PEYĞƏMBƏRIN (S) HÖVZƏ IBNI ƏLI HƏNƏFIYƏ MƏKTUBU

 
 

PEYĞƏMBƏRIN (S) HÖVZƏ IBNI ƏLI HƏNƏFIYƏ MƏKTUBU

 

 

Əttəbəqətül- kübra: Həzrəti peyğəmbər (s) altı səfirdən biri olan Səlut ibni Əmr Amirini Hövzə ibni Əli Hənəfini islama dəvət etmək üçün onun yanına yolladı. Səlit onun yanına getdi. Hövzə onu qonaq etdi və ona hədiyyə verdi. Peyğəmbərə (s) yazdı: Mən öz qövmümün şairi və xətibiyəm, ərəblər mənim məqamıma (və şəxsiyyətimə) ehtiram qoyurlar. Mənim üçün bir məntəqənin hakimliyini təyin et ki, səndən itaət edim. O, Səlitə hədiyyə verdi və həcər parçasından olan paltarlarla onu geyindirdi. Səlib onların hamısını Peyğəmbərin (s) hüzuruna gətirdi və onun söylədiklərini Peyğəmbərə (s) çatdırdı. Peyğəmbər (s) Hövzənin məktubunu oxudu və buyurdu: "Əgər məndən bir xurmanın qorası qədər də yer- torpaq istəyə ona vermərəm, var- dövləti ilə bir yerdə məhv olsun!"

Elə ki, Peyğəmbər (s) Məkkə fəthindən qayıtdı, Cəbrail (ə) Hövzənin ölüm xəbərini Peyğəmbərə gətirdi.[1]

 


 

[1] - Əttəbəqətül- kübra, cild 1, səh 262