FATIMƏ (S.Ə)
HACƏRDƏN ÜSTÜNDÜR
Ən üstün və dəyərli məscid Məscidül-həramdır. Kəbə isə Allah hərəmi və
bütün məscidlərin qibləsidir. Həzrət İbrahimin (ə) xanımı Hacər Kəbənin yanında
torpağa tapşırılıb və Allah-Taala da müsəlmanlara əmr edib ki, Hacərin qəbrinin
ətrafında dolansınlar. Amma həzrət Fatimənin (s.ə) məqam və dərəcəsi hətta şərəf
evində yatan Hacərdən belə üstündür. Çünki o dörd behişt qadınlarından biridir.
Həmin dörd qadınlar isə bunlardır: Məryəm, Asiya, Xədicə, Fatimə. Bundan əlavə
əhli-beytin iftixarlarının varisi, Adəmdən (ə) başlayaraq İbrahimə (ə) çatan,
İsa və Musanı (ə) da ehtiva edib Məhəmməddə (s) tamamlanan bir nəslin
davamçısıdır Həzrət Fatimə (s.ə).
Atasının ölüm yatağı yanında
Peyğəmbər (s) xəstələnmişdi, başı həzrət Əlinin (ə) sinəsi üstündə idi,
əli ilə onun əlindən tutmuşdu. Fatimə (s.ə) də Peyğəmbərin (s) yatağının yanında
oturub ağlayırdı. Atası gözlərini açıb həzrət Fatiməni (s.ə) ağlayan gördükdə
ona belə buyurdu: "qızım, mənə Quran oxu". Fatimə (s.ə) də Qurandan bir neçə ayə
oxudu. Əslində peyğəmbər (s) həyatının son anlarında qızının səsini eşitmək
istəyirdi. Peyğəmbər (s) dünyadan köçərkən evini qəm və matəm bürümüşdü.
Atasının vəfatından kədərlənən Fatimənin (s.ə) bədəninə sanki ağır bir zərbə
endirilmişdi. Hələ bir neçə saat keçməmişdi ki, o, daha bir zərbə aldı: ərinə
qarşı törədilən cinayət, Həzrət Fatimeyi Zəhra (s.ə) əvvəlki kimi yenə də
fədakarlıqla ərinin qəsb olunmuş haqqını müdafiə edirdi. Belə ki, hətta bir gün
Bəni haşim və ənsardan olan qadınlarla birgə atasının məscidinə gəlib xəlifənin
hüzurunda fövqəladə, təsiredici bir xütbə oxuyaraq sözlərini açıq-aşkar bəyan
etməsi oradakıların hamısını ağlatmışdı. Amma onlardan qayğı görmımişdi. Sanki,
onların üstünə soyuq su ələnib, zillət tozu qonmuşdu. Həzrət Fatimə (s.ə) əsəbi
və narahat bir şəkildə gəlib Əliyə (ə) dedi: "Nəyə görə haqqını müdafiə
etmirsən?" həzrət Əli (ə) Fatimənin cavabında belə buyurdu: "Atanın adının
məscidlərdə ucalmasını istəyirsənmi? Atanın hədəflərinin olmamasını
istəyirsənmi?" Fatimə "bəli" dedi. Onda Əli (ə) sözünə davam etdi: Əgər onların
istədiyi kimi mən də qılınca əl aparsam, atanın və ərinin zəhmətləri puça çıxar,
hamımız məğlub olarıq" Həzrət Fatimə (s.ə) heç bir söz danışmadı və öz
mübarizəsini sükut etməkdə gördü. Necə ki, 25 il müddətində susaraq məzlumluğunu
əməli ilə aləmə car çəkərək nümayiş etdirən əri həzrət Əli (ə) kimi.
Həzrət Fatimənin (s.ə) şəhadəti
Həzrət Fatimə (s.ə) artıq hər şeyi əldən verdiyini və Əli (ə) üçün bir iş
görə bilmədiyini dərk etmişdi. O var qüvvəsi ilə çalışırdı ki, xilafət binasının
təməli çürümüş ağacların vasitəsilə qoyulmasın.
Artıq yaşaya bilmirdi Həzrət Fatimə (s.ə) vaxt keçdikcə yaradanına
qovuşmasını səbirsizliklə gözləyirdi. Nəhayət, hicri ilinin cəmadius-sani ayının
üçüncü bazar ertəsi günü, atasının vəfat etdiyi ildə uşaqlarını öpüb onlarla
vidalaşdı. Daha doğrusu vidalaşdırdılar. Bütün nəsillər bilməlidirlər ki,
Peyğəmbərimizin (s) qızı Xanım Zəhra (s.ə) öz əcəli ilə ölməmişdir. Onu və hətta
bətnindəki, hələ dünyaya gəlməmiş Möhsününü belə xəyanətkar zalımlar şəhid
etdilər. Çünki Xanım Zəhra öz atası və həyat yoldaşının qəsb olunmuş haqqını
müdafiə etdiyi üçün o xəyanətkarlar tərəfindən ölümünə səbəb olacaq şəkildə
yaralanmışdır. Bəli o gecə Zəhra bütün ailəsi ilə vidalaşdı:
Yeddi yaşı olan Həsən (ə) ilə,
Altı Yaşı olan Hüseyn (ə) ilə,
Beş yaşı olan Zeynəb (ə) ilə,
Üç yaşında olan Ümmi Gülsüm ilə,
Axırda isə həzrət Əli (ə) ilə vidalaşdı. Nə çətin idi o vida anları!
Fatimə (s.ə) qüsl etmək üçün su istədi. Allah ilə görüşə getdiyi üçün təzə
paltar geydi. Sonra isə üzü qibləyə tərəf uzandı və gözləməyə başladı. Bir az
sonra gözlərini yumub dünyadan köçməsi ilə Əlinin (ə) evində yanan bir şamı
söndürdü.
Əli (ə) Fatimənin (s.ə) vəsiyyətinə əməl edərək ona özü qüsl verdi və
kəfənləyib dəfn etdi. Amma qəbrinin yeri gizli qalmalı və heç kimin xəbəri
olmamalı idi.
Artıq Əli (ə) tənha idi. Həzrət Fatimənin (s.ə) qəbrinin yanında oturub
Peyğəmbərin (s) qəbrinə xitabən dedi: "Ey Allahın peyğəmbəri, mənə tapşırdığın
əmanəti sənə qaytarıram. Başıma gələn bütün əhvalatları qızın sənin üçün olduğu
kimi danışacaqdır. Bütün suallarını ondan soruş. O, hamısını sənə deyəcəkdir".
|