????? ???????????? ??????????

PEYĞƏMBƏRİN XÜSUSİYYƏTLƏRİ

 

PEYĞƏMBƏRİN XÜSUSİYYƏTLƏRİ

Yetim olmaq

Quran

"Məgər O səni yetim ikən tapıb sığınacaq vermədimi?!"[1]

Hədis

İmam Baqir (ə) ya imam Sadiq (ə)

«ألم یجدک یتیماً فئاوی»

ayəsinin barəsində belə buyurur: Yəni xalqı sənin tərəfinə çəkdi (və onları sənin dəyərinə yönəltdi).[2]

İmam Rza (ə): Uca Allah Peyğəmbəri Məhəmmədə (s) buyurdu:

«ألم یجدک یتیماً فئاوی»

Məgər Allah səni dürdanə (dəyərli) görüb xalqı sənin tərəfinə yönəltmədimi?[3]

Məcməül- bəyan: Allahın rəsulu (s) anasının bətnində olan zaman ya bir az onun təvəllüdündən sonra, atası dünyadan köçdü və iki yaşı var idi ki, anasını da əldən verdi. Yeddi yaşında babasını itirdi.[4]

İləlüş- şəraye:

«ألم یجدک یتیماً فئاوی»

ayəsinin sualının cavabında ibni Abbasdan nəql edir: Həqiqət budur, Peyğəmbər (s) ona görə "yetim" adlandırılıb ki, yer üzündə əvvəldən axıra onun mislində olmayıb. Ona görə də Allah- Taala öz nemətlərini saymaqla ona minnət qoyaraq buyurur:

«ألم یجدک یتیماً فئاوی»

Yəni yeganə və misilsiz "فئاوی" pənah verdi, yəni camaatı sənin tərəfinə çəkdi və sənin dəyər və qiymətini onlara tanıtdırdı və onlar səni tanıdılar.[5]

Fəqir və yoxsulluq

Quran

"Səni yoxsul ikən tapıb dövlətli etmədimi?!"[6]

Hədis

Rəsulullah (s): Yoxsulluq mənim fəxrimdir.[7]

İmam Əli (ə) Peyğəmbərlərin vəsfində: Onlar müstəzəf bir camaat idilər; Allah onları aclıq və çətinliklə imtahana çəkdi; amma Allahü- sübhan öz elçilərini güclü iradə sahibləri etdi. Onlar zahiri baxımdan zəif və fəqir idilər, amma elə bir qənaətlə (qane və razı olmaqla) ki, qəlbləri və gözləri ehtiyacsız edirdi və elə bir ehtiyac və fəqirliklə ki, gözləri və qulaqları narahatlıqla doldururdu.[8]

Əlmənaqib: Peyğəmbərdə (s) zəiflərin və aşağı təbəqəli insanların xüsusiyyətləri var idi, elə bir xüsusiyyət (vəziyyət) ki, əgər hər hansı bir şəxsdə olsaydı onu pərişan edərdi. O, yetim, zəif, fəqir, tək və qərib idi. Nə müdafiəçisi var idi nə şövkəti, düşməni çox idi. Quranla belə uca məqamı və dəyərli şəxsiyyəti var idi ki, bu özü onun nübüvvətinə bir dəlil və sübut oldu. Tünd bədəvilər hər zaman onun çöhrəsini görürdülər belə deyirdilər: And olsun Allaha ki, bu çöhrə yalançı adam çöhrəsi deyil. O, çətin- çətin sürgünlərdə dözümlü və gah döyüş və gah da düşmənlərin qarət etməsi çətinlikləri zamanı səbirli idi. Dünyaya etinasız və axirətə rəğbətli idi. Elə buna görə də onun hakimiyyəti öz yerini tutdu.[9]

 

 


 

[1] - Züha surəsi, ayə 6

[2] - Biharul- ənvar, cild 16, səh 142, hədis 6

[3] - Üyuni əxbari- Riza, cild 1, səh 199, hədis 1, Əl- ehticac, cild 2, səh 429, hədis 308, Biharul- ənvar, cild 16, səh 142, hədis 5

[4] - Məcməül- bəyan, cild 10, səh 765, biharul- ənvar, cild 16, səh 173

[5] - İləlüş- şəraye, səh 130, hədis 1, Məanil- əxbar, səh 53, hədis 4

[6] - Züha surəsi, ayə 8

[7] - Cameül- əxbar, səh 302, hədis 828

[8] - Nəhcül- bəlağə, xütbə 192

[9] - Əl- mənaqib, cild 1, səh 123