hədis 376: Həzrət Əli (ə) buyurur: “Həqiqətən, insanların dünya və axirətdə ağaları səxavətli insanlardır.” * * *
Hədis 377: Həzrət Əli (ə) buyurur: “Dünya elə bir tələdir ki, oraya onu tanımayanlar düşər.” * * *
Hədis 378: Həzrət Əli (ə) buyurur: “Uzaqgörənlik odur ki, Allaha itaət, nəfsə qarşı isə itaətsizlik edilsin.” * * *
Hədis 379: Həzrət Əli (ə) buyurur: “Həqiqətən, sən axirət üçün yaradılmısan, onun üçün də çalış.” * * *
Hədis 380: Həzrət Əli (ə) buyurur: “Həqiqətən, dünyadan üz döndərsən, dünya sənə üz tutacaqdır.” * * *
Hədis 381: Həzrət Əli (ə) buyurur: “Həqiqətən, dünyaya üz tutsan, o səndən üz döndərəcək.”
Hədis 382: Həzrət Əli (ə) buyurur: “Həqiqətən, sənin düşüncən bütün işləri əhatə etmək gücündə deyildir, belə isə, onu mühüm işlər üçün saxla.” * * *
Hədis 383: Həzrət Əli (ə) buyurur: “Həqiqətən, bu gün hesab yox, əməl, sabah isə əməl yox, hesab günüdür.” * * *
Hədis 384: Həzrət Əli (ə) buyurur: “Həqiqətən, ən fəzilətli cihad insanın öz nəfsi ilə olan cihadıdır.” * * *
Hədis 385: Həzrət Əli (ə) buyurur: “Mö`min üçün ən qiymətli hədiyyə ölümdür.” * * *
Hədis 386: Həzrət Əli (ə) buyurur: “Yaxşılıqların ən yaxşısı bizimlə (Əhli-beyt ilə) dostluq, günahların ən pisi isə bizimlə düşmənçilikdir.” * * *
Hədis 387: Həzrət Əli (ə) buyurur: “Allahı ən yaxşı tanıyan kəs Ondan daha çox istəyəndir.” * * *
Hədis 388: Həzrət Əli (ə) buyurur: “İnsanların ən ağıllısı öz eybini görüb, başqalarının eybinə kor olan kəsdir.” * * *
Hədis 389: Həzrət Məhəmməd (s) buyurur: “Xoş o kəsin halına ki, müsəlmandır və dolanışığı ehtiyacı qədərdir.” * * *
Hədis 390: Həzrət Məhəmməd (s) buyurur: “Bir-birinizlə rastlaşanda salam və əl verməklə görüşün. Bir-birinizdən bağışlanma istəyi ilə ayrılın.” * * *
Hədis 391: Həzrət Məhəmməd (s) buyurur: “Qohumların əlaqəni kəssə də, sən əlaqəni kəsmə.” * * *
Hədis 392: Həzrət Məhəmməd (s) buyurur: “Qeybət insanın imanına cüzamın bədənə göstərdiyindən daha tez tə`sir göstərər.” * * *
Hədis 393: Həzrət Əli (ə) buyurur: “Dua mö`minin qalxanıdır. Hansı qapını çox döyürsənsə, üzünə açılar.” * * *
Hədis 394: İmam Zeynəlabidin (ə) buyurur: “Bütün xeyirləri, xalqın əlində olana göz dikməməkdə gördüm.” * * *
Hədis 395: İmam Baqir (ə) buyurur: “Allahın verdiyi ruziyə qənaət edən kəs ən ehtiyacsız adamdır.” * * *
Hədis 396: İmam Baqir (ə) buyurur: “Mö`min mö`minin yetmiş böyük (kəbirə) günahını örtməyə borcludur.” * * *
Hədis 397: Həzrət Əli (ə) buyurur: “Hər kəs nəfsində cürbəcür yeməklər sevgisi əksə, cürbəcür xəstəliklər meyvəsi dərəcəkdir.” * * *
Hədis 398: İmam Baqir (ə) buyurur: “And olsun Allaha ki, O, Öz dərgahına israrla əl açanların istəyini verər.” * * *
Hədis 399: İmam Sadiq (ə) buyurur: “Yanına gəlmiş mö`min qardaşını əziz tutub, hörmət edən kəs Allahı əziz tutmuşdur.” * * *
Hədis 400: İmam Sadiq (ə) buyurur: “Mənim üçün iki nəfəri barışdırmaq iki qızıl sikkə sədəqə verməkdən daha üstündür.”