MƏSUMLARIN NURLU KƏLAMLARINDAN
 
200 hədis

Hədis 101: Həzrət Əli (ə) buyurur: “Tövbə etmək qəlbləri paklayır, günahları yuyur.” * * *
Hədis 102: Həzrət Əli (ə) buyurur: “Mö`min onunla insafsız rəftar edənlə insafla davranar.” * * *
Hədis 103: Həzrət Əli (ə) buyurur: “Bilərəkdən günah edən şəxs bağışlanmağa layiq deyildir.” * * *
Hədis 104: Həzrət Əli (ə) buyurur: “Zülm və fəsad yolundan çəkinib itaət yolunu tutun ki, axirətdə xoşbəxt olasınız.” * * *
Hədis 105: Həzrət Əli (ə) buyurur: “Allahdan həya etmək bir çox günahları aradan aparır.” * * *
Hədis 106: Həzrət Əli (ə) buyurur: “Elimsiz əməl etmək zəlalətdir (yoldan azmaqdır).” * * *
Hədis 107: Həzrət Əli (ə) buyurur: “Bəndələrin dünyadakı əməlləri, axirətdə gözlərinin qabağında olacaqdır.” * * *
Hədis 108: Həzrət Əli (ə) buyurur: “Təqvalıların nəfsi qane, şəhvətləri ölü, çöhrələri açıq, qəlbləri isə qəmgindir. ” * * *
Hədis 109: Həzrət Əli (ə) buyurur: “Dünya bulud kölgəsi və şirin yuxu kimidir.” * * *
Hədis 110: Həzrət Əli (ə) buyurur: “Ağıllı şəxs odur ki, öz nəfsi üzərində qələbə çalsın və axirətini dünyasına dəyişməsin.” * * *
Hədis 111: Həzrət Əli (ə) buyurur: “Kimə bu dörd şey verilsə, ona dünya və axirət xeyri verilmişdir: danışıqda düzlük, əmanəti qaytarmaq, qarnı (haramlardan) gözləmək, xoş xasiyyət.” * * *
Hədis 112: Həzrət Əli (ə) buyurur: “Qəzəbdən çəkin ki, onun başlanğıcı dəlilik, sonu isə peşmançılıqdır.” * * *
Hədis 113: Həzrət Əli (ə) buyurur: “Ağıllı şəxs odur ki, dilini saxlasın.” * * *
Hədis 114: Həzrət Əli (ə) buyurur: “Yalan dünyada rüsvayçılıq, axirətdə isə əzabdır.” * * *
Hədis 115: Həzrət Əli (ə) buyurur: “Allaha itaətə səbr etmək, Onun əzabına səbr etməkdən asandır.” * * *
Hədis 116: Həzrət Əli (ə) buyurur: “Mö`min o adamdır ki, sevgisi Allaha görə, nifrəti Allaha görə, alış-verişi də Allaha görədir.” Hədis 117: Həzrət Əli (ə) buyurur: “Alim cahili tanıyır, çünki özü də əvvəl cahil olmuşdur.” * * *
Hədis 118: Həzrət Əli (ə) buyurur: “Nadan alimi tanımır, çünki özü əvvəl alim olmamışdır.” * * *
Hədis 119: Həzrət Əli (ə) buyurur: “Yaxşı işlər istisna olmaqla, bütün işlərdə ifrat etmək pisdir.” * * *
Hədis 120: Həzrət Əli (ə) buyurur: “İnsan üçün nadanlığın ziyanı, cüzamın onun bədəninə vurduğu ziyandan daha çoxdur.” * * *
Hədis 121: Həzrət Əli (ə) buyurur: “O adam mənfəət tapar ki, dünyasını axirətinə sata və əvəzində axirəti ala.” * * *
Hədis 122: Həzrət Əli (ə) buyurur: “Həqiqətən, riyakarlığın ən aşağı mərtəbəsi belə, Allaha qarşı şirkdir.” * * *
Hədis 123: Həzrət Əli (ə) buyurur: “Heç kim öz Rəbbindən savayı başqasına ümidvar olmamalı və yalnız öz günahlarından qorxmalıdır.” * * *
Hədis 124: Həzrət Əli (ə) buyurur: “Bir kəs ki, özünü töhmət hüzurunda qərar verir, ona bədgüman olanları qınamamalıdır.” * * *
Hədis 125: İmam Sadiq (ə) buyurur: “İmanlı bir şəxs heç vaxt öz şəhvətinə məğlub olmaz və qarnı onun rüsvayçılığına səbəb olmaz.” * * *
Hədis 126: Həzrət Əli (ə) buyurur: “Susub həqiqəti gizləməkdə heç bir xeyir yoxdur (pisdir). Necə ki, nadanlıq üzündən danışmaq yaxşı deyildir.” * * *
Hədis 127: Həzrət Əli (ə) buyurur: “Kişi öz dilinin altında gizlənmişdir. * * *
Hədis 128: Həzrət Əli (ə) buyurur: “Fürsəti əldən vermək qəm-qüssədir.” * * *
Hədis 129: Həzrət Əli (ə) buyurur: “Ağıl kamillik mərtəbəsinə çatanda, danışıq qısalar.” * * *
Hədis 130: Həzrət Əli (ə) buyurur: “Atanın övlada ədəb və tərbiyədən daha üstün hədiyyəsi ola bilməz.” Hədis 131: Həzrət Məhəmməd (s) Əliyə (ə) buyuruğu: “Övladını pis tərbiyə edərək onların üzə qayıtmasına səbəb olan ata-anaya Allah lə`nət etsin.” Hədis 132: İmam Əliyyən Nəqi (ə) buyurur: “Özünü bəyənmək insanı elm öyrənməkdən saxlayar.” * * *
Hədis 133: Həzrət Əli (ə) buyurur: “Heç bir kəs əqlinin bir hissəsini vermədən zarafat etmədi.” * * *
Hədis 134: Həzrət Əli (ə) buyurur: “Dini hökmləri bilmədən ticarətlə məşğul olan şəxs sələmə düçar olar.” * * *
Hədis 135: Həzrət Əli (ə) buyurur: “Hər bir insanın rə`yinin dəyəri onun təcrübəsi qədərincədir.” * * *
Hədis 136: Həzrət Əli (ə) buyurur: “Ləzzətlərin gedəcəyi və günahların qalacağı yadınızda olsun.” * * *
Hədis 137: Həzrət Məhəmməd (s) buyurur: “Allahın razılığı ata-ananın razılığında, qəzəbi isə onların qəzəbindədir.” * * *
Hədis 138: Həzrət Əli (ə) buyurur: “Günah etməmək tövbə etməkdən daha asandır.” * * *
Hədis 139: Həzrət Əli (ə) buyurur: “Allaha itaətsizlik edənlərə itaət etmək rəva deyildir.” Hədis 140: Həzrət Əli (ə) buyurur: “Yoxsulluq çox böyük ölümdür.” * * *
Hədis 141: Həzrət Məhəmməd (s) buyurur: “Peyğəmbərlik məqamına daha yaxın olanlar alimlər və (haqq yolda) cihad edənlərdir.” * * *
Hədis 142: Həzrət Əli (ə) buyurur: “Səni kədərləndirən pis bir işin səni məğrur edən xeyir işindən Allah yanında daha yaxşıdır.” * * *
Hədis 143: Həzrət Məhəmməd (s) buyurur: “Bir qəbilənin ölümü alimin ölümündən daha asan və dözüləsidir.” * * *
Hədis 144: Həzrət Məhəmməd (s) buyurur: “Hər hansı bir məclisdə oturub elmini artırmayan kəs, Allahdan uzaqlığını artırmışdır.” * * *
Hədis 145: İmam Riza (ə) buyurur: “İbadət çoxlu oruc və namaz yox, yaradılış haqqında (Allahın yaratdıqlarında) düşünməkdir.” * * *
Hədis 146: İmam Riza (ə) buyurur: “Sükut hikmət qapılarından olan bir qapıdır.” Hədis 147: İmam Riza (ə) buyurur: “Qohumluq əlaqəsini bir içim su ilə də olsa, möhkəmləndir. * * *
Hədis 148: İmam Riza (ə) buyurur: “Bir-birinizin görüşünə gedin ki, dostluğunuz möhkəmlənsin.” * * *
Hədis 149: İmam Riza (ə) buyurur: “Peyğəmbər ailəsinə dostluq ümidi ilə saleh əməli və ibadətdə sə`y göstərmənizi tərk etməyin.” * * *
Hədis 150: İmam Riza (ə) buyurur: “Günahları və mö`minə əziyyət verməyi tərk etməkdən daha faydalı təqva yoxdur.” * * *
Hədis 151: İmam Sadiq (ə) buyurur: ”Allah-təala qafil qəlblə edilən duanı qəbul buyurmaz, ona görə də agah qəlblə dua et və duanın qəbul olacağına əmin ol.” * * *
Hədis 152: İmam Məhəmməd Təqi (ə) buyurur: “Şükrü yerinə yetirilməyən bir ne`mət bağışlanmayan günah kimidir.” * * *
Hədis 153: İmam Məhəmməd Təqi (ə) buyurur: “Allahın tə`qib etdiyi bir kəs necə qaça bilər?!” * * *
Hədis 154: İmam Məhəmməd Təqi (ə) buyurur: “Bir çox insanların nifrətini qazanmadan Allah məhəbbətini ələ gətirmək qeyri-mümkündür.” * * *
Hədis 155: İmam Məhəmməd Təqi (ə) buyurur: “Allahdan qeyrisinə ümidvar olanı Allah elə onun ümidinə buraxar.” * * *
Hədis 156: İmam Əliyyən Nəqi (ə) buyurur: “Öz dəyərini anlamayan adamın şərindən qorun.” * * *
Hədis 157: İmam Əliyyən Nəqi (ə) buyurur: “Dünya bir bazardır. Bu bazarda kimi qazanır, kimi isə zərərə düşür.” * * *
Hədis 158: İmam Əliyyən Nəqi (ə) buyurur: “Bəla səbirli şəxs üçün bir, səbirsiz şəxs üçün isə ikidir.” * * *
Hədis 159: İmam Əliyyən Nəqi (ə) buyurur: “Allah-təala, Onu qəzəbləndirəni xalqın qəzəbinə düçar edər.” * * *
Hədis 160: İmam Həsən Əskəri (ə) buyurur: “Dostunu xəlvətdə nəsihət edən şəxs onu zinətləndirmişdir.” * * *
Hədis 161: İmam Həsən Əskəri (ə) buyurur: “Dostunu aşkar surətdə nəsihət edən kəs onu xəcil (xəcalətli) etmişdir.” * * *
Hədis 162: İmam Həsən Əskəri (ə) buyurur: “Dostlarının ən yaxşısı o kəsdir ki, sənin günahlarını unudub, yaxşılıqlarını yadda saxlasın.” * * *
Hədis 163: İmam Həsən Əskəri (ə) buyurur: “Şöhrət və rəyasət istəməkdən çəkin. Çünki bu ikisi insanı məhvə sürükləyir.” * * *
Hədis 164: İmam Həsən Əskəri (ə) buyurur: “Müsibət görmüş adamın yanında şadlanmaq ədəbdən deyildir.” * * *
Hədis 165: İmam Həsən Əskəri (ə) buyurur: “Ehtiyatın bir həddi vardır ki, onu aşdıqda qorxaqlığa çevrilər.” * * *
Hədis 166: Həzrət Əli (ə) buyurur: “Kömək və yardım (Ruzi barəsində) ehtiyac olan qədər (Allah tərəfindən) çatasıdır.” * * *
Hədis 167: İmam Həsən Əskəri (ə) buyurur: “Mö`mini zillətə salan bir şeyə onun meyl göstərməsi necə də pisdir.” * * *
Hədis 168: İmam Həsən (ə) buyurur: “Siz qısa müddət ərzində və saylı günlərdə yaşayırsınız, ölüm isə qəfildən gəlir .” * * *
Hədis 169: Həzrət Məhəmməd (s) buyurur: “Elm öyrətdiyiniz və ya elm öyrəndiyiniz şəxslə yumşaq davranın.” Hədis 170: Həzrət Məhəmməd (s) buyurur: “Ölümümdən sonra ümmətim üçün ən çox qorxduğum şəxs Qur`anı yanlış təfsir və tə`vil edən şəxsdir.” * * *
Hədis 171: Həzrət Məhəmməd (s) buyurur: “Allah-təala Öz bəndəsinin tövbəsini canı çıxana qədər qəbul edir.” * * *
Hədis 172: Həzrət Məhəmməd (s) buyurur: “Bir şəxsin qaib bir şəxs barəsində etdiyi dua daha tez qəbul olar.” * * *
Hədis 173: Həzrət Məhəmməd (s) buyurur: “Qiyamətdə barəsində sorğu-sual olanan ilk şey namazdır.” * * *
Hədis 174: Həzrət Məhəmməd (s) buyurur: “Təəccüb edirəm o kəsə ki, ölüm onun sorağında ikən, o, dünya istəyindədir.” * * *
Hədis 175: Həzrət Məhəmməd (s) buyurur: “Elm axtarışında olan şəxsin ruzisini Allah yetirər.” * * *
Hədis 176: Həzrət Məhəmməd (s) buyurur: “Mənim ümmətimə qarşı mehriban olanla Allah da mehriban olar.” * * *
Hədis 177: Həzrət Məhəmməd (s) buyurur: “Müsəlmanların qeybətini etməyin və onların eyiblərini araşdırmayın (axtarmayın).” * * *
Hədis 178: Həzrət Əli (ə) buyurur: “Xoş o kəsin halına ki, Allaha ibadət etmək müvəffəqiyyətinə nail olub, günah və xatasına isə ağlayır.” * * *
Hədis 179: Həzrət Əli (ə) buyurur: “Xoş o kəsin halına ki, arzuları qısadır və ömrünü qənimət sayır.” * * *
Hədis 180: Həzrət Əli (ə) buyurur: “Əməl etmədən behişt istəmək axmaqlıqdır.” * * *
Hədis 181: Həzrət Əli (ə) buyurur: “Dil yarası (tə`nə vurmaq) nizə yarasından daha yandırıcıdır.” * * *
Hədis 182: Həzrət Əli (ə) buyurur: “Başqalarının ölümünü gördüyü halda öz ölümünü unudan kəsə təəccüb edirəm.” * * *
Hədis 183: Həzrət Əli (ə) buyurur: “Hər gün canının və ömrünün əskildiyini görə-görə ölüm üçün bir iş görməyən kəsə təəccüb edirəm .” * * *
Hədis 184: Həzrət Əli (ə) buyurur: “Təəccüb edirəm o kəsə ki, ölüm yatağından qorxur, lakin günahdan uzaqlaşmır.” * * *
Hədis 185: Həzrət Əli (ə) buyurur: “Dünyada gedəcəyini bildiyi halda axirəti üçün azuqə hazırlamayan kəsə təəccüb edirəm.” * * *
Hədis 186: Həzrət Əli (ə) buyurur: “O kəsə təəccüb edirəm ki, danışdığı sözlərin nə dünyada ona bir xeyri var, nə də axirəti üçün savab yazılır.” * * *
Hədis 187: Həzrət Əli (ə) buyurur: “O kəsə təəccüb edirəm ki, özündən yuxarıdakının mərhəmətinə ümidvar olduğu halda, ondan asılı olanları ümidsiz qaytarır.” * * *
Hədis 188: Həzrət Məhəmməd (s) buyurur: “Xalq bir şəxsin dilindən qorxarsa, o şəxs cəhənnəm əhlidir.” * * *
Hədis 189: Həzrət Məhəmməd (s) buyurur: “Fürsətləri əldən vermək qəm-qüssə gətirər.” * * *
Hədis 190: İmam Kazim (ə) buyurur: “Mö`min tərəzinin iki gözü kimidir − imanı artdıqca, bəlası da artar.” * * *
Hədis 191: İmam Kazim (ə) buyurur: “Öz (din) qardaşını aldadan şəxs məl`undur.” * * *
Hədis 192: İmam Kazim (ə) buyurur: “Öz (din) qardaşına nəsihət verməyən (onun yaxşılığını istəməyən) şəxs məl`undur.” * * *
Hədis 193: İmam Kazim (ə) buyurur: “Öz (din) qardaşının qeybətini edən şəxs məl`undur.” * * *
Hədis 194: İmam Kazim (ə) buyurur: “Allahdan qorx, haqqı söylə − sənin məhvin onda olsa da belə.” * * *
Hədis 195: İmam Kazim (ə) buyurur: “Allahın göndərdiyi bütün peyğəmbərlər səxavətli olmuşlar.” * * *
Hədis 196: İmam Kazim (ə) buyurur: “Uzun yaşayacağınızı özünüzə təlqin etməyin. Çünki bu adamı həris edər (tamahlandırar).” * * *
Hədis 197: İmam Kazim (ə) buyurur: “Nəfsinlə cihad et ki, onu faydasız həvəslərdən qoruyasan.” * * *
Hədis 198: Həzrət Əli (ə) buyurur: “Xalqla xoş keçinmək ağıl nişanəsidir.” Hədis 199: Həzrət Əli (ə) buyurur: “Ağılın ən yüksək dərəcəsi cəhli (bilməməzliyi) e`tiraf etməkdir.” * * *
Hədis 200: Həzrət Əli (ə) buyurur: “Aqilin ehtiyacsızlığı onun elminə görədir.” * * *